İDMAN

İDMAN (57)

Bazar ertəsi, 27 İyul 2020 13:48

“Yuventus”Dan Ardıcıl 9-Cu Çempionluq! -

İtaliya A Seriyasında XXXVI turun son oyunu keçirilib. Turindəki "Alyans Stedium"da "Yuventus" "Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu qələbə sayəsində xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə "Qoca Sinyora" tarixində 36-cı dəfə İtaliya çempionu olub.

"Yuventus"a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Sarri 61 yaş 198 günlüyündə bu nailiyyətə imza atıb.

"Sampdoriya" hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub

cbcsport.az 

"Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytı xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib.

Komanda A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır.

Daha öncə komandanın başına “Leypsiq”in baş məşqçisi Ralf Raqnikin gətiriləcəyi deyilsə də, rəhbərlik bu variantdan imtina edib.

 
cbcsport.az

Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” klubu səfərdə “Merani” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da Qurbanov 54-cü dəqiqədə penaltidən vurub.

28 yaşlı yarımmüdafiəçi vurduğu qolu əsgər salamı ilə qeyd edib. Bununla o, son günlərdə ermənilərlə döyüşlər zamanı şəhid olan Azərbaycan hərbçilərini anıb.

6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

cbcsport.az

İngiltərə Premyer Liqasının 2020/21 mövsümünə vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Pressinfo.az Goal.az a-istinadan xəbər verir ki, Leeds United Çempionşipdə sona iki tur qalmış həm çempionluğunu, həm də elitaya vəsiqəni təmin edib.

Buna ikinci pillədə qərarlaşmış West Bromwich-in ötən gün səfərdə Huddersfield-ə 1:2 hesablı məğlubiyyəti şərait yaradıb. Hazırda iki oyunu qalan lider Leeds-in 87 xalı varsa, cəmi bir oyunu qalan West Bromwich 82 xalla ikinci, Brantford isə 81 xalla üçüncüdür. Bu da Leeds-in qalan oyunlarda uduzsa belə, zirvədəki mövqeyini əldən verməyəcəyi anlamına gəlmir.

Qeyd edək ki, Leeds 16 illik fasilədən sonra İngiltərə Premyer Liqasına dönür. Sözügedən klub sonuncu dəfə 2003/04 mövsümündə elitada olub. Bu klub tarixində üç dəfə (1969, 1974 və 1992) İngiltərə çempionu olub.

Şənbə, 18 İyul 2020 13:59

Kasilyas “Real”a qayıdır

“Real”ın sabiq qapıçısı İker Kasilyas yenidən Madrid klubuna qayıdacaq.

Pressinfo.az Unikal.org a-istinadan  xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 39 yaşlı qapıçı “Real”ın prezidenti Florentino Peresin müşaviri olacaq. Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

 Son olaraq “Portu”da çıxış edən Kasilyas, 1999-2015-ci illərdə “Real”ın formasını geyinib