Çərşənbə, 23 Yanvar 2019 16:38

Venesuelada nümayişçilərə hücum etməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Venesuelanın Milli Silahlı Qüvvələri üzvləri bugünkü nümayiş iştirakçılarına hücum etməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Suliya ştatının qubernatoru Omar Prieto qruplaşma üzvlərindən birinin öldürüldüyünü, digərinin isə axtarıldığını bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı qumbara, avtomat, səsboğucu və hərbi formalar aşkarlanıb.

Qeyd edək ki, Venesuelanın müxtəlif şəhərlərində Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları başlayıb. Bu günə ölkədə həm hökumət əleyhdarlarının, həm də hazırkı prezidentin tərəfdarlarının yürüşləri planlaşdırılır. Yerli mətbuatın yazdığına görə, etirazlarda artıq 2 nəfər ölüb, 2-si də yaralanıb.

Oxu 89 dəfə