Çərşənbə axşamı, 29 Yanvar 2019 11:31

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,39 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,63 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 61,5 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

Oxu 32 dəfə
Bu kateqoriyalar haqqda daha çox « “Qara qızıl” bahalaşıb