Bazar, 30 Dekabr 2018 15:25

Gülənin ekstradisiyası reallaşır …

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül “CNN Türk”də qatıldığı proqramda FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası haqqında danışıb.

Nazir ABŞ tərəfi ilə bu barədə razılıq əldə olunacağına ümid etdiyini deyib.

“Bu yaxınlarda ABŞ rəsmiləri bu məsələ ilə bağlı Türkiyəyə gələcəklər. Hüquqi yardım çərçivəsində müzakirələr aparılacaq. Biz hüquqi dövlət olaraq bu terrorçunun Türkiyəyə veriləcəyinə ümid edirik. Türkiyədə edam cəzası yoxdur. Ona görə də ekstradisiya üçün heç bir əngəl yoxdur” – deyə Abdulhamit Gül qeyd edib.

Oxu 163 dəfə Son redaktə Bazar, 30 Dekabr 2018 15:28