MƏDƏNİYYƏT

Ölkəmizin gənc Bəstəkarı, bir neçə Xalq artistlərinə, əməkdar artistlərə mahnı bəstələyən sənəti qocaman yaşı gənc Bəstəkar & Müğənni Sözləri : Zahir Abbas Musiqi : Arif Səlimov. "O MƏNƏM" mahnısı  böyük alqışlar  və sevilən tamaşaçı rəğbəti qazandı. Gənc müğənni Damla xanıma məşhurluq və uğurlar bəxş etdi.Qardaş ölkə Türkiyədə tanınmış müğənni Bülent Yiğit və Türkmənistanda məşhur müğənni Amali xanım tərəfindən

 

Məqaləni hazırladı : Atif Arifoğlu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

 

Pressinfo.az Big.az -a istinadən xəbər verir ki, mükafata layiq görülənlər arasında Xalq artistləri Naibə Allahverdiyeva, Yalçın Adıgözəlov, Samir Cəfərov, Əməkdar artistlər Təyyar Bayramov, Çingiz Əhmədov, Anar Heybətov, Əkbər Əlizadə, Füzuli Hüseynov, Münəvvər Əliyeva da yer alıblar.

Müğənni Elnarə Xəlilova xalası qızı, ifaçı Mina Hüseynovanın ailə qurmasından danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Şourum"a açıqlamasında Minanın hazırda xaricdə olduğunu deyib:

 

"Çox sevindim, xoşbəxt olsun. Bütün subaylar üçün olsun. Şadam ki, o da ailə qurdu. Allah tezliklə ona övlad payı versin. İndi bal ayındadır. Həyat yoldaşı bu aləmdən olan biri deyil. Nə də qohumdur... Siravi bir vətəndaşdır. Onu ürəkdən sevən və dəyər verən biridir".

Qeyd edək ki, Mina apreldə ailə qurduğunu açıqlayıb və sosial şəbəkə hesabını bağlayıb.

Bu gün Əməkdar mühəndis Əliş Ləmbəranskinin dünyaya göz açdığı gündür.

 

Əliş Ləmbəranski 1914-cü ilin bu günü Şuşa qəzasının Ləmbəran kəndində (İndiki Bərdə rayonunun ərazisində) anadan olub. Onun Bakı şəhərindəki bir çox mühüm obyektlərin tikintisində böyük əməyi oub.

“Bağırov körpüsü”, “Dövlət sirki”, “Respublika sarayı”, “Qaqarin körpüsü”, Məişət Kondisionerləri zavodu, Yeni Bakı Neftqayırma zavodu, Musiqili Komediya Teatrı və digər bu kimi sənaye və mədəniyyət ocaqlarının tikintisi məhz Əliş Ləmbəranskinin adı ilə bağlıdır.

Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilib, SSRİ dövlət mükafatı laureatı, “Azərbaycanın Əməkdar Mühəndisi” adına layiq görülüb.

1999-cu ildə Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Müğənni Xatirə İslam bir aya yaxındır ki, Moskvada idi.

OLAY yazır ki, sənətçi həyat yoldaşı və oğlu ilə orada qalırdı. Tez-tez Rusiyadan paylaşımlar edən Xatirə bildirib ki, artıq vətənə dönüb. İfaçı bu barədə İnstaqramda yazıb.

 

Qeyd edək ki, müğənninin yaxın günlərdə klipi də işıq üzü görməlidi. O, mahnısını Rusiyaya getməmişdən öncə ekranlaşdırıb.

Xatirə geri döndü - FOTO

“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.

Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır.

Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il mayın 12-i və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilib.

Gürcüstanın paytaxtı Tbilisidə “Üç rəng - yaşıl, qırmızı, göy - Cənubi Qafqaz sənaye inqilabından sovet işğalınadək” adlı fotosərgi açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisi Fotoqrafiya və Multimedia Muzeyində təşkil olunan sərgidə Azərbaycan, Gürcüstan və Ermənistana aid 100-dən çox fotoşəkil təqdim edilib.

 

Fotoşəkillər ABŞ Konqresi Kitabxanasının Fotoqrafiya Departamenti və Gürcüstanın Milli Arxivinin kolleksiyasına aiddir. Müəllifləri Dmitri Yermakov, Sergey Prokudin-Qorski, Aleksandr Roinaşvili və digər fotoqraflar olan fotoşəkillərdə üç ölkənin böyük dəyişikliklər astanasındakı – XIX əsrin II yarısından sovet işğalına qədər olan dövrləri əks olunub.

