“Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili
Yazan Super UserTürkiyədə erməni müğənninin konserti ləğv olundu
Yazan Super UserKoronavirus: İspaniyada istirahət etmiş britaniyalılar üçün karantin, Şimali Koreyada ilk yoluxma hadisəsi
Yazan Super UserBritaniya rəsmiləri İspaniyada koronavirus infeksiyasına yoluxanların sayının kəskin artmasından sonra oradan qayıdanlar üçün icbari iki həftəlik karantin tətbiq etmək qərarına gəlib. Bu arada Şimali Koreyada isə Covid-19-a ilk yoluxma hadisəsi qeydə alınıb.
Dünya üzrə bazar gününə olan məlumata görə koronavirusa yoluxanların sayı 16 milyondur, son üç gündə yoluxanların sayı hər 24 saat ərzində 280 min nəfərədək artıb.
Bu qlobal statistikada təxminən hər dörd hadisədən biri ABŞ-ın payına düşür.
Meksikada, Lacero Cardenas şəhərində yerləşən ArcelorMittal poladtökmə zavodunun 21 işçisi koronavirusdan ölüb. Bu ölüm hadisələri aprel ayından bəri baş verib, ümumilikdə zavodda 7 mindən çox insan çalışır.
Meksikada Covid-19 səbəbi ilə baş verən ölüm hallarının ən yüksək səviyyələrindən biri qeydə alınıb: Codvid-19 diaqnozu 385 mindən çox insanda təsdiqlənib, onlardan 43500 nəfər ölüb
Şimali Koreyada ilk hadisə
Şimali Koreya "ölkədə koronavirusa yoluxma şübhəsi ilə ilk hadisənin" qeydə alındığını bildirib. KCNA agentliyinin məlumatına görə, xəstəlik üç il əvvəl Cənubi Koreyaya qaçmış, lakin ötən həftə demarkasiya xəttini keçərək vətəninə qayıdan bir insanda aşkarlanıb.

ŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY
Şimali Koreya lideri hökümətin təcili iclasını keçirib
Ölkə lideri Kim Jong-un bu münasibətlə hökümətin təcili iclasını keçirib və sərhəd Kaesong şəhərində karantin tədbirləri tətbiq edib.
Şimali Koreya bundan əvvəl ölkədə Covid-19 hadisələrinin olmadığını bildirmişdi, təhlilçilər bunun az ehtimallı olduğunu zənn edirlər.
KCNA agentliyinin bildirdiyinə görə, Kim Jong-un həmin adamın sərhədi icazəsiz necə keçə bildiyini araşdırmağı əmr edib və günahkarların ağır cəza alacağını bildirib.
Bu arada, Cənubi Koreya son günlərdə iki ölkə arasındakı sərhəddə heç bir qanunsuz sərhəd keçidi barədə məlumat verməyib.
Britaniya infeksiyanın xaricdən gətiriləcəyindən ehtiyat edir
Britaniya Xarici İşlər Nazirliyi, vətəndaşlara İspaniyaya getməkdən çəkinməyi tövsiyə etdi.
Yeni tədbirlər Britaniya turizm operatorları və hava yolları tərəfindən tənqid olunub. British Airways şirkəti məhdudiyyətlərin "minlərlə britaniyalıların tətil planlarını xaosa çevirəcəyini" söyləyib.
Bundan əvvəl İspaniya höküməti Covid-19 koronavirusunun yayılması ilə mübarizə üçün yeni tədbirlərin tətbiq olunduğunu elan etmişdi.
El Pais qəzetinin məlumatına görə, ölkənin 52 vilayətinin ən azı 30-da yoluxanların sayında artım müşahidə olunur.
Karantin məhdudiyyətlərinin qaldırılmasından bir ay sonra, xüsusən Barselona, Zaragoza və Madriddə koronavirus xəstələrinin sayı kəskin artıb.
bbc/azərbaycan
ACI XƏBƏR GƏLDİ: 5 ŞƏHİD, çox sayda yaralı var - Türkiyədə
Yazan Super UserTürkiyənin Mersin əyalətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.
PRESSINFO.AZ AZSABAH.COM a-istinadən xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü və 5 hərbçi ölüb, 10 hərbçi isə yaralanıb.
Hərbçilər Şimali Kipr Türk Respublikasına gedirmiş.
Gürcüstanın azərbaycanlı vətəndaşları ölkə ərazisinə daxil olmaqla bağlı çətinliklə üzləşiblər.
Open.a "Report"a istinadən xəbər verir ki, 140 nəfər "Sınıq körpü" sərhəd-keçid məntəqəsinin yaxınlığında toplaşıb.
