Gömrük Akademiyası konsorsium çərçivəsində Aİ-nın layihəsini qazanıb
Dövlət Gömrük Komitəsinin Akademiyasının iştirak etdiyi üç illik Avropa İttifaqı Erasmus+ konsorsium layihəsi müsabiqənin qalibi seçilib. Gömrük Akademiyasının və səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə hazırlanmış “Work4CE” konsorsium layihə təklifi Avropa İttifaqının (Aİ) Eramus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası üzrə qrant müsabiqəsinin qalibi olub.
Dövlət Vergi Xidmətindən riskli vergi ödəyicisi və riskli əməliyyatlara dair açıqlama
İlham Əliyev: “Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki…”
Pandemiya meyvə-tərəvəz istehsalına və ixracına necə təsir edib?
Pressinfo.az Report.az a-istinadan məlumat verir
Azərbaycanda kənd təsərrüfatının önəmli sütunlarından biri meyvəçilik və tərəvəzçilik sahəsidir. Meyvə-tərəvəz istehsalı və ixracı kollektiv əmək nəticəsində başa gəldiyi üçün koronavirus pandemiyası dövründə bu sahədə də müəyyən məhdudiyyətlər tətbiq edildi. Bundan başqa, paytaxt Bakı ilə regionlar arasında hərəkətə məhdudiyyət qoyuldu. Bəs bütün bunlar meyvəçiliyə və tərəvəzçiliyə necə təsir edib?
"Report" bununla bağlı aidiyyəti şəxslərin fikirlərini öyrənib.

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyevin sözlərinə görə, pandemiya təmsil etdiyi sahəyə ciddi təsir etməyib: “Keçən illə müqayisədə meyvə-tərəvəz istehsalının həcmi və valyuta dəyərində ixrac artıb. Amma xarici bazarlarda, xüsusilə Rusiya bazarında qiymətlər çox aşağı olub.
Hökumət pandemiya dövründə kənd təsərrüfatı üçün çox gözəl şərait yaratdı. Ciddi məhdudiyyətlər qoyulmadı. Bağlarda, istixanalarda bütün kənd təsərrüfatı işçilərinin çalışması təmin olundu. Yeni elektron kənd təsərrüfatı informasiya sisteminin istifadəyə verilməsi, onlayn subsidiyalara müraciət, kartlara pulun ödənilməsi fermerlərin işini qat-qat rahatlaşdırdı. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini çox yüksək qiymətləndirmək lazımdır. Elektron informasiya sistemi, yeni subsidiya sistemi, prezidentin bu istiqamətdə verdiyi fərmanlar çox yaxşı işlədi. Bunların nəticəsində meyvə-tərəvəz istehsalı sektoru pandemiya dövrünü çox yaxşı keçirdi. Sektorda heç bir problem olmayıb. Dövlət orqanlarının hamısı kənd təsərüfatında heç bir problem yaranmamasına nəzarət etdilər. Kənd təsərrüfatı nazirinin özü hər həftə bir rayonda idi. Hətta elə edirdilər ki, karantin dövründə fermerlərin, kənd təsərrüfatı ilə məşğul olan işçilərin hərəkətinə məhdudiyyət yaranmasın. Hər dəqiqə bizimlə əlaqədə saxlayırdılar”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə diqqəti bu dövrdə fermerlər üçün yaranmış bəzi çətinliklərə yönəldib: “Pandemiya təzə başlayanda, yəni mart ayında yaz dövrü olduğu üçün bəzi çətinliklər yaşandı. Bu çətinliklər mərkəzi şəhərlərdə yaşayan insanların regionlarda olan təsərrüfatlarına getmələri ilə bağlı ləngimələr yaratdı. Vaxtında müəyyən aqrotexniki qullaqlar həyata keçirmək üçün icazələrin alınmasında müəyyən ləngimələr yaşandı. Buna baxmayaraq, mövsümün əlverişli keçməsi, yağıntıların olması və kəskin istilərin olmaması nəticəsində optimal vaxtda bu qulluqlar başa çatdırıldı. Sonrakı dövrdə məhsulun kütləvi yığımı başladı. Artıq məhsullar böyük bazarlara gəlməli idi. Karantin postlarında fərdi nəqliyyat vasitələrində bu yüklərin daşınmasına qadağa tətbiq edilirdi. Bu isə ümumi yük dövriyyəsinə təsirini göstərdi. Çünki bizdə bölgələrdə təsərrüfatla məşğul olanlar istehsal etdikləri məhsulu gecələr öz fərdi nəqliyyat vasitələrinə yükləyib səhərə yaxın Bakı, Sumqayıt bazarlarına gətirirdilər. Bu zaman bazara eyni vaxtda bir neçə bölgədən məhsul daxil olduğuna görə qiymətlərin kəskin ucuzlaşması müşahidə edilirdi. Fermerlərimizin çoxu böyük yük avtomobillərini əldə edə bilmədilər”.
Onun sözlərinə görə, çətinliklərə baxmayaraq bazarda meyvə-tərəvəz məhsullarının qiyməti kəskin artmayıb: "Emal olunmamış kənd təsərrüfatı məhsullarının bazarda baha olduğunu deyə bilmərik. Əhalinin əsas istehlak etdiyi məhsullardan biri kartofdur. Kartofun bu gün qiyməti pərakəndə bazarda maksimum 50-60 qəpik arasında dəyişir. Pomidorun da qiyməti kifayət qədər normaldır. Son bir həftədə ən çox alınan Xaçmaz pomidoru 1 manat 40 qəpikdən 70 qəpiyə qədər ucuzlaşıb. Digər məhsulların da qiymətində stabilləşmə var. Kənd təsərrüfatı məhsullarının qiyməti pandemiya faktoruna baxmayaraq insanlar üçün əlçatan hesab oluna bilər. Lakin pandemiya ümumi kənd təsərrüfatı məhsullarının sürətli dövriyəsinə təsir edib. Bildiyimə görə, kənd təsərrüfatı məhsullarımızın xaricə ixracı ilə bağlı hər hansı ləngimə yoxdur. Lakin bəzi sahibkarlarımız pandemiya faktorunu nəzərə alaraq o məhsulların xarici bazarlara deyil, daxili bazarlarda realizasiyasına start veriblər.

