CƏMİYYƏT

CƏMİYYƏT (240)

  
 
"Ölkədə  vəzifələr "irsi olaraq"(atadan oğula)  ötürülür, kimsə vəzifəyə təsadüfi gəlmir" və sair kimi ifadələr artıq kiçik-böyük məmurların saymazlığından  cana doymuş xalqın dilinin əzbərinə çevrilib.
 
Dərindən araşdırıldıqda, yaxud o vəzifəli şəxslərdən hər hansı birinin işinə xitam verildikdə xalqın  haqlı olduğu öz təsdiqini tapır. 
 
Bəzən də böyük vəzifələrin - daha doğrusu vəzifəlilərin  xərçəng toxumaları kimi ölkənin hər tərəfinə yayıldığının şahidi oluruq. 
 
Yeri gəlmişkən bir fikri xatırladım ki, bu yaxınlarda vəzifəsindən azad edilən Naxçıvanın "bədxassəli şişi" Vasif Talıbovun da "toxumaları"da, bir zamanlar  ölkənin hər yerindən özünü biruzə verirdi.
 
Hansı ki, onlardan biri də sən demə Qaradağ rayon Müşviqabad qəsəbəsində də "at oynadır"mış. Dövlət əmlaklarını ata mülkü kimi satıb-sovurur, dinənə də deyirmiş, "öz torpağımdır". 
 
Bir neçə gün əvvəl Qaradağ rayon Müşfiqabada qəsəbəsində - qəbristanlığın yanında, yeni salınmış yaşayış massivindən bir qrup şəxs tərəfindən "Mediatv.az"a müraciət və VİDEO-FOTO görüntülər daxil olmuşdur.
 
 
 
 
Daxill olmuş məlumatda bildirilir ki, "Cəsarət adlı şəxs böyük bir ərazini zəbt etməklə yanaşı, sakinlərin mərkəzi küçəyə çıxacağı yolu da daş hasara alaraq, mənimsəmişdir". 
 
Sakinlərin müraciəti əsasında verilən məlumatı araşdırmaq üçün,  sözügedən ərazidə olduq. Əraziyə baxış keçirərkən məlum oldu ki, vətəndaşların iddiaları tam əsaslıdır. 
 
Bundan əlavə, apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, həmin ərazi və ona paralel olan hektarlarla ərazilər kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmasına  baxmayaraq, bacanaq olduqları deyilən Akif və Nəriman adlı şəxslər tərəfindən qanunsuz olaraq vətəndaşlara həyətyanı sahə kimi satılır. 
 
Qeyd edək ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Akif adlı şəxs özünü vətəndaşlar arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri  Vasif Talıbovun qohumu, eyni zamanda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun kirvəsi kimi təqdim edərək, bir sıra qanunsuz işləri həyata keçirirlər.
 
Onlar qanunazidd "torpaq biznesi" ilə məşğul olaraq, xeyli sərvətlərə sahib olublar. 
Mediatv.az-a verilən məlumatlara görə bu şəxslər, hazırda Sumqayıt şəhər İcra başçısı vəzifəsində çalışan Zakir Fərəcovun  Abşeron rayonunda İcra başçısı işlədiyi zamanlar müxtəlif yollarla sözügedən kənd təsərrüfatı təyinatlı əraziyə dair  99 illik icarə sənədi alıblar və həmin ərazidə 2014-cü ildən  etibarən  həm özləri üçün fərdi yaşayış mənzilləri tikdiriblər, həm də digər vətəndaşlara həyətyanı sahə adı altında satışını bu gün də həyata keçirirlər. 
Bildiyiniz kimi kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış üçün evlərin tikintisi müvafiq qanunla qadağandır. Buna baxmayaraq, Akif və Nəriman adlı şəxslər həmin əraziləri şəxsi əmlakları kimi kiminə satır, kiminə isə hədiyyə edirlər.
 
Deyilənə  görə, torpaq payı verdikləri şəxslər arasında yüksək vəzifəli şəxslər xüsusi yer alır. 
 
İddialara görə vətəndaşlara süni əngəllər yaradan Cəsarət adlı şəxsə də  bir neçə hektar ərazini pay edənlər məhz sözügedən şəxslərdir.
 
 
Qeyd edək ki, Akif və Nərman adlı şəxslər çox sayda  əmlaklara -  “Lələtəpə” şadlıq sarayına, geniş əraziyə malik dəbdəbəli restorana, hektarlarla sahəsi olan torpaqda villalara, 10-larla iaşə obyektlərinə  və çox sayda bahalı maşınlara sahib olduqları iddia edilir. 
 
