Çərşənbə, 19 Dekabr 2018 12:28

Bu ölkədə 1 dollara 11 milyon litr benzin düşür

Venesuelada benzinin qiyməti əvvəlki kimi heç bir dəyərə sahib deyil. 

Bu barədə “RİA Novosti” agentliyinə Venesuelanın paytaxtı Karakasda yaşayan rusiyalılardan biri deyib. Onun sözlərinə görə, ölkədə ən kiçik dəyərə sahib olan qəpiklə 8 min litr benzin almaq mümkündür. O, 1 dollara Venesuelada 11 milyon litr benzinin satıldığını deyib:

“Faktiki olaraq ölkədə üç aydır, pulsuz benzin verilir. Benzinin 100 litri kofe fincanından da ucuzdur. Ona görə də ödəniş adətən 20-30 bolivar edir. Əgər pulun yoxdursa, sadəcə mədəni şəkildə nağd pulunun olmadığını deyirsən və sənə benzin verirlər. Venesuelada əvvəlki denominasiyaya rəğmən, yenə nağd pul çatışmazlığı hiss edilir. Yanacaqdoldurma məntəqələrində kartla ödəniş alınmır. Belə ki, onların çoxu terminallarla təchiz edilməyib. Bəzən ölkədə kiçik dəyərə sahib olan qəpiklər belə olmur ki, 100 litrlik benzinin dəyərini ödəyəsən”.

Venesuela Prezidenti Nikolas Maduro avqust ayında ölkəsində benzinin bazar qiymətlərinə uyğun satışının həyata keçiriləcəyini açıqlayıb. Maduronun açıqlamalarına rəğmən, ölkə bu sistemə hələ tam keçid etməyib.(axar.az)

Oxu 206 dəfə Son redaktə Çərşənbə, 19 Dekabr 2018 12:40