Çərşənbə, 26 Fevral 2020 09:15

"Xocalını unutmayaq!"


Bakı şəhəri, Sabunçu rayonunun Maştaga qəsəbəsində yerləşən 109 saylı körpələr evi - uşaq bagçasında Xocalı soyqırımına həsr olunmuş "Xocalını unutmayaq!" adlı tədbir keçirilib.
Tədbirin təşkilatçısı -  bagçanın tərbiyəçisi, həmişə maraqlı və xüsusilə seçilən tədbirlərin hazırlanmasında çox böyük təcrübəsi olan Gülnar İbrahimli bu dəfə də buna ugurla nail olub.
Tədbirdə Qarabag savaşının iştirakçısı, qəhrəman qızımız Rüxsarə Cumayeva, tanınmış şairə Sevda İbrahimli və digər qonaqlar da iştirak edirdi.

Tədbir çox maraqlı və yaddaqalan anlarla zəngin idi. Balacaların ifasında vətənpərvərlik  mövzusunda səslənən mahnılar və şeirlər onların bu mövzunu dırindən mənimsəmələrinin bariz nümunəsi idi. Xocalı faciəsini əks etdirən kompozisiya isə xüsusilə kədərli və təsirli  anlar yaşatdı.
Sonra Rüxsarə xanım balacalara öz cəbhə həyatından, ermənilərin törətdiyi vəhşiliklərdən danlşdı.
Baxçanın müdirəsi Aybəniz Muxtarova çıxış edərək qonaqlara tədbirə gəldiklərinə görə,  tərbiyəçi Gülnar İbrahimliyə  və balaca fidanlara isə belə bir təsirli tədbir  hazırladıqları üçün öz minnətdarlıgını bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.

Nüşabə Əhməd

Oxu 249 dəfə