Bazar, 30 Dekabr 2018 22:34

Sadıqovdan şəhid övladı ilə bağlı təsirli paylaşım – Foto

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə örnək addımi ilə yadda qalıb.

36 yaşlı müdafiəçi şəxsi “İnstaqram” səhifəsində həssas paylaşım edib.

Sadıqov aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.

Şəkil Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Sportinq” oyunundan əvvəl çəkilib.(Teleqraf.com)

Oxu 101 dəfə