Bazar ertəsi, 25 Fevral 2019 20:01

Poeziya çələngi - gənc şair Şahmurad Nurullabəyovun şeirləri Xüsusi

Bu məqaləni qiymətləndir
(5 səs)

DƏNİZLƏ DANIŞAN QIZ

Şahmurad Nurullabəyov

 

Dənizlə danışan qız,

Söylə, niyə susursan?

Bir kəlmə də deməyib,

Məni də dinləməyib,

Qəlbinin istəklərin

Dənizə danışırsan?

Dalgaları coşdurub

Sonra da yan qaçırsan,

Nə olub sənə, ay qız,

Bir sözün olan kimi

Dənizə yanaşırsan?

Danışdıqla dənizlə

Vücudun da titrəyir,

Qəlbinin döyüntüsü

Dalgalara bənzəyir.

Danışdıgın hekayə

Ürəyi parçalayır,

Susan dəniz də coşub

Fırtınalar qoparır.

Ürəyinin səsinə

Dalgalar da səs verir,

Axan göz yaşlarına

Coşaraq cavab verir.

Danışdıqca dərdini

Gözün dolur, boşalır,

Sənin göz yaşlarında

Dəniz batır, bogulur.

 

04.01.2019

 

APAR ÖZÜN İLƏ XATİRƏLƏRİ

 

Çəkib əllərini nənim əlimdən,

Məni tərk eyləyib hara gedirsən?

Baxıb gözlərimə sən gizlin-gizlin,

Yaralı qəlbimi viran edirsən?!

 

Ötdükcə ömrümdən günlərim bir bir,

Görürəm insanlar yaman dəyişir.

Bir zaman dəlitək sevdiyim biri

Dayanıb qarşımda " əlvida" deyir.

 

Keçsə də fəsillər, ötsə zamanlar,

Hər kəsin qəlbində bir sevdiyi var.

Qayıdıb gəlsən də, gəlməsəndə, bil,

Bu sevən qəlbimdə sənin yerin var.

 

Ay məni tərk edib gedən sevgilim,

Daha nə soraqla, nə məni axtar.

Apar özün ilə xatirələri,

Qorxuram gecələr qəlbimdə aglar.