
DÜNYA (82)
Türkiyə Prezidenti: Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb
Yazan Super UserQara dəniz Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə sazişin bundan sonra da problemsiz fəaliyyət göstərməsi üçün səylərini davam etdirəcək.
Ərdoğan, həmçinin əlavə edib ki, Rusiya tərəfi Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin oradan çıxması üçün əngəl olmayacağını bildirib.
İlon Mask “Twitter”in gəlirini beş dəfə artırmağı planlaşdırır
Yazan Super User“Twitter” altı il ərzində - 2028-ci ilə qədər illik gəlirini 26,4 milyard dollara çatdıracaq.
Bu barədə biznesmen İlon Maskın investorlar üçün təqdimatında bildirilib.
Ötən il sosial şəbəkənin 5 milyard dollar qazandığı vurğulanıb.
Bundan əlavə, sahibkar “Twitter”in reklamdan asılılığını azaltmaq niyyətindədir. Onun planına görə, bu, platformanın ümumi gəlirinin 45 faizindən çox olmamalıdır. 2020-ci ildə reklamdan əldə olunan gəlir sosial şəbəkənin ümumi gəlirinin 90 faizini təşkil edib.
Mask əmindir ki, 2028-ci ilə qədər “Twitter”in reklam gəliri 12 milyard dollar, abunəlikdən gələn gəlir isə 10 milyard dollara yaxın olacaq.
O, başqa gəlir mənbəyi kimi məlumatların lisenziyalaşdırılmasını görür.
Təqdimatda deyilir ki, ötən ilin sonunda “Twitter”dən 217 milyon insan istifadə edib. Proqnozlara görə bu rəqəm 2025-ci ilə qədər demək olar ki, 600 milyona, 2028-ci ilə isə 931 milyona çatmalıdır.
Mənbə: The New York Times
Dünyanın ən qapalı ölkəsinin ən qalmaqallı lideri olan Kim Çen İn verdiyi qərarla yenidən gündəmə gəlib.
Sonxeber.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, ölkədəki gənclərin qərb trendinə tabe olacağından ehtiyat edərək, onlara dar şalvar geyinməyi qadağan edib.
Belə ki, ölkədə fəal olan "Sosialist Vətənpərvər Gənclər Birliyi" hazırda 20-30 yaşlı gənclərin şalvarlarını yoxlayaraq, dar geyinənləri müəyyən edir. Bundan sonra həmin gənclər bir daha eyni cinayəti təkrarlamayacaqlarına dair sənəd imzalayırlar.
Qeyd edək ki, Şimali Koreyada boyalı saçlar, Qərb brendli köynək və gödəkçələr, fərqli saç düzümü, üz-dodaq və burun pirsinqləri də qadağandır.
Mayın 20-dən Rusiyanın “İrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşları yerinə yetirməyə başlayacaq.
Bu barədə aviaşirkətin mətbuat xidməti xəbər verib.
Bildirilir ki, uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək.
Məlumata görə, Novosibirskdən uçuş yerli vaxtla saat 13:00-da başlayacaq, 4 saat 20 dəqiqədən sonra isə - saat 14:20-də Bakıya çatacaq. Geri dönüş reysi də elə həmin gün üçün nəzərdə tutulub. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:20-də çıxacaq və 4 saatdan sonra – saat 22:20-də Tolmaçevoya (Novosibirsk hava limanı) eniş edəcək.
O da qeyd olunur ki, bir istiqamətə biletin qiyməti 27 685 rubldan (təxminən 690 manat) başlayır.
Xatırladaq ki, Rusiya Sərhəd xidmətinin rəsmi statistikasına əsasən ötən illə müqayisədə Azərbaycana gələn rusiyalıların sayı təxminən üç dəfə artıb.
"Kül" adlı filmdə baş rolu canlandıracaq türkiyəli aktyor Alperen Duymazın tərəf müqabili bəlli olub.
Pressinfo.az Axşam.az-a istinadən xəbər verir ki, ekran işində aktrisa Funda Eryiğit rol alacaq. Film "Netflix"də yayımlanacaq.
Alperen layihədə "Metin Ali" adlı dülgərə həyat verəcək.
Qeyd edək ki, Funda ilə Alperen daha əvvəl "Son yaz" serialında birgə rol alıb.
Dünyanın "yeni" ən yaşlı insanı fransız rahibə oldu: "Tanrı məni çağırmağı unudub deyəsən"
Yazan Super UserDünyanın ən yaşlı insanı olaraq tanınan yapon Keyn Tanaka 19 apreldə dünyasını dəyişib. Dünyanın ən yaşlı insanı artıq fransız rahibə Lucile Randondur.
