Bazar ertəsi, 14 Yanvar 2019 13:39

Boşanandan 23 il sonra böyrəyini keçmiş ərinə verdi – İBRƏTAMİZ…

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
“Xeyirxahlıq yolda deyil, onu təsadüfən görüb götürə bilməzsən. İnsan xeyirxahlığı insandan öyrənir”.
 
Bu sözlər böyük yazıçı Çingiz Aytmatova məxsusdur. Həyat o qədər çətin olub ki, insanlar bu gün xeyirxahlığı az qala yalnız maddi köməkdə görür, dərdinin çarəsini kiminsə ona etdiyi maddi dəstəkdə axtarır. Amma, başqa cür xeyirxahlıq da var. Doğrudan da çətinlik yaddan tez çıxar, amma xeyirxahlıq hər zaman xatırlanır.
 
Moderator.az – ın “Vaşinqton Post”-a istinadən diqqətinizə çatdırdığı bu xəbər də xeyirxahlığın maddiyatla ölçülməyən bir nümunəsidir.
 
Amerikalı Meri və Henrix məktəbi bitirən kimi, 18 yaşında evlənirlər. 21 il sonra onların nikahı pozulur. Bu müddətdə ailənin iki uşağı dünyaya gəlir. Boşanma olmasına baxmayaraq, köhnə ər-arvad dost qalırlar və son illərdə də əlaqə saxlayıblar.
 
Henrix sağlamlıq problemləri ilə qarşılaşanda, tərəddüd etməyən Meri, onun üçün  donor olmağı qəbul edir.
 
“Mən dərhal bunu edəcəyimi başa düşdüm. Henri və mən birlikdə böyüdük, iki övladımız var. Mən bilirəm ki, uşaqlarıma ata, nəvələrimə baba lazımdır “.
 
Henrix: “Boşanma – boşanmadır,  ancaq dalaşmaq üçün səbəb deyil. Yaxşı münasibətdə olmaq üçün çox vacib səbəblər var. Bir gün bir böyrəyə ehtiyacınız ola bilər ” – öz növbəsində  keçmiş ər zarafat edib.
 
Qəzetin yazdığına görə böyrək köçürülməsi uğurla həyata keçib: donor da, xəstə də artıq evdədirlər və özlərini yaxşı hiss edirlər.
Oxu 55 dəfə