Özü də deyilənə görə bu hələ onların bu ərazidə sahib olduqları əmlaklarıdır. Bakının başqa rayonlarının ərazilərində də bir qayda olaraq,  çoxsaylı sərvətlərə sahib olduqları bildirilir. 
Təbii ki, bu istiqamətdə də araşdırmalarımız davam edir. 
 
Məlumatlarda o da iddia edilir ki, adıçəkilən şəxslərin rəhbərliyi ilə həyata keçirilən qanunsuz torpaq satışları və ərazidə aparılan qanunsuz tikintilərdə inzibati ərazinin səlahiyyətli şəxsləri - ərazi icra nümayəndəsi Coşqun və bələdiyyə sədri İmamverdi müəllimin də "müstəsna rolu" vardır.  
 
Qeyd edək ki, bu da hələ hamısı deyil. Odur ki, araşdırmalarımız davam edir.
 
Mövzuya qayıdacağıq.//Mediatv.az

“Nəşəmi oğurlamısan!” – İsmayıllıda narko-fermerin təhdid etdiyi şəxs intihar edib
*
Biz azərbaycanlıların bir yaxşı xüsusiyyətimiz var ki, daha doğrusu, çoxsaylı yaxşı xüsusiyyətlərimizdən biri də budur ki, optimist millətik. Xoş günümüzdə deyirik: “pis günümüz elə belə olsun”. Pis gündə də deyirik: “Allah daha bedtərindən qorusun”. Yaxınını itirənə başsağlığı verəndə deyirik: “axır qəminiz olsun”.
Olsun, həmin şəxsə bir anlıq, bir günlük təsəlli veririk. Əgər bəla necə deyərlər, elnən gələn bəladırsa, dərdə düşən adam tez ovunur, yəni, vəziyyətlə tez barışır. Amma bir də var, adama faciəni hansısa təbii fəlakət, sağalmaz xəstəlik, bədbəxt hadisə deyil, konkret günah sahibləri, cinayətkarlar yaşadıb. Bax onda dərd yiyəsinə təsəlli vermək, başsağlığı vermək azlıq edir, o, cəmiyyətdən daha çoxunu umur. Özü də haqlı olaraq istəyir ki, halına acıyan insanlar cinayətkarın məsuliyyətə cəlb olunmasına da köməklik etsinlər, caninin tapılması və cəzalandırılması ilə məşğul olan hüquq-mühafizə və cinayət təqibi orqanlarına ictimai qınaq yolu ilə təzyiq göstərsinlər, əzizinin qanı yerdə qalmasın. Bu yerdə məşhur bir misra yadıma düşür: “”Can, ay qardaş” söyləməyə nə var ki?! Bax, o canın özü olmaq gərəkdi”.
“Pressinfo.az” saytının redaksiyasına ərizə ilə müraciət edən İsmayıllı rayonunun Basqal qəsəbəsi sakini Mirzəyeva Mehbarə Söbət qızı hazırda İnsanlığın tanıdığı dərdlərin ən böyüyünü yaşayan anadır. 38 yaşlı oğlu Mirzəyev Elvin Mehrab oğlunun tanıdıqları şəxs tərəfindən hədə-qorxu yolu ilə intihar həddinə çatdırıldığını və intihar etdiyini bildirmiş, məsələ ilə bağlı istintaqın gedişindən narazı qaldığını və bu işin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
Ərizədən oxuyuruq:
“Məlum edirəm ki, 24 noyabr 2022-ci il tarixdə gündüz saat 12:00 – 12:15 radələrində həyat yoldaşımın telefonuna oğlumun telefonundan zəng gəlmiş, lakin zəng edən şəxs oğlum deyil, qonşumuz Əhmədov Elnur Rəfail oğlu olmuşdur. Oğluma məxsus telefon cihazını guya öz həyətindəki ağacların dibindən tapdığını deyən Elnur hədə-qorxu tonu ilə bildirmişdir ki, guya oğlum Mirzəyev Elvin Mehrab oğlu onun həyətindən dəyəri 5000 (beş min) manat olan nəşə oğurlayıb, aparıb satıb. Əgər gətirib o pulu çatdırmasa, oğlumu tapıb “deşik-deşik edəcək”. Bundan yarım saat sonra ev telefonumuza zəng gəldi, dəstəyi mən qaldırdım. Həmin şəxs yenə oğlumun yerini soruşdu, əsəbi danışdı. Bu vaxt evə daxil olan oğlum zəng edən adamın kim olduğunu, nə istədiyini soruşdu. Mən telefonu Elvinə verdim və onlar danışdılar. Bundan sonra oğlum nahar edib evdən getdi, daha iki saat sonra isə onun intihar etdiyi aşkarlandı.
O vaxtdan oğlumun ölüm işinin istintaqının nə yerdə olduğunu bilmirik. Bizə müfəssəl məlumat verən yoxdur. Narahatam ki, uşağımın qanı yerdə qalacaq. Çox üzücüdür ki, həyətində külli miqdarda narkotik bitki əkib-becərən, dəfələrlə bu cinayət məşğuliyyəti üstündə məsuliyyətə cəlb olunan, amma hər dəfə tutulandan qısa müddət sonra sərbəst buraxılan, narkotikdən ötrü kimisə açıqca ölümlə hədələməkdən çəkinməyən, oğlumu intihar həddinə çatdıran bir şəxs azadlıqda gəzir, mənim oğlum isə nahaqdan ölüb gedir.
Oğlumun 38 yaşı vardı, azyaşlı qız uşağı var. Xasiyyəti yaxşı idi, qəsəbəmizin sakinləri, Elvini tanıyanlar bunu təsdiqləyə billərlər. Çox möhkəm, həyatsevər biri idi oğlum. Kiminsə intihar etməsi barədə xəbər yayılanda təəccüblənirdi ki, necə olur, adam Allahın verdiyi canına qıyır. Elnur Elvinin narkotikə qurşanması üçün dəfələrlə cəhd göstərib, amma Elvin buna getmirdi, onunla əlaqəni kəsməyə çalışırdı.
Odur ki, Sizdən bu məsələnin kütləvi informasiya vasitəsində ictimailəşdirməyinizi, aidiyyəti qurumlara çatdırmağınızı xahiş edirəm”.
Redaksiya olaraq öz növbəmizdə yuxarı instansiyalara məktubla müraciət etmişik. Ümid edirik ki, hüquq - mühafizə və cinayət təqibi orqanları Mirzəyev Elvin Mehrab oğlunun ölüm işi ilə bağlı istintaqın obyektiv aparılması və əsl həqiqətin üzə çıxarılması üçün səylə çalışacaqlar. Çünki mərhumun ailə üzvlərinin şübhələndikləri şəxs həm də cəmiyyətə təhlükə vəd edir, mənfi xarakterizə olunur, həyətində əkib-becərdiyi narkotik bitkini sanki halal, mülki dövriyyəsinə qanunla icazə verilən mal kimi qorumaqla qayğılanır.