Fransada doğulan və rahibə Andre adı ilə tanınan 118 yaşındaki Lucile Randon Keyn Tanakanın ölümündən sonra təsdiq edilmiş ən yaşlı insan olub.
Lucile Randon 11 fevral 1904 -cü ildə dünyaya gəlib. Dünyanın ən yaşlı insanı olan qadın həyatı boyu iki dünya müharibəsi, 18 Fransa prezidenti, 24 ingiliz prezidenti görüb.
Rahibə Andre ile bağlı bir nüans da var. Koronavirusa yoluxan rahibə bu xəstəlikdən də sağalmağa nail olub. 118-ci yaşını karantindən sonra qeyd edən Andre təbii yolla koronavirusdan sağalan ən yaşlı insan kimi də tarixə düşüb.
"Həyatdan getməyi düşünmürəm amma məni istəmirlər. Tanrı məni çağırmağı unudub deyəsən" – deyə rahibə yaşlılığı haqqında fikir bildirib.
Koronavirusa yoluxan və ölməkdən qorxmadığını ifadə edən rahibə Andre sevdiyi insanlarla birlikdə oluğu üçün xoşbəxt olduğunu deyib: "Amma böyük qardaşıma, babama, nənəmə qatıla bilmək üçün başqa bir yerdə olmaq istərdim".(oxu.az)
Vilayət rəhbəri: “Ukrayna Donetsk vilayətinin 50 faizinə nəzarət edir” - FOTOREPORTAJ
Yazan Super UserNorveç hökuməti Rusiyadan gələn yüklər üçün sərhədi bağlayıb.
Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt bu barədə NRK telekanalına müsahibəsində bildirib.
“Biz Norveçdə Aİ-nin beşinci sanksiya paketini işə salırıq. Bu o deməkdir ki, biz yük maşınları üçün Sturskuq sərhəd-keçid məntəqəsini dərhal bağlayırıq. Eyni zamanda bir sıra kimyəvi maddələrin idxalına qadağa tətbiq olunacaq”, - deyə Hyuitfeldt qeyd edib.
Onun sözlərinə görə, ərazisində Moskva ilə Oslo arasında xüsusi razılaşmanın mövcud olduğu Svalbard arxipelaqı istisna olacaq. Qadağa rus gəmilərinin Norveç limanlarından istifadəsinə də təsir edəcək, lakin bu, neft daşıyan gəmilərə şamil edilməyəcək.
Kanada xarici işlər naziri Melani Coli Ukraynada yenidən Kanada səfirliyinin açılması ilə bağlı planların olduğunu açıqlayıb.
“Hədəfimiz önümüzdəki günlərdə və ya həftələrdə bu planı gerçəkləşdirməkdir. Sadəcə personal üçün təhlükəsiz mühitin olduğuna əmin olmalıyıq. Eyni zamanda, digər məsləkdaşlarımızın və müttəfiqlərimizin də bu yöndə necə addımlar atdığını müşahidə edirik”, – deyə nazir verdiyi açıqlamada qeyd edib.
Kanadanın Rusiyadakı keçmiş səfiri Ceremi Kinsman isə Kanadanın Ukraynada diplomatik mövcudluğunu davam etdirməsinin labüdlüyünü vurğulayıb.
“Əsla ordan çıxmamalı idik. Səfirliyi bağlamamalı idik. Hökumətlərin keçmişdən əldə etdiyimiz təcrübələri niyə təkrar-təkrar unutduğunu bilmirəm”, – deyə keçmiş səfir bildirib.
Mənbə: Haber Global
Ətraflı
“Ukraynaya veriləcək silahların çeşidi genişləndirilib”.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak danışıb.
“Rusiyanın müharibənin əvvəlindəki qəribə tələblərindən biri Ukraynanın “tam demilitarizasiyası” idi. Ötən gün keçirilən dünyanın 40 ölkəsinin müdafiə nazirlərinin görüşündən sonra Rusiyaya pis xəbərim var. Ukraynaya veriləcək silahların həcmi, çeşidi genişlənib, sürət artıb, logistika məsələləri sadələşdirilib”, - deyə M.Podolyak bildirib.
Mənbə: Unian
Gürcüstanda kəndin adı dəyişdirilir: Soydaşlarımız maraqlı təklif ediblər - REPORTAJ
Yazan Super UserGürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə başlanılıb. Prosedurun həyata keçirilməsində “Azadlıq xartiyası” əsas götürülüb. Belə ki, 2011-ci ildə Gürcüstanda qəbul olunmuş qanunla ölkə ərazisində coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağan edilib.
Yeni ad kimi Mtsvane qora (yaşıl/göy təpə) və Meqobroba (dostluq) adları nəzərdə tutulub. Kənd sakinləri Kirovka adının götürülməsinin tərəfdarıdırlar. Lakin yeni adla bağlı soydaşlarımızın əsaslandırılmış təklifi var.