Onların Gürcüstana keçmələrinə hələ icazə verilmir. Soydaşlarımız COVID-19 testi verməyib və Vətəndə karantinə alınmağa razıdırlar. Həmin şəxslər arasında ahıl, xəstə, uşaqlı qadınlar və azyaşlılar var. Gürcüstan tərəfinin sərhədi nə zaman açacağı məlum deyil.
Qeyd edək ki, ötən gün Gürcüstan-Azərbaycan sərhədinin birtərəfli qaydada açılacağı barədə məlumatlar yayılıb. Gürcüstan vətəndaşlarının yaxın günlərdə Azərbaycandan ölkə ərazisinə keçmələrinə icazə veriləcəyi bildirilib.
Ətraflı
Serbiyanın Ermənistana niyə silah satdığına rasional cavab tapa bilmirəm.
Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Belqrad Geostrateji Tədqiqatlar Mərkəzinin direktoru Draqana Trifkoviç deyib.
“Son illər Azərbaycan və Serbiya arasında əməkdaşlıq sürətlə inkişaf edir və sizin tərəfinizdən olan təşəbbüs bir çox hallarda buna şərait yaradıb. Biz çox hallarda – Serbiyanın yardıma ehtiyacı olanda ölkəniz ilk yardım əlini uzadanlardan olub. Məhz buna görə mən Serbiyanın Dağlıq Qarabağ ucbatından konfliktdə olduğunuz Ermənistana niyə silah satdığına rasional cavab tapa bilmirəm. Düşünürəm ki, bu doğru olmayan addımdır, amma təəssüf ki, serb rəhbərliyi strateji siyasət aparmır, əvəzində çox riskli addımlar atır. Ona görə də biz dəfələrlə qeyri-adi situasiyalara düşmüşük.
Bu, diplomatik skandal yaradan ilk silah satışı deyil. Mümkündür ki, hansısa üçüncü tərəf Serbiyaya bu məsələdə təsir göstərib. Hesab edirəm ki, Azərbaycan bütün diplomatik addımları atıb, Serbiya rəhbərliyindən izahat tələb etməlidir. Məncə, Serbiyanın Azərbaycan-Ermənistan konfliktinə müdaxilə üçün heç bir əsası yoxdur”, – deyə o bildirib.
Ekspert silah skandalının Belqrad-Bakı münasibətlərinə təsir edəcəyini bildirib. Bununla belə o, tərəflər arasında münasibətlərin ciddi zədələnəcəyinə inanmadığını deyib.
‘Rusiya ordusunun hazırlığı Tovuzdakı hadisə ilə bağlı deyil” – Şoyqu Zakir Həsənova
Yazan Super UserTürkiyə Ayağa Qalxır: Azərbaycan üçün aksiya təşkil edildi
Yazan Super UserPressinfo.az Dialoq.info a-istinadan xəbər verir ki Türkiyədə Azərbaycana dəstək aksiyası keçiriləcək.
Ermənistanın Azərbaycan torpaqlarına qarşı təxribat hücumuna etiraz olaraq keçiriləcək yürüş İstanbul şəhərinin “Bəyazid Meydanı”nda bazar günü baş tutacaq.
Aksiya İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, “Turan Ocaqları” və “Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə reallaşacaq.
Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.
Pressinfo.az Newspress.az a-istinadan xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclası keçirilib, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyət müzakirə olunub və Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyacın olması vurğulanıb
Qod Nisanov minnətə gələn Ermənistan səfirliyinin əməkdaşlarını “Fud Siti”dən qovdu - VİDEO
Yazan Super User12 iyuldan etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlıları təxribatlara əl atır, yaşayış məntəqələrimizi atəşə tutur.
Pressinfo.az BAKU.WS a-istinadan xəbər verir ki, buna görə həmyerlilərimiz, Qubanın "Qırmızı Qəsəbə"sində doğulub boya-başa çatmış, "Food City" meyvə bazasının rəhbərləri olan Qod Nisanov və Zarax İliyev erməni sahibkarlardan məhsulları almaqdan imtina ediblər. Bu səbəbdən ermənilərin 30-dan çox furasında minlərlə ton məhsulu xarab olub.
Daha sonra erməni sahibkarlar da Ermənistanın Rusiyadakı Səfirliyinə müraciət ediblər. Səfirliyin əməkdaşları da Qod Nisanovla Zarax İliyevin yanına minnətə gediblər. Lakin Qod Nisanov erməniləri qəbul etməyərək onları bazanın ərazisindən qovdurub.