Cümə, 19 Fevral 2021 21:49

Nifaq toxumu səpənlər...

Dünyada yaşayan millətlər, etnik qruplar və milli azlıqların hüquqlarının qorunması istiqamətində aparılan siyasətə nəzər yetirsək görərik ki, Azərbaycan Respublikası bu mövzuda örnək olan dövlətlər sırasındadır. Ölkə rəhbərinin yürütdüyü demokratik siyasət sayəsində Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqa malikdir və eyni vətəndaşlıq haqlarını daşıyırlar. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan avar, ləzgi, inqiloy, zaxur, talış, azərbaycanlı bir yumruq olub, bir amal uğrunda döyüşə atıldılar. Lakin ürək ağrısı ilə demək istərdik ki, içimizdə elələri də vardır ki, fikirləri, hərəkətləri, danışıqları ilə xalqın arasına nifaq toxumu səpərək, qarşıdurma yaratmağa cəhd edirlər. "Pressinfo.az" sayıtının redaksiyasına muraciət edən Bahar Əliyeva adlı xanım talış əsilli Azərbaycan vətəndaşıdır. Azərbaycanda doğulub, Azərbaycan dilində təhsil alıb və nümunəvi vətəndaş olaraq Azərbaycan dövlətinin Konstitusiyasının tələbləri əsasında yaşayır. Yaxın rəfiqəsi Svetlana Əsrəfova adlı qadının bacısı oğlu Orxan Ələkbərov adlı səxsə etimad göstərərək ona küllü miqdarda borc verib.O borcu qaytarmaq əvəzinə Bahar xanımı aylarla süründürüb. Sonradan məlum olub ki, sən demə o, yalan vədləri, saxta əməlləri ilə tək Bahar Əliyevanı deyil, neçə - neçə insani aıdadaraq xuliqanlıq etmişdir. O, atası Ələkbərov Azər Tacəddin oğlunun da dəstəyi ilə bir sıra dələduzluq xarakterli əməllər edib və dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Şikayətçimiz əzizəsində qeyd edir ki, Orxan təxminən 2014-cü illərdə Türkiyədə olduğu zaman hansısa yollarla bankomatlardan pul çıxartmaga nail olub və axtarışa verilib. Türkiyədə yaşadığı dövrdə hətta adını belə saxtalasdirib Ayxan adı ilə tanınan Orxanın axtarışı elan olunduğu vaxt, atası Azər Ələkbərov şəxsi münasibətlərini işə salaraq oğlu Orxanı gizli yolla Naxçıvana, oradan isə Bakıya gətizdirməyə nail olub. Orxanın əməllərinə dəstək olan ata özünü sözünün sahibi olan insan kimi qələmə verərək, dəfələrlə oğlu ilə birlikdə Bahar xanımın evinə gəlib, onun süfrəsi arxasında oturaraq çörək kəsiblər. Nəhayət, Bahar xanım verdiyi borcu tələb etdikdə Ələkbərovlar ailəsinin "gözündən düşür". Belə olan halda Bahar xanım Azər Ələkbərova onların əməllərini ictimailəşdirmək üçün mətbuata müraciət edəcəyini söyləyib.Belə olan halda, Azər qadına "TALİS" deyə müraciət edərək, təhdid, hədə-qorxu dolu ifadələrlə təhqir etməyə, qorxutmaga başlayıb. Maraqlıdır ki, Azər Bahar Əliyevaya onu da deməkdən çəkinməyib ki, mənim DTX - da, Banditizmdə adamlarım var, səni qolu qandalı PPX maşınında gətizdirəcəyəm. Azər Ələkbərov Müdafiə Nazirliyinin tabeçiliyində olan Təlim -Tədris Mərkəzində Mülki İşlər üzrə Xidmətin rəisi vəzifəsində çalışır. Bəlkə tutduğu vəzifəsi ona bu cür təhdid dolu hərəkətlər etməyə güvən verir, deyə bilmərik. Lakin cinayətkar oglunun hərələtlərindən utanmaq əvəzinə, halal zəhmətə dolanan Bahar xanım kimi insanları thdid edib geri çəkilməyə məcbur etməyə ona heç bir qanun icazə vermir. Bəlkə də güvəndiyi vəzifəli və çinli "dostlarıdir" ki, Bahar Əliyevanın şikayət etdiyi mətbuatı toz edəcəyi ilə hədələyir. Azər Ələkbərovun vəzifəli və çinli məmur kimi vətəndaşa adı ilə deyil, "TALIŞ" deyə müracətinin isə yalnız bir adı var: Dövlətə qarşı sabotaj və nifaq toxumu səpmək...

Tərifə Şükürqızı

Oxu 324 dəfə Son redaktə Çərşənbə axşamı, 23 Fevral 2021 18:57

Media