“Report”un yerli bürosunun əməkdaşları Kirovkada olub və sakinlərin kəndin adı ilə bağlı fikirlərini və təkliflərini öyrəniblər.
Kəndin təsviri
Kirovka Debed çayının sol sahilindədir, Dəmyə-Gorarxı, Beytarapçı, Sadaxlı və soydaşlarımızın yaşadığı digər kəndlərlə həmsərhəddir. 2014-cü ildə aparılmış son siyahıyaalmaya əsasən, əhalisinin sayı 663 nəfərdir. Hazırkı say dəqiq bilinmir. Kənddə 150 ev var və azərbaycanlılarla yanaşı, iki erməni ailəsi də yaşayır. Sakinlərlə söhbət zamanı məlum olur ki, kənddə 60 gürcü ailənin mülkiyyətində olan torpaq sahəsi də var. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Kirovkada bir məscid və bir məktəb var. Məktəbin acınacaqlı durumu soydaşlarımızı narahat edən bir nömrəli məsələdir. Təhsil ocağı barədə bir qədər sonra.
Tarixi ad - Mamey
Sakinlərlə söhbət zamanı bəlli olur ki, kəndin tarixi adı Mamey olub. Bu ada Gürcüstanda 1983 və 2006-cı illərdə dərc olunmuş ensiklopedik toplularda da rast gəlinir. Toponimin mənşəyinə gəlincə, sakinlər bu barədə dəqiq məlumata malik olmadıqlarını bildiriblər. Lakin bəzi mənbələrdə Mamey kəndini İranın İsfahan vilayətindən köçürülmüş “tatar ailələrin” (azərbaycanlılar - red.) saldığı qeyd olunub. Kirovka kəndinin sakinləri də məhz bu adın bərpasını istəyirlər. Onların sözlərinə görə, yeni ad fikirləşməyə heç bir lüzum yoxdur.
“Mamey adı inkar edilir”
Bu yaxınlarda Marneuli meriyasının nümayəndələri kəndə baş çəkiblər və təklif olunan adlarla bağlı sakinlərin rəyini öyrəniblər. Kənd sakini Adil Məhəmmədov bildirib ki, iki addan biri – Göy təpə adı daha məqbul hesab olunub, lakin quraşdırılacaq lövhədə adın gürcücə Mtsvane qora versiyası ilə yanaşı, Azərbaycan dilindəki tələffüzünə uyğun formada, yəni “Qoy tapa” kimi yazılması da təklif olunub.
O, dədə-babadan kəndin adının Mamey olduğunu deyib:
“Kəndimiz 1945-ci ildən Kirovka adlanır. Lakin buna baxmayaraq, hər yerdə Mamey deyirlər. Biz sakinlər bu adın bərpasını tələb edirik. Bizimlə məsləhətləşmələrin aparılmasını müsbət qiymətləndiririk. Lakin prosesin gedişatından anlaşılır ki, Mamey adı inkar edilir və Mtsvane qora adı veriləcək. Sakinlər arasında birlik və möhkəm iradə olsa, istəyimizin həyata keçəcəyinə ümid edirəm”.
Müsahibimiz xatırladıb ki, 1980-ci ilin əvvəlində Marneulinin ən böyük kəndi olan Sadaxlının adının dəyişdirilməsinə cəhd olub:
“Sadaxlıda Giorgi qalası olub və kəndin adını bu qalanın adı ilə “Giorgis tsixe” adlandırmaq istədilər. Lakin kənd rəhbərliyi və sakinlər tarixi adı qoruyub saxlaya bildilər. Çünki kənddə adın dəyişdirilməsini heç kəs dəstəkləmədi”.
Kənddə yaşayan iki erməni ailəsinin adla bağlı fikrinə gəlincə, A.Məhəmmədov qeyd edib ki, onların bu məsələ ilə bağlı nə bir fikri, nə də marağı var.
Digər sakin Canpolad İbadov da bildirib ki, Mamey adının bərpasını bütün kənd camaatı dəstəkləyir. Onun sözlərinə görə, iki-üç il bundan qabaq bir tanışı Sankt-Peterburqdakı arxivlərdən birindən kəndin adının Mamey olduğunu təsdiqləyən sənəd əldə edib. Sənədin surəti bələdiyyənin kənd üzrə nümayəndəliyinə təqdim olunub:
“Vaxt vardı, kəndin adı üçün “çay qırağı” mənasını verən bir ad da fikirləşmişdilər. Köhnə adı varsa, niyə başqa yeni ad qoyulmalıdır? Bu kənd Kirovka deyil, Mamey kimi daha çox tanınır. Meriya nümayəndələrinə fikrimiz bildirildi ki, tarixi adın bərpasını istəyirik. Tarixi ad Mameydir, bu ad da verilsin. Mtsvane qora sözü dilimizə belə yatmır. Kəndimizi soruşanda adını deməkdə çətinlik çəkəcəyik”.
