Çərşənbə axşamı, 23 İyul 2019 11:22

"Təbriz" Tədris Mərkəzi fəaliyyət dairəsini genişləndirir - TTM-in şagirdləri fərqlənmə attestatlarına layiq görüldülər

İndiyədək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində iki ünvanda filialları fəaliyyət göstərən "Təbriz" Tədris Mərkəzi artıq fəaliyyət meydanını genişləndirməkdə, qəsəbədən şəhərin mərkəzinə doğru nüfuz etməkdədir. Mərkəzin artıq Nəsimi rayonu, 20 yanvar küçəsi 1B ünvanda da filialı açılmışdır. Sadiq oxucularımız xatırlayarlar, "Pressinfo.az" saytı "Təbriz" TM-nin fədakar müəllim kollektivi və nizamlı idarəetmə sistemi barədə "Təbriz"lə qurulan gələcək, təhsilə yönələcək!" sərlövhəsi altında məqalə dərc etmişdir. Həmin yazı işıq üzü görəndən sonra TTM-ə maraq göstərənlərin sayı artmış, bu maraq özünü Mərkəzin sosial şəbəkədəki feyzbuk və instaqram səhifələrinə baxış sayının çoxalmasında da göstərmişdir.

Bir qayda olaraq, TTM-də hazırlıq kursu keçənlər yüksək nəticələr göstərərək, ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunurlar. Bu yay da TTM-də hazırlıq kursu keçmiş gənclərdən 6 nəfəri öz müəllimlərini, valideynlərini sevindirərək, Qırmızı Attestata layiq görülmüşlər. Fərqlənmə attestatı qazanmış həmin gənclərlə -  XI sinif şagirdləri Rəna Novruzova,  Nailə Surxayeva,  Arzu  Həsənzadə,  Lalə  Zeynalova, Arzu Həsənzadə  və IX sinif şagirdləri Leyla Novruzova, Çinarə Mehtizadə  ilə görüşüb nail olduqları müvəffəqiyyətə görə onları təbrik etdik.

Ürəkləri dolu idi. Təbii və anlaşılan hisslərdi. Açıq görünürdü ki, duyğularını bölüşmək, üçün özlərinə yüksək tribuna axtarırlarmış. "Pressinfo.az saytı onlara bu fürsəti verdi. Axı, sevinc paylaşdıqca artır!

Bildirdilər ki, TTM - nin rəhbəri, təcrübəli pedaqoq, səriştəli təşkilatçı, dil-ədəbiyyat müəllimi Aynur Salmanlı başda olmaqla, Mərkəzdə onlara hazırlıq kursu keçən bütün müəllimlərə minnətdardırlar və gələcəkdə ali təhsil müəssisələrində təhsil alacaqları müddətdə də, seçdikləri ixtisasa yiyələnib xalq təsərrüfatının müxtəlif sahələrində çalışıb Vətənə, ölkənin tərəqqisinə xidmət edəcəkləri zamanda da sevimli müəllimlərinin üzünü ağ etmək, onlara çəkilən zəhməıtin hədər getmədiyini təkrar-təkrar isbatlamaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Mehriban, səmimi, ən əsası isə bilikli kadrlardan formalaşmış "Təbriz" Tədris Mərkəzinin kollektivi universiteti yeni bitirmiş gənc müəllimlər üçün də cəlbedici təsir bağışlayır. Burada görürlər ki, idarəetmədə şəffaflıq təmin olunur, qanunvericiliyin bütün şərtlərinə ciddiliklə əməl edilir, filiallarda təlim üçün qənaətbəxş səviyyədə maddi-texniki baza qurulub, hazırlıq kurslarına gələn aztəminatlı ailələrin övladlarına güzəştlər, şəhid ailələrinin, Qarabağ müharibəsi qazilərinin övladlarına isə ümumiyyətlə, pulsuz xidmət nəzərdə tutulub.

Arzu edirik ki, bü gün əhatə və təsir dairəsini qəsəbədən şəhərin mərkəzinə doğru genişləndirən "Təbriz" Tədris Mərkəzinin şöhrəti Şimali Azərbaycanın hüdudlarını aşsın, Cənubi Azərbaycana, Təbrizə də sirayət etsin.  

 

Nüşabə Əhməd,

Pünhan Şükür

 

Ünvan:

Təbriz 1. Əsas filial. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.
☎ 012 346 54 10; 055 710 62 78 

Təbriz 2. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xocəsən Bələdiyyəsinin yaxınlığı.
Tel.: 070 849 22 96 

Təbriz 3. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 1B.

Tel.: 055 710 62 78 

E-mail: @tebriz_tedrismerkezi 

Oxu 364 dəfə Son redaktə Çərşənbə axşamı, 23 İyul 2019 11:43