Çərşənbə, 06 Mart 2019 10:30

Təbriz"lə qurulan gələcək, təhsilə yönələcək!

Fədakar müəllim kollektivi və nizamlı idarəetmə sistemi ilə seçilən "Təbriz" Tədris Mərkəzi (TTM) öz işgüzar heyəti ilə yetişməkdə olan nəslin diqqətini qısa zamanda cəlb edə bilmişdir. TTM-nin sosial şəbəkədəki feyzbuk və instaqram səhifələrinə baxış atanda irland yazıçısı Corc Murun bu  sözlərinin önə çıxarıldığı nəzərə çarpır: "Elminizə elm əlavə edən şəxs sizin dostunuzdur".  

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində iki ünvanda ("Təbriz-1" və "Təbriz-2") filialları fəaliyyət göstərən Mərkəz orta məktəbdə elmi biliklərin əsaslarını öyrənən gənclərin kəlamda deyildiyi kimi, elminə elm qatmaqla onları təhsilin ali pillələrinə hazırlayır. TTM-də hazırlıq kursu keçənlər yüksək nəticələr göstərərək, ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunurlar.

TTM-nin maliyyə baxımından idarə ediməsində şəffaflığı təmin etmək üçün təhsil xidmətlərinin qiyməti sosial şəbəkədə gənc müəllim Nuranə Piriyevanın idarə etdiyi səhifələrdə elan olunub. Ümumiyyətlə, müəssisədə mühasibatlıq işi qanunvericiliyin tələblərinə uyğun qurulub. Müəllimlərlə müqavilə bağlanılır, əmək və vergi qanunvericiliyinin şərtlərinə ciddi riayət olunur, maliyyə hesabatlılığı təmin edilir. Hər iki filialda təlim üçün qənaətbəxş səviyyədə maddi-texniki baza qurulub.

"Təbriz" Tədris Mərkəzi Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edir. 24 fevral 2019-cu il tarixdə DİM-in TTM-də keçirdiyi bakalavriat səviyyəsi üzrə sınaq imtahanı əhəmiyyətli tədbirlərdən biri kimi yaddaqalan olmuşdur.

 Bütün fənlər üzrə vakansiyalar elan edən TTM vaxtaşırı olaraq universiteti yeni bitirmiş müəllim kadrları və hal-hazırda ali təhsil alan gəncləri təcrübə toplamağa dəvət edir. Növbəti belə təcrübə proqramı 10 mart - 10 iyun aralığında davam edəcək.                                                                                                                                       

TTM-də qısa zamanda İngilis dilini mükəmməl öyrənmək istəyənlər üçün 6-16 yaş arası və daha yuxarı yaşlılar üçün həftədə 3 saatlıq danışıq dərslərinə start verilib. 11-ci sinif qəbul imtahanlarında İngilis dilindən yüksək nəticə göstərmək istəyənlərə əla fürsət təklif olunub: I Mərhələ öncəsi 11-ci sinif şagirdləri və məzunlar üçün ingilis dili üzrə 1 aylıq sürətli proqramla DİNLƏMƏ və OXUYUB-ANLAMA dərsləri tədris ediləcək. Dərslər həftədə 2 dəfə hər biri 1,5 saat keçiriləcək.

TTM-nin rəhbəri, dil-ədəbiyyat müəllimi Aynur Salmanlı təcrübəli pedaqoq olmaqla yanaşı, həm də səriştəli təşkilatçıdır. Aynur müəllimə deyir ki, TTM-də hazırlıq kurslarına gələn aztəminatlı ailələrin övladlarına güzəştlər nəzərdə tutulub: "Şəhid ailələrinin, Qarabağ müharibəsi qazilərinin övladlarına isə ümumiyyətlə pulsuz xidmət göstərmişik. O gənclər ali məktəbə qəbul imtahanlarını müvəffəqiyyətlə verib ali məktəbə qəbul olunanda sevincimizin həddi-hüdudu olmur. Sağ olsunlar, bütün yetirmələrimiz kamil həyata vəsiqə alıb sonradan yiyələndikləri ixtisaslar üzrə müxtəlif sahələrdə çalışsalar da, bizi unutmur, əlaqə saxlayıb hal-əhval tutur, bayram və əlamətdar günlər ərəfəsində "Təbriz"i ziyarət edirlər. Gördüyümüz işlər bu cür bəhrə verəndə necə deyərlər, qəlbimiz dağa dönür, daha şövqlə işləməyə ruhlanırıq".

Aynur müəllimə TTM-nin kollektivinin dövlətimizin başçısı, təhsilimizin böyük qayğıkeşi, möhtərəm prezident İlham Əliyevin prioritet məsələ kimi qarşıya qoyduğu Azərbaycanı neft ölkəsindən intellekt kapitalı olan ölkəyə çevirmək məqsədinə çatmaq yolunda bundan sonra da daha böyük əzmlə çalışacağına əminliyini vurğuladı. Təhsil Nazirliyinə etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondunun təhsilimizin inkişafı naminə gördüyü işlərin də əhəmiyyətindən danışdı. Fürsətdən istifadə edib KİV tribunasından Fondun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı və Onun timsalında bütün Azərbaycan xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü  münasibətilə təbrik etdi, ana - bacılara, qız - gəlinlərə xoşbəxtlik arzuladı.

Biz də öz növbəmizdə Aynur xanımı və onunla çiyin-çiyinə çalışan müəllimlər sırasından zərif həmkarlarını təbrik etdik. Son olaraq üzümüzü gənclərə tutub deyirik: Oğlanlar diploma sadəcə imtiyaz qazandıracaq sənəd kimi, qızlar diploma cehizin bir komponenti kimi yanaşmasınlar., Yaxın gələcəkdə məhz müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara yiyələnmək üçün hazırlaşmaq istəyirlərsə, "Təbriz" Tədris Mərkəzinin xidmətlərindən faydalansınlar.

Nüşabə Əhməd,

Pünhan Şükür

 

Ünvan:

Təbriz 1. Əsas filial. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.
 012 346 54 10; 055 710 62 78 

Oxu 1464 dəfə