Çərşənbə, 30 İyun 2021 11:37

Avro-2020: 1/4 finala çıxan bütün komandalar bəlli oldu Xüsusi

İyunun 29-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Ukrayna millisinin İsveç yığması üzərində qələbəsindən sonra 1/4 finala çıxan bütün komandalar bəlli olub.
1/4 final mərhələsinə İsveçrə, İspaniya, Belçika, İtaliya, Çexiya, Danimarka, İngiltərə və Ukrayna vəsiqə qazanıblar.
İyulun 2-si Sankt-Peterburqda İsveçrə-İspaniya matçı, Münhendə isə Belçika-İtaliya matçı baş tutacaq.
Digər iki oyun - Çexiya-Danimarka və Ukrayna-İngiltərə - iyulun 3-ü Bakıda və Romada keçiriləcək.

Oxu 7 dəfə Son redaktə Çərşənbə, 30 İyun 2021 11:39