İran strateji Hörmüz boğazında keçirdiyi hərbi təlim zamanı ABŞ aviadşıyıcısına bənzər müqəvva gəmiyə raket zərbəsi endirib. Təlim zamanı atəş o dərəcədə intensiv olub ki, ABŞ hərbiyyəsi regiondakı iki hərbi bazasında müvəqqəti olaraq həyəcan vəziyyəti elan edib. ABŞ Hərbi Dəniz Qüvvələri İranın təlimlərini “məsuliyyətsiz davranış” adlandıraraq bunu “qorxutma və hədələmə” aksiyası kimi qiymətləndirib. Təlim zamanı İran hərbi qüvvələri ballistik raketlərdən də hədəfə atəş açıb. Təlimlər Hörmüz boğazında Washington ilə Tehran arasında gərginliyin artdığı dövrdə baş verir. Məhəmməd Peyğəmbər 14 adı daşıyan bu təlim dövlət televiziyası ilə nümayiş etdirilib. bbc.com/azərbaycan