Nüşabə Əhmədova

Çərşənbə axşamı, 10 May 2022 13:22

Bu gün Heydər Əliyevin doğum günüdür

Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin etibarlı qorunması naminə əzm və qətiyyətlə çalışır.

 

 

 

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür.

 

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. 

Bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. 

Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz ulu öndərin adı ilə bağlıdır.

 

Bu gün Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalının üçüncü günüdür.

Pressinfo.az Oxu.Az-a istinadən məlumat verir ki, festival müxtəlif ölkələrin kulinarlarının iştirakı ilə Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.

 
 
 

Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.

Mayın 8-dək davam edəcək Festivalda Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər.

“Global Photo Stock”un əməkdaşının festivaldan lentə aldığı fotoları təqdim edirik:

 

FOTO: Tapdıq Abdullayev

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BiG.AZ-a verilən məlumata görə, ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 60 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 841, bu günə qədər isə ümumilikdə 6 832 323 test icra olunub.

Gəncə terrorunda hər iki ailəsini itirən qız nişanlanıb. 

Pressinfo.az Oxu.Az- istinadən xəbər verir ki, evlərinə raket düşməsi nəticəsində valideynlərini itirən 18 yaşlı Sevil Əliyevanın nişan mərasimi olub.

 

Sevilin nişan mərasimindən fotolar sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, 2020-ci ilin 10 oktyabrından 11 oktyabr tarixinə keçən gecədə erməni terrorçuları tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində həlak olanlar arasında Anar Əliyev və həyat yoldaşı Nurçin Əliyeva da olub. Onlardan geriyə 16 yaşlı Sevil və səkkiz yaşlı Hüseyn adlı övladları qalıb. 

 

Fidan Maxsudova,
Müasir Qadın və Cəmiyyət İB sədri
İnnovasiya Mərkəzinin sədri
İBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Müasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdi
Müasir Qadın və Cəmiyyət İctimai Birliyi işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış abidələrin saxtalaşdırılması faktlarının beynəlxalq aləmə effektiv çatdırılması üçün "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdi .
Layihə çərçivəsində “Qarabağnamə “ mobil tətbiqi Həmçinin “Qarabğnamə “ Rəqəmsal kod kitabları Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi və Müasir Qadın və Cəmiyyət İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmışdır.” Kitabda ümumilikdə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən məhv edilmiş , maddi və mənəvi mədəniyyət nümunələri, tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumatlar əks olunmuşdur . Rəqəmsal “Qarabağnamə “ kod kitablarında işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıntılara məruz qalan abidələrin əvvəlki və işğaldan azad olunduqdan sonra olan görüntüləri vizual maket formasında həmçinin video formatda kitab səhifələrində görə bilərsiniz. Rəqəmsal “Qarabağnamə “ kitablarında işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıntılara məruz qalan Azərbaycan abidələrinin əvvəlki və işğaldan azad olunduqdan sonra olan görüntüləri vizual maket formasında həmçinin video formatda kitab səhifələrində görmək olacaqdır.Oxuyucu kitab səhifəsinə telefon kamerasını yaxınlaşdırdıqda səhifədə vizual olaraq abidələri görə biləcək əvvəlki indiki vəziyətini müşahidə edə biləcək ingilis dilində səsli abidlərə və faktlarla bağlı məlumat alacaqlar . Kitabda həmçinin erməni vandalları tərəfindən tamami ilə məhv olunmuş abidələri də vizaul olaraq görə bilərlər, həmçinin Qarabağ mədəniyyətini poeziyasını əks etdirən Xurşidbanu Natavanın simasını əks etdirən fiqurları kitabın səhifəsinə telefon kamerasını yaxınlaşdıraraq görə biləcəklər və onların şerlərini əsərlərini vizual olaraq öz simalarında dinləyə biləcəklər . Qarabağnamə rəqəmsal innnovativ kitablar hazırlandıqdan sonra Azərbaycanda yerləşən xarici ölkə nümayəndələrinə səfrliklərə Azərbaycanda təhsil alan xarici ölkə tələbələrinə paylanıldı .
Xarici ölkə vətəndaşlarının ermənilərin Azərbaycan abidələrinə qarşı törətdiyi teror siyasətini daha effektiv görməsi üçün rəqəmsal posterlər hazırlanmışdır bu posterlərə telefon kamerasını yaxınaşdırdıqda oxuyucu işğaldan sonra dağıdılmış abidələrin əvvəlki və hazırki maketləri vizual olaraq görə və abidələr haqqında səs və vizual görüntü ilə ətraflı məlumatlar ala bilirlər .
Play Marketdən “ Qarabağnamə” tətbiqetməsini endirin. Tətbiqetmənin kamerasını kitab səhifəsinə yaxınlaşdırdıqda işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıntılara məruz qalan məhv edilən abidələrin əvvəlki və işğaldan azad olunduqdan sonra olan görüntüləri vizual maket formasında həmçinin video formatda vizual olaraq görə biləcəksiniz.Azərbaycan abidələrinin“erməni abidələri” adı ilənecə saxtalaşdırılmasıfaktları ilə bağlı məlumat ala biləcəksiniz . “ Mobil tətbiq android telefonları dəstəkləyir. “Qarabağnamə” kitablarının innovativ rəqəmsallaşması üçün proqram təminatı İnnovasiya Mərkəzi tərəfindən yazılılmışdır.
https://play.google.com/store/apps/details?id=com.DefaultCompany.Qarabanam
"Karabakhname" mobile application was developed on the initiative and organization of the Financial Support Agency of the State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan and the Public Union of Modern Women and Society". The program works only when you bring the camera in the program closer to the "Karabakhname" books.The book contains detailed information about the material and spiritual culture, historical and cultural monuments destroyed by Armenians during the Nagorno-Karabakh conflict.In the digital "Karabakhname" code books, you can see images of monuments destroyed by Armenian vandals in the liberated territories, both before and after the liberation, in the form of visual models, as well as in video format on the pages of books.
Download "Karabakhname" application from Play Market.When you bring the camera of the application closer to the page of the book, you will be able to see the images of the destroyed monuments destroyed by Armenian vandals in the liberated territories before and after the liberation, as well as in video format.You will be able to get information about the facts of falsification of Azerbaijani monuments under the name "Armenian monuments". "The mobile application supports Android phones. Software for innovative digitization of "Karabakhname" books was written by the Innovation Center.
https://play.google.com/store/apps/details?id=com.DefaultCompany.Qarabanam
Müasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdiMüasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdiMüasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdiMüasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdiMüasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdiMüasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdiMüasir Qadın və Cəmiyyət İctimai Birliyi "Qarabağnamə" rəqəmsal innovativ kitabların proqramlaşdırılması və nəşri adlı layihəni həyata keçirdi