Sakinlər kəndin tarixi adını bərpa etməyə nail ola bilərlərmi?
Kənd sakinləri adın dəyişdirilməsi prosesinə cəlb olunmaları xahişi ilə Marneuli meriyası və bələdiyyə rəhbərliyinə müraciət ünvanlayıblar. Onlar ümid edirlər ki, təklif və istəkləri nəzərə alınacaq.
Bəs Gürcüstan qanunvericiliyinə əsasən toponimin dəyişdirilməsi prosesi necə həyata keçirilir? Sualımızı cavablandıran hüquqşünas Kamral Amcanoğlu bildirib ki, kəndə yeni adın verilməsi məsələsində yerli icmanın fikri mütləq nəzərə alınmalıdır:
“Çünki yeni toponim icma üçün zidd və qəbuledilməz ola bilər. Kənd və digər yaşayış məntəqəsinə adı yerli özünüidarəetmə orqanı verir, təklif isə icmadan olmalıdır. Qanunvericiliklə əlavə tənzimlənmə nəzərdə tutulmayıb”.
Ekspertin sözlərinə görə, Mamey adının bərpası tələbi ilə sakinlərin müraciəti mütləq nəzərə alınmalıdır:
“Aidiyyəti qurumların müraciəti nə qədər nəzərə alacaqları başqa məsələdir. Lakin sakinlər müraciəti ərizə formasında mütləq yazılı formada bildirməli və yazılı qayda da cavab tələb etməlidirlər. Kəndin adı orada yaşayanlara maraqlıdır. Onların qəbul etmədiyi ad verilə bilər. Buna görə də kənddə yaşayan insanların fikirləri mütləqdir”.
Uzun illərdir təhsilə yararsız məktəb
Sonda Kirovka sakinlərini uzun illərdir ciddi narahat edən kənd məktəbinin vəziyyətinə toxunaq. Onların sözlərinə görə, son 15-20 il ərzində bu problem müvafiq dövlət qurumları qarşısında dəfələrlə qaldırılsa da, hələ heç bir reaksiya yoxdur. Natamam ictimai məktəbin bərpasına indiyədək, ən çox da seçkilərdən-seçkilərə yalnız boş vədlər verilib. Məktəbin binası təhsilə yararsızdır, bərbad hala düşüb. Tikilinin bərpaya deyil, yenidən inşa olunmasına ehtiyac var.
Müasir tələblərə çoxdan cavab verməyən məktəb hazırda bağlıdır. Pandemiya dövrü başlayandan bağlı olan köhnəlmiş təhsil ocağı əyani tədrisin bərpa olunmasına baxmayaraq, qapılarını şagirdlərinin üzünə hələ aça bilmir.
Sakinlər bildiriblər ki, bu il məktəbin birinci sinfinə 10-15 uşaq qəbul olunmalıdır, amma onlardan yalnız dördünün sənədi təqdim olunub. Valideynlər uşaqlarını qonşu kəndlərdəki məktəblərə göndərməyə məcburdurlar. Hazırda müəllimlər şagirdlərə distant qaydada dərs keçirlər. Lakin kənddə yaşayan ailələrin böyük əksəriyyəti məktəbli övladlarını internetə qoşulmaq üçün mobil telefonla təmin etmək imkanında deyil. Məktəblilərin əksəriyyəti məcburən təhsildən kənar qalıb.
Uşaqların gələcəyi təhsil ocaqlarından başlayır. Təəssüf ki, Kirovka kəndində yaşayan kiçik soydaşlarımızın gələcəyi bu ocaqdan uzaq düşüb. Kənd ağsaqqalları gələcək nəslin savadsızlığa düçar olunmasından həyəcan təbili çalırlar.
Ərdoğan xalqını müjdələdi: “Maskalarımızı çıxaraq”
Yazan Super UserTürkiyədə qapalı məkanda maska tələbi ləğv edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında məlumat verib.
Qərar koronavirus pandemiyasından sonra ölkədə yaradılmış Elm Komitəsinin bu gün keçirilən son iclasında verilib. Tədbirdən sonra Türkiyə prezidenti çıxış edib.
Nitqinə “maskalarımızı çıxaraq” sözləri ilə başlayan Ərdoğan pandemiyanın dünyaya təsirindən danışıb, həmçinin epidemiya prosesində həyatını itirən tibb işçilərini yad edib.
O, həmçinin özünün sosial şəbəkə hesabından da paylaşım edib.
Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Yenipress.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.