Bazar, 05 İyul 2020 17:57

Daha bir turnir təxirə düşdü

Qadınlar arasında Belarusun paytaxtı Minskdə keçiriləcək şahmat üzrə Dünya Kuboku 2021-ci ilə təxirə salınıb.

Pressinfo.az Oxu.Az a-istinadan  xəbər verir ki, qərar FIDE-nin İdarə Heyəti tərəfindən verilib. Qadınların Dünya Kuboku turniri bu ilin avqustunda keçirilməli idi. Kişilər arasında analoji yarış isə öz vaxtında – 2021-ci ildə baş tutacaq.

 Qeyd edək ki, qadınların yarışında Azərbaycan millisindən Gülnar Məmmədova iştirak etməli idi.
Oxu 8 dəfə