Şənbə, 07 May 2022 17:00

Kim Çen İndən növbəti QƏRİBƏ QADAĞA Xüsusi

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Dünyanın ən qapalı ölkəsinin ən qalmaqallı lideri olan Kim Çen İn verdiyi qərarla yenidən gündəmə gəlib.

Sonxeber.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, ölkədəki gənclərin qərb trendinə tabe olacağından ehtiyat edərək, onlara dar şalvar geyinməyi qadağan edib.

 

Belə ki, ölkədə fəal olan "Sosialist Vətənpərvər Gənclər Birliyi" hazırda 20-30 yaşlı gənclərin şalvarlarını yoxlayaraq, dar geyinənləri müəyyən edir. Bundan sonra həmin gənclər bir daha eyni cinayəti təkrarlamayacaqlarına dair sənəd imzalayırlar.

Qeyd edək ki, Şimali Koreyada boyalı saçlar, Qərb brendli köynək və gödəkçələr, fərqli saç düzümü, üz-dodaq və burun pirsinqləri də qadağandır.

Oxu 288 dəfə