Çərşənbə axşamı, 22 Yanvar 2019 21:55

ABŞ Rusiyanın ətrafında “anakonda düyünü” yaradır – Koşkin

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Rusiya hər cür təhdidi təsirsiz hala gətirəcək gücə sahibdir.

Bunu  Baltik dənizinə daxil olan ABŞ-ın 2 hərbi gəmisinin Rusiyanın eyni sayda gəmisi tərəfindən təqib edilməsini şərh edən rus hərbi ekspert Andrey Koşkin bildirib.

“Gərginlik hər şeydən əvvəl ABŞ-a görə artır. Prezident Donald Tramp ulduz müharibələrinin yeni turunun başladığını bildirir. Gəmilərdə olan hava müdafiə sistemləri ABŞ üçün bir növ üstünlük təşkil edir. Amerikalılar dəniz sərhədlərimizdə Rusiyanın ətrafında “anakonda düyünü” yaratmağa çalışır, ancaq Rusiyanın bu təhdidi təsirsiz hala gətirəcək gücdə olduğunu nəzərə almalıdırlar. ABŞ-a və NATO-ya üzv olan digər ölkələrə aid bütün gəmiləri bizim gəmilərimiz müşayiət edir. Gəmilərimiz onların atdıqları addımlara nəzarət etməklə kifayətlənməyib, hər cür təhdidi də təsirsiz hala gətirə biləcək gücdədir”, – Koşkin qeyd edib. (Axar.az)

 

 

Oxu 132 dəfə