Cümə, 01 Fevral 2019 10:25

Gecə tez yatıb səhər erkən oyanmaq –sağlamlığın qızıl formulu…

Bunu hələ 14 əsr öncə Peyğəmbərimiz Məhəmməd əleyhissəlam tövsiyə edib -ingilis alimlərə indi çatır…

İngiltərədənin Ekseter Universitetinin tədqiqatçıları özlərini  gecə tez yatıb səhər erkən  oyanmağa öyrətmiş insanlarda depressiyanın ağır formalarının yaranması və immunitetin zəifləməsi ehtimalının daha az olduğunu  təsbit edib.

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

Elm adamları məcazi mənada “torağay quşları” adlandırılan tez yatıb tez oyanmağı sevən  insanlarda  erkən oyanmağa  məsul olan 351 genetik cüt aşkar edib. Ancaq mütəxəssislər deyir ki, bədəni tez yatıb  erkən oyanmağa  özünüz də vərdiş etdirə bilərsiniz…

İngilis alimləri müəyyən edib ki,  “torağay” -insanlar gecə yarısından sonra yatmağı sevənlərə(“bayquşlar”) nisbətən şizofreniya xəstəliyinə 11% daha az tutulur və immunitetin zəifləməsi ilə bağlı problemlərdən 3 dəfə daha az  əziyyət çəkirlər.

Qeyd edilir ki,  gecə saat 2-3-dək oturmağı sevənlərdə   ciddi problemlər yarana bilər: stress və adi gündəlik işlərlə bağlı sirkad ritmlərin pozulması nəticəsində  2-ci növ diabet və ürək xəstəliyinin yaranması riski çoxdur…

Xatırladaq ki,  2018-ci ilin noyabrında  Britaniyanın Bristol Universitetinin alimlərinin səhər tezdən qalxan və gecə tez yatan qadınların döş xərçənginə yoluxmaq riskinin  “bayquş” qadınlarla müqayisədə 40-48 faiz aşağı olmasını müəyyən etmələri haqda xəbərlər yayılmışdı.

P.S. Gecə tez yatıb səhər erkən oyanmağı hələ 14 əsr öncə Peyğəmbərimiz Məhəmməd əleyhissəlam tövsiyə edib. Müsəlmanları bəyənməyən ingilis alimlərinə bu, hələ indi çatır…

Sultan Laçın

Oxu 90 dəfə