Açıq sahə tərəvəzçiliyi bir neçə gündən sonra başlayacaq və gözləyirik ki, bu qiymətlərə ciddi təsir göstərəcək. Meyvəçilikdə isə tezyetişən sortların və tumlu meyvələrin yığımı başa çatıb. Gilas, gavalı, ərik kimi tumlu meyvələr demək olar ki, keçən ilki qiymətlə bazara çıxarıldı və ciddi bahalaşma olmadı. Bundan sonra açıq sahə tərəvəzçiliyində kütləvi yığım, bostan məhsullarının yığımı və sentyabrdan etibarən gec yetişən meyvə sortlarının yığımı prosesini gözləyirik. Karantin rejimində yumşalmaların getməsi aqrar sektorda da hərəkətliliyə, mal dövriyəsinə təsirini göstərəcək. Bu günə qədər olan təhlillərə əsasən deyə bilərik ki, pandemiya aqrar sektorda nonsens vəziyyəti yaratmayıb. Hazırda pambıq sahələrində aktiv ikinci vegetasiya suvarması, alaqlara qarşı kultivasiya aparılması və digər mühüm tədbirlər gedir. Görülən tədbirlər nəticəsində regionlarımızda fermerlərimizin fəaliyyəti tam təmin olundu. Ləngimələr olmadı. Yalnız keçən ildən müşahidə etdiyimiz bəzi faktorlar bu il də baş verdi. Kəskin iqlim dəyişmələri baş verdi və təsərrüfat suyu ilə təminatda ciddi çatışmazlıq yarandı. Bu gün pandemiyadan çox quraqlığın kənd təsərrüfatına mənfi təsirləri haqqında danışırıq. Pandemiya nə vaxtsa bitsə də, səhralaşma prosesi hələ bizim çox vaxtımızı alacaq. Odur ki, bu məsələ ilə daha ciddi məşğul olmaq lazımdır".



“Turist yoxdur, toy-yas yoxdur, ətin qiyməti niyə bahalaşır
Gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları müzakirə edilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi və Gömrük Akademiyası arasında iki ölkənin gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları videokonfrans formatında müzakirə edilib.
Azərbaycanda koronavirus xəstələrinin bir günlük mualicəsi 80-150 manat arasında dəyişir
"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə gündəlik xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür".
pressinfo.az Fins.az-a istinadan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu, dəyişən rəqəmdir:
"Çünki qeyd olunan rəqəm marta aid rəqəmdir. Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim, maska və həkimlərə verilən əməkhaqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".
Əlavə Dəyər Vergisi-ni (ƏDV) geri qaytarılması üçün portal yaradılıb
Bu Xəbər Vergilər Nazirliyinin saytında dərc olunub.
Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir. Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib - bu, “Kapital Bank”dır. Həmçinin, alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?
ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Ətraflı
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,39 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,63 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 61,5 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.
“Qara qızıl” bahalaşıb
Dünya bazarlarında “Brent” markalı neftin qiyməti üç faiz bahalaşıb.
Bakı vaxtı ilə saat 14:20-yə olan göstəricilərə görə Şimal dənizi neft qatışığının bir barelinin qiyməti 58,77 dollara qalxıb.
WTI markalı neftin fevral fyuçersləri (sövdələşmələri) üzrə qiyməti isə 2,81% qalxaraq, 49,31 dollar təşkil edib.
Bu ölkədə 1 dollara 11 milyon litr benzin düşür
Venesuelada benzinin qiyməti əvvəlki kimi heç bir dəyərə sahib deyil.
Bu barədə “RİA Novosti” agentliyinə Venesuelanın paytaxtı Karakasda yaşayan rusiyalılardan biri deyib. Onun sözlərinə görə, ölkədə ən kiçik dəyərə sahib olan qəpiklə 8 min litr benzin almaq mümkündür. O, 1 dollara Venesuelada 11 milyon litr benzinin satıldığını deyib:
“Faktiki olaraq ölkədə üç aydır, pulsuz benzin verilir. Benzinin 100 litri kofe fincanından da ucuzdur. Ona görə də ödəniş adətən 20-30 bolivar edir. Əgər pulun yoxdursa, sadəcə mədəni şəkildə nağd pulunun olmadığını deyirsən və sənə benzin verirlər. Venesuelada əvvəlki denominasiyaya rəğmən, yenə nağd pul çatışmazlığı hiss edilir. Yanacaqdoldurma məntəqələrində kartla ödəniş alınmır. Belə ki, onların çoxu terminallarla təchiz edilməyib. Bəzən ölkədə kiçik dəyərə sahib olan qəpiklər belə olmur ki, 100 litrlik benzinin dəyərini ödəyəsən”.
Venesuela Prezidenti Nikolas Maduro avqust ayında ölkəsində benzinin bazar qiymətlərinə uyğun satışının həyata keçiriləcəyini açıqlayıb. Maduronun açıqlamalarına rəğmən, ölkə bu sistemə hələ tam keçid etməyib.(axar.az)