Cümə, 22 İyun 2018 00:05

Əsrin “Ama”-sı –Nübar Novruzova Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azərbaycan Gənc Tamaşaçılar Teatrında növbəti anşlaq!..
Bu coşqulu alqışlar, hər kəsi şoka salan Ananın hissi, həyəcanı, dözümlülüyü, mərdliyi və cəsarəti, oğul faciəsini yaşaması, eyni zamanda iradə möhkəmliyi və dahiyanə, cəsarətli ilahi gücəmalik monoloqu idi. Bu möcüzələri özündə cəmləşdirməyi məharətlə bacaran və tələbkar Azərbaycan tamaşaçısını təəccübləndirərək özündən çıxarmağa təqdimatıyla nail olan teatr səhnəmizin canlı korifeyi, xalqımızın sevimlisi, kinoaktrisası Nübar xanım Novruzovadır.


IMG-20180613-WA0026.jpgBəli, Nübar Novruzova səhnə üçün doğulmuşlardandır. O, ilk dəfə səhnəyə Afak Kazımovun “ Bir ailedə” tamaşasında “Ağgül” obrazı ilə gəlmişdir. Öz üzərində daima daima çalışan və məhsuldar aktrisa xaraktercə bir-birindən fərqlənən, lakin hər birini özünəməxsus tərzdə analoqsuz neçə-neçə obrazlar yaratmaqla, zaman zaman tamaşaçılarında əbədi yaddaşlara həkk olan sürətlərin möhürünü vurmuşdur. O, yaradıcılığı boyu “ Azad Çoban” da Qumru, “ Ana laylasında” Bahar, “Əzizə” də Nazlı, “Unutma kimsə yox” da Yetər, “ Məhəbbət , Şeytan və lambada” Naza, “Ləyaqet” də Naza , “ Səm həmişə mənimləsən” də Nargilə, Karlo Qaıdonının “Məzəli hadisə” də Canina, “ Hacı Qara” da Sona, “Aydin” da Böyükxanım, “ Hekayəti xırs quldurvasan” da Zalxa obrazıyla yanaşı “ Tənbəl qız” da. “Göyçək Fatimə”, “Sehirli çıraq” da Ana , “Romeya Cülyetta” da Dayə, “ İtalyansayağı xoşbəxtlik” də Markolfa Flippo, “ Ağ ölümdə” Ana obrazını olduqca özünəməxsus çalarlariyla, bənzərsizliyilə yaddaşlara həkk olan tərzdə tarixə yazmışdır. Bunlarla yanaşın Şeksprin “Xleopatra”sında Xleopatra, “Düel” də Nazlı, “Unudulan adam” da Qız obrazlarını da Azərbaycan Televiziya tamaşalarıyla bənzərsiz imzalarını yazmışdır.
Nübar xanım Novruzova növbəti dəfə öz məharətini ilahiyyat şairini kimi qəbul olunan, lakin ədəbiyyatımızda görkəmli dramaturq, həqiqət. ədalət, gözəllik, mərdlik, vətənpərvərlik və insanpərvərlik kimi yüksək keyfiyyətləri tərənnüm edən qələm ustası böyük Cavidin “Ana” əsərində ana obrazını məhz Cavidin yaratdiği və görmək istediyi bir tərzdə cəsarətlə göstərə bildi.
Əsərdə iki ailə sanki üz-üzə dayanmişdır. Birinci ailə Səlma ana, oğlu Qanpolad və nişanlısı İsmət, ikinci tərəfdən isə həmkəndli olub varlı ailəni təmsil edən Orxandır. Qanpolad toy eyləmək üçün pul qazanmağa şəhərə getmiş, anası və nişanlısı isə onun yolunu itizarla gözləyir və artıq səbirləri tükənmiş, lakin bir-birlərinə ürək-dirək verə-verə, xoş günlərə çatmaq arzusuyla günü-günə calyaraq yaşayirlar. Son vaxtlar Qanpoladdan məktubun gəlməməsi ananın səbrini tamam kəsmişdir. Bu arada Qanpoladın sədaqətli nişanlısı İsmətə dəlicəsinə vurulmuş Orxan ona vurulduğunu söyləyir və hər vasitə ilə Qanpoladı onun gözündən salmağa cəhd edir. Dəfələrlə rədd cavabı alnasına baxmayaraq, ondan əl çəkmir, hətta qaçirtmaq istəyir. Lakin nişanlısı Qanpoladı ürəkdən sevən İsmət Orxanın bu xəyanətkar hərəkətinə görə onu hətda öldürməyə belə hazırdır. Bütün bunlardan bixəbər Səlma ana nışanlısının xiffətini eləyən İsməti ovundurmaq üçün xoş arzularla yaşadığını və oxşamalarını söyləməklə İsməti də səbirsizlikdən yayindirmağa çalışır. Oğul həsrəti, intizarı yaşayıb, içdə ağlayan, üzdə gülən ana öz şəxsində təzadları yaşadır. Ağrılı hisləri içində böğmağı bacaran Səlma ana qəfildən oğlundan məktub gəldiyini eşidir və sevincindən az qala uçmağa qamadı olmur. O, oğlunun gəlişi münasibəti ilə səliqə-sahman yaratmağa başlayır. Lakin bu sevinc cox çəkmir. Qanpoladın gəlişindən xəbər tutan Orxan onu aradan götürmər məqsədi ilə pulla qatil tutur və Qanpoladı öldürdurur. Qanpoladı öldürən qatil ləzgi Murad Çərkər kəndi tanımadığı üçün qaçıb canını qurtarmaq üçün yaxınlıqdakı həyətə girib sığınacaq istəyir. Qonaq kimi sığınacaq istəyən adamın kimliyindən xəbərsiz olan Səlma ana bu köməksiz, miskin, kimsəsizə gizlənməyə izin verir və söz verir ki, onu ələ verməyəcək. Bu yerlərdə qonaq müqəddəsdir, ona hörmət və yer vermək hər kəsin borcu hesab edilir.
Səlma anaya Səlim xəbər gətirir ki , Qanpoladı naməlum şəxs qətlə yetirmiş və qaçıb gizlənmiş, gözdən itmişdir. Ana bu qəfil xəbərdən sarsılır, dərin psixoloji sarsıntı keçirir. Oğlunun qatili həyətdə eşidəndə ki, sığındığı həyətin sahibəsinin oğlunu qətlə yetirib, əzab çəkə-çəkə yaşaya bilməyəcəyini bildirir və qatil aşkara çıxaraq. Ananın ayaqlarına sarılır. Şərəfli ölüm istədiyini deyir. Ana oğlunun qatilini öldürmək hissinə qapılsa da, qonağın amanda olacağına verdiyi sözünün xatırlayır, bu sarsıntıya, mənəvi böhrana, milli dəyərlərə söykənən insanı hisslər qalib gəlir:
Amandasın, heç qorxma, heç sıxılma,
Çünki mən əvvəldən söz verdim sana.
Sən bir qonaqsan, qatil olsan da belə,
Səlma həlak olur da, səni verməz ələ, deyərək
Get çəkil get! Dinsiz, Allahsiz, xain.
Murdar izin bu torpaqdan silinsin.
Sözləri ilə qonaği evindən uzaqlaşırır.
Səlma ana özünü qatil qonağı evinə buraxmaqda suçlasa da, qonağin qanının tökülməsini vicdanına sığlşdıra bilmir və deyir:
Həm mültəci həm qərib, həm misafir,
Xayır, vicdanım olmaz buna qadır.
Biz də hər nə yapsam, bu dərd silinməz
Məhv olsa aləm, Qanpolad dirilməz.
Xayır, əhv etməli, getsin də miskin,
Xəcalətdən ölsün, yerə keçsin.
Ana övladının faciəsini dözə bilmir, fəryad edir, qovrulur, kimsəyə zərrə qədər pisliyi dəyməyən bir insanın budurmu mükafatı deyərək, hayqırır, üsyan edir:
Cəllad yırtıcı, get, miskin hərif get,
Kəndini qurtar, yaşa, ancaq vicdansizlara bəslər dünya!
Get, gözüm görməsin! Uzaqlaş dəf ol!
Nə haqsızlıq etdinsə, Allahdan bul.
Oğlumu söndürdün, yandırdın məni,
Kama yetirməsin Allah səni!
Ya Rəbb, ədalət, məni öldür, qurtar
Bu xain qonaq aman istərkən,
Neyçin mən ona yer verdim bilmədən?!..
Oğlumun köksünü yarsın da gəlsin,
Bir cəllad kəndini amanda bulsun.
Övladının faciəsi fovqünə sanki bayılmış bədbəxt Ana bütün başverənlərlə baş-başa qalaraq fəryad edir. Onun üsyanı dünyada baş verən haqsızliğa, ədalətsizliyə, ən başlıcası insanların təfəkkurundəki gerizəkalılığa, Allahsızlığa. Xəyanətə qarşı cihaddır. Məhrur Ana dünyada hökm sürən ədalətsizliyə qarşı Özündə güc toplayib dünya ilə döş döşə cəsarətlə dayanıb öz əzəmