Çərşənbə axşamı, 05 Yanvar 2021 19:19

Vətən üçün tarix yazanlar

Sentyabrın 27-si müharibə başladı.Azərbaycanımızın igid oğulları silaha sarılaraq düşmən tapdağında olan torpaqlarımızın müdafiəsinə qalxdılar.Bu igid oğullarımızın içində Quliyev Ağaəli Bahadur oğlu da Vətən yolunda borcunu vermək üçün ön sıralara yazıldı. Agaəli 12.04.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Íqtisad Universitetini bitirmişdir.Tərtər istiqamətində olan döyüşlərdə də qəhrəmanlıqlar göstərmişdir.Oktyabrın 21-də səhər saat 8-də Ağdərə Suqovuşan ərazisində minaya düşərək çoxlu qəlpələr baş,qol və ayaq nahiyəsindən alaraq ağır vəziyyətdə Ağcəbədi Rayon xəstəxanasına gətirilir.Ağır dərəcə yazıb evə göndərirlər. Başından aldığı 14 qəlpənin 12-sini çıxarıblar, 2 qəlpə hələ də de başında qalib.4 qəlpə isə qolundan çıxarıblar.2 ayın əsgəri sanki 2 ilin zülmünü çəkib.Qolundakı qəlpələrin də 3-ü çıxarılıb,1-i hələ də qolunda qalıb. Bu yaralı əsgərimizin ailə vəziyyəti də çox pisdir.Yaşadığı evin şəraiti də olduqca kasıb və acınacaqlıdır. Artıq 2 əməliyyat keçirən əsgər 3-cü dəfə də əməliyyat olunmalıdır.Başındakı qəlpələri çıxara bilməsələr də qolundakı qəlpələr əməliyyat vasitəsi ilə çıxarılmalıdır.Bizim hamımızın borcu belə gənclərə dəstək olmaq, onları dəyərləndirmək, onlar haqqında yazıb ictimaiyyətə çatdırmaqdır.İmkanı olan şəxslər, dövlətin qulluğunda duran gözəl insanlar belə gənclərdən öz yardımınızı əsirgəməyin.Onları tək qoymayın. "Xalq bir olsa basılmaz Vətən" necə də gözəl deyilib.Agaəli 2 ayın əsgəri olmasına baxmayaraq qəhrəmanlıqlar göstərib düşmən üstüne hücuma keçib.Özünü Vətənimizin azadlığı yolunda, xalqımızın xoşbəxt yaşamağı, qaçqınlarımızın bir də olmaması, evlərinə, doğma torpaqlarına qayıtması uğrunda özünü ölümün pəncəsinə atdı Ağaəli. Rəbbim onu öz pənahında saxlayaraq ona yenidən həyat vermişdir.

Vətən sənin kimi oğulları ilə fəxr edir, qürur duyur Yazımın sonunda bir daha demək istərdim ki, bu gəncə dəstək göstərin, onun ailəsi ilə, özü ilə görüşün.Yaralı əsgərlərimizin müharibədən sonrakı həyatı ilə maraqlanın.Valideynlərinin könlünü alın.Axı onlar bizim ömür boyu rahat, xoşbəxt yaşayışımız üçün özlərini ömürlük şikəst edirlər.

 

Oxu 114 dəfə Son redaktə Çərşənbə, 06 Yanvar 2021 22:21