Sərginin Azərbaycan guşəsində 22 fotoşəkil təqdim olunub. Gürcüstanın Milli Arxivində saxlanılan fotoşəkillər Şirvanşahlar sarayı, Bibiheybətdə neft quyusunda yanğın, Gəncədə bazar və dükan, Bakı, Şamaxı və digər mənzərələri əks etdirir.

Ekspozisiyanın kuratoru Nestan Nijaradze bildirib ki, indiyədək Cənubi Qafqazın üç ölkəsinə həsr olunan belə fotosərgi keçirilməyib:

“Sərgi regionda önəmli dövrü nümayiş etdirir. Fotoşəkillər həmçinin ölkələrin siyasi, iqtisadi və mədəni seçimlərini əks etdirir. Sənaye inqilabları və inkişaf Gürcüstan və Azərbaycanın Avropaya inteqrasiyası üçün əhəmiyyətli imkanlar açıb. Azərbaycan üçün məsələn, bu, neftin hasilatı olub”.

Sərgi ABŞ və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunan tədbirlər çərçivəsində keçirilir.

Mayın 25-dək açıq olacaq sərgini ziyarət etmək ödənişsizdir.

 

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan acınacaqlı vəziyyətdədir.

Pressinfo.az saytinin Oxu.Az-a istinadən məlumatına görə, yeni görüntüləri yayımlanan aktyorun övladı efirlərə çağırılmasını xahiş edib.

 

O, bundan əvvəl də bir çox sosial layihələrə qatılıb. Çingiz bir müddət əvvəl verilişlərin birinə müraciət etdikdən sonra sığınacağa yerləşdirilib.

Ç.Aslan qaraciyər sirrozundan əziyyət çəkir.

Qeyd edək ki, Xalq artistinin oğlu atasından qalan yeganə evi dörd il əvvəl satdığını bildirib.

 

Xalq artisti Afaq Bəşirqızı xərçəngdən əziyyət çəkir.

Bu barədə Xalq artisti Ağadadaş Ağayev və A.Bəşirqızı “Günün sədası” verilişində danışıblar:

Aparıcı Nanə Ağamalıyeva A.Bəşirqızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib. Verilişdə qonaq olan Xalq artisti Ağadadaş Ağayev də bunu təsdiqləyib. 

“Bizim diaqnozumuz eynidir. Bilmirdim ki, ağır əməliyyatlar keçirib”, - A.Ağayev deyib.

“Ən böyük arzum idi ki, Ağadadaş salamat ayağa qalxsın. Biz eyni vaxtda xəstələndik, eyni diaqnoz qoyuldu. Ən böyük arzum idi ki, o, salamat gəlsin və efirə bir çıxaq”, - Afaq Bəşirqızı qeyd edib. 

Amerikalı və alman rəssam Emanuel Loytzun 40 il Ağ Evin qərb qanadının qəbul otağını bəzəyən “Vaşinqton Delaveri keçir” (“Washington Crossing the Delaware” /1851)” əsəri mayın 12-ə təyin olunan hərraca çıxarılıb.

Bu barədə çərşənbə axşamı “Christie's” hərrac evi məlumat yayıb.

Hərracın təşkilatçıları rəsmin 15-20 milyon dollara satılacağını düşünür.

Loytz general Corc Vaşinqtonun (sonradan ABŞ-in ilk prezidenti olur) əsgərlərlə birlikdə qayıqlarda buzla örtülmüş Delaver çayı üzərindən keçməsinə həsr olunmuş üç rəsm çəkib. 1776-cı il dekabrın 25-dən 26-na keçən gecə həyata keçirilən bu hərəkət Vaşinqtonun qoşunlarına Trentonda ingilis ordusunun hissələrini məğlub etməyə imkan verib.

Rəsmin ilk versiyası Bremen İncəsənət Qalereyasında idi və 1942-ci ildə Bremenin bombalanması zamanı məhv olub. İkinci tam ölçülü versiya (378,5 sm x 647,7 sm) 1897-ci ildən Nyu Yorkun Metropoliten Muzeyində nümayiş etdirilir. Üçüncü versiya, rəsmin daha kiçik nüsxəsi, 1979-cu ildə onu Ağ Evə müvəqqəti verən, indi isə satmaq qərarına gələn şəxsi kolleksiyaçıya məxsusdur.

 

Mənbə: TASS

1 -dən səhifə 4