Pressinfo.az Trend.az a-istinadan xəbər verir Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb. Trend-in məlumatına görə, bu il koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən zəvvarların gəlişi qadağan edilib. Hər il təxminən 2 milyon müsəlmanın iştirak etdiyi Həcc mərasimlərinə bu il yalnız 10 min Səudiyyə Ərəbistanı vətəndaşı qatılacaq. Mərasim zamanı maska taxmaq və digər sanitar normalar zəruri olacaq. 2020-ci ildə Həcc mərasimi avqustun 2-dək davam edəcək.