Cümə axşamı, 31 Yanvar 2019 08:55

“Qara dənizə döyüş gəmilərimizi göndərməyə hazırıq” – Almaniyadan Rusiyaya gözdağı

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Almaniya xarici işlər naziri Mixael Zilbert Qara dənizə və Rusiyanın nəzarətindəki Kerç boğazına döyüş gəmilərini göndərməyə hazır olduqlarını açıqlayıb.

O, bu barədə Ukraynaya səfəri çərçivəsində bu ölkənin müdafiə nazirinin müavini Anatoli Petrenko ilə görüşdə bildirib.

Nazir Ukrayna ilə hərbi əməkdaşlıq perspektivlərinin nəzərdən keçirildiyini deyib.

Görüşdə Donbass bölgəsinə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən müşahidəçilərin göndərilməsi və Rusiyada həbsdə saxlanılan ukraynalı dənizçilərlə bağlı məsələ də müzakirə edilib.

Bu görüş Ukrayna tərəfindən Avro-Atlantik zonasına inteqrasiyası yolunda addımlar atılacağına və NATO dövlətləri ilə əməkdaşlığın gücləndiriləcəyinə dair ehtimalları gücləndirib.

Oxu 102 dəfə