Manchester City 43 milyon avroya müdafiəçi alır
“Barselona”da Artur krizi – Pyaniçin transferi ləğv oluna bilər
De Xea Manchester United-in tarixinə keçdi
“Yuventus”Dan Ardıcıl 9-Cu Çempionluq! -
İtaliya A Seriyasında XXXVI turun son oyunu keçirilib. Turindəki "Alyans Stedium"da "Yuventus" "Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Bu qələbə sayəsində xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə "Qoca Sinyora" tarixində 36-cı dəfə İtaliya çempionu olub.
"Yuventus"a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Sarri 61 yaş 198 günlüyündə bu nailiyyətə imza atıb.
"Sampdoriya" hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub
cbcsport.az
"Milan" Baş Məşqçisi Ilə Müqavilə Müddətini Uzatdı
"Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytı xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib.
Komanda A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır.
Daha öncə komandanın başına “Leypsiq”in baş məşqçisi Ralf Raqnikin gətiriləcəyi deyilsə də, rəhbərlik bu variantdan imtina edib.
Nicat Qurbanov Qolunu Əsgər Salamı Ilə Qeyd Etdi
Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” klubu səfərdə “Merani” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da Qurbanov 54-cü dəqiqədə penaltidən vurub.
28 yaşlı yarımmüdafiəçi vurduğu qolu əsgər salamı ilə qeyd edib. Bununla o, son günlərdə ermənilərlə döyüşlər zamanı şəhid olan Azərbaycan hərbçilərini anıb.
6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.
cbcsport.az
Leeds United -16 il sonra Premyer Liqaya vəsiqə qazandıla
Pressinfo.az Goal.az a-istinadan xəbər verir ki, Leeds United Çempionşipdə sona iki tur qalmış həm çempionluğunu, həm də elitaya vəsiqəni təmin edib.
Buna ikinci pillədə qərarlaşmış West Bromwich-in ötən gün səfərdə Huddersfield-ə 1:2 hesablı məğlubiyyəti şərait yaradıb. Hazırda iki oyunu qalan lider Leeds-in 87 xalı varsa, cəmi bir oyunu qalan West Bromwich 82 xalla ikinci, Brantford isə 81 xalla üçüncüdür. Bu da Leeds-in qalan oyunlarda uduzsa belə, zirvədəki mövqeyini əldən verməyəcəyi anlamına gəlmir.
Qeyd edək ki, Leeds 16 illik fasilədən sonra İngiltərə Premyer Liqasına dönür. Sözügedən klub sonuncu dəfə 2003/04 mövsümündə elitada olub. Bu klub tarixində üç dəfə (1969, 1974 və 1992) İngiltərə çempionu olub.
Kasilyas “Real”a qayıdır
“Real”ın sabiq qapıçısı İker Kasilyas yenidən Madrid klubuna qayıdacaq.
Pressinfo.az Unikal.org a-istinadan xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 39 yaşlı qapıçı “Real”ın prezidenti Florentino Peresin müşaviri olacaq. Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.
Ətraflı
Millimiz FIFA Reytinqində Neçəncidir?
FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Qurumun rəsmi saytının verdiyi xəbərə görə, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb.
Digər komandaların mövqeyində də dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.
Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb.
cbcsport.az
"Mən Avroliqa səviyyəsində futbolçu deyiləm" - İbrahimoviç
Milan-ın hücumçusu Zlatan İbrahimoviç gələcəyi barədə danışıb.
Pressinfo.az Goal.az a-istinadan xəbər verir ki, İbrahimoviç Milan-dan ayrıla biləcəyini istisna etməyib:
"İbra qalib olmaq üçün oynayır, yoxsa evdə oturmağa üstünlük verər. Dedilər ki, futbolla ABŞ-da vidalaşmaq asan işdi, mən də Milan-a qayıtdım.
Təkcə ehtirasıma görə buradayam, çünki, demək olar ki, havayı oynayıram. Koronavirus məsələsi ortaya çıxanda öz-özümə düşündüm: "Bəlkə də, bu, karyeramı bitirməyim üçün işarədi".
İbra futbol oynamaq üçün doğulub və o, hələ də dünyanın ən yaxşı futbolçusudu. Görək, iki ay sonra özümü necə hiss edəcəm. Klubdakı vəziyyətdən də çox şey asılı olacaq. Situasiya dəyişməsə, məni növbəti mövsüm Milan-ın heyətində görmək şansınız azalacaq.
İbra Avropa Liqası səviyyəsində oyunçu deyil. Milan da AL səviyyəsində klub deyil".
(fanat)
Avropa Liqası: 1/4 Final Və Yarımfinal Cütləri Müəyyənləşdi
UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. Mərasimdə final oyununun nominal meydan sahibləri də müəyyənləşib.
1/4 final
1. “Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi
2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi
3. “İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi
4. “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi
Yarımfinal
4-cü cütün qalibi - 2-ci cütün qalibi
3-cü cütün qalibi - 1-ci cütün qalibi
Qarşılaşmalar Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq.
1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Kölndə baş tutacaq. Həlledici matçda “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi ilə LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi arasındakı görüşdən üstün ayrılan tərəf nominal ev sahibi olacaq.
Qalib hər mərəhələdə 1 oyunla müəyyənləşəcək.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin baş tutmayan "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.
Ruslan Qurbanov Azərbaycan vətəndaşlığından və yığmadan imtina edir - MÜSAHİBƏ
Azərbaycan millisinin və “Keşlə”nin sabiq futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi
- "Keşlə"dən ayrıldıqdan sonra klubsuzsunuz. Gələcək karyeranızla bağlı qərarınızı vermisiniz?
- Açığı, danışıqlar prosesində ölkəni tərk etməyim lazımdır. Məcburiyyətdən burada qalmışam, heç yerə gedə bilmirəm.
- Belə çıxır ki, karyeranızı ölkə xaricində davam etdirəcəksiniz?
- Hazırda dəqiq bir söz deyə bilmərəm. Açığı, özüm də heç nə bilmirəm, hələlik gözləyirəm. Mənimlə maraqlanan klublar Rusiya pasportumun olmasını istəyirlər. İndiki məqamda orada legioner sayılıram və bu da keçidimi çətinləşdirir. Bu üzdən bir qərar verməliyəm. Dedilər ki, Azərbaycan vətəndaşlığından imtina elə, rusiyalı kimi gəl. Hələ ki, düşünürəm. Onsuz da, Azərbaycan millisinin artıq mənə ehtiyacı yoxdur, yığmaya çağırılmıram. Buna görə də, yaxşı götür-qoy etmək lazımdır.
- Karyeranızı Rusiyada davam etdirəcəksiniz?
- Hazırda ən real variant oradadır. Düzü, digər ölkələrdən də maraqlananlar var. Amma buranı tərk edə bilmirəm ki, onlarla görüşüm. Üstəlik, Qazaxıstanda yeni mövsüm artıq start götürüb, səhv etmirəmsə, tezliklə oyunlar yenidən bərpa olunacaq.
- Rusiyanın hansı klubuna keçməyə hazırlaşırsınız?
- Klubun adını deyə bilmirəm, çünki hazırda danışıq gedir. Onu söyləyə bilərəm ki, Rusiyanın birinci liqa təmsilçisidir.
- Azərbaycan vətəndaşlığından imtina etməyə hazırlaşırsınız?
- Bu məsələyə əlavə şərh vermək istəmirəm. Əgər seçim mənim karyeramla bağlıdırsa, deməli, düzgün qərarı verəcəyəm. Burada heç kimə lazım deyiləmsə, karyeramı bitirməliyəm?
- Azərbaycandan təklifiniz yoxdur?
- Heç kim mənimlə əlaqə saxlamayıb. Açığı, çox şey də gözləmirəm. Hələ futbol oynamalıyam, cəmi 28 yaşım var, özümü yaxşı hiss edirəm. Buna görə də, yaxşı düşünəcəyəm, valideynlərimlə məsləhətləşəcəyəm, ondan sonra qərarımı verəcəyəm.
- Burada qalmayacağınız deyəsən dəqiqdir...
- Azərbaycandan heç bir təklifim yoxdur. Əlbəttə ki, qalmayacağam. Karyeramla bağlı qərar verməliyəm. İndi "Keşlə"nin mənə olan borcunu ödəməsini gözləyirəm. Sənədləri toplamaq və ölkəni tərk etmək istəyirəm. Buna görə də, klubun öhdəliyini yerinə yetirməsini istəyirəm. Ailəm də yanımdadır, hamımız borcun ödənilməsini gözləyirik.
- Dediniz ki, Azərbaycan vətəndaşlığından imtina edə bilərsiniz. AFFA ilə heç bu barədə söhbətiniz olubmu? Bəlkə onlar yenidən milliyə çağırılmağınızı istəyirlər...
- Hələ heç kimlə danışmamışam. Hər şeyi düşündükdən sonra yeni komanda seçimimi edəcəyəm. Bundan sonra milliyə çağırılmayacağam, bunu bilirəm.
- Haradan bilirsiniz? AFFA ilə hər hansı bir probleminiz var?
- Xeyr, heç bir problemim yoxdur. Əksinə, AFFA həmişə kömək edib. Amma bilirəm ki, artıq onlara lazım deyiləm. Yeni gənc nəsil yetişir. Hiss edirəm ki, dəvət almayacağam. Yalnız ölkə xaricində legioner həyatı yaşasam, çağıra bilərlər.