Çərşənbə axşamı, 12 Fevral 2019 23:41

PRESSİNFO.AZ SAYTININ BƏYANATI Xüsusi

 

      Məbuat Şurasının şikayətlər üzrə komissiyasının 05.02.2019-cü il tarixində keçirilən növbəti iclasında “Bakı metropoliteni” QSC-nin “Pressinfo.az” saytına qarşı şikayəti araşdırılaraq rəy verilmişdir ki, saytın hazırladığı materialda balans prinsipi pozulub və qarşı tərəfin mövqeyinə yer verilməyib. Halbuki, "Pressinfo.az" saytı dəfələrlə qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirib.

      Bu baxımdan saytımıza qarşı yönələn şikayət məktubunda əsaslandırılmamış fikirlər yer alıb. Mətbuat Şurası adından “Pressinfo.az” saytına xəbərdarlıq edilib və qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunub.

      "Pressinfo.az" saytı bildirir ki, "Bakı metropoliteni" QSC barədə saytda əvvəllər də dərc olunmuş tənqidi məqalələrin sonunda qarşı tərəfə mövqeyini bildirməsi üçün tribuna təklif olunmuşdur. Həmçinin, jurnalist araşdırması aparmaq üçün metropoliten rəhbərliyi ilə təmas qurmaq cəhdlərimiz də qarşı tərəfin istəməməsi səbəbindən uğursuz alınmışdir. Görünür, şikayətçi tərəf Mətbuat Şurasının sayta xəbərdarlıq etməsinə əsas verəcək qədər yanlışlığa yol verəcəyimiz anı gözləməyə qərar vermiş, məqalələrin son cümləsinə əhəmiyyət verməmiş, əldə etmək istədiyi son nəticəyə - təkzib verməyimizə nail olmaq məqsədilə mövqe bildirməyə tələsməmişdir. Bununla belə, qarşı tərəfdən mövqeyini əks etdirən rəsmi məktubun qısa müddətdə redaksiyamıza göndərəcəyinə ümid edirik.

 

       Nüşabə Əhməd

       Pressinfo.az saytının baş redaktoru

 

 

Oxu 344 dəfə Son redaktə Çərşənbə, 13 Fevral 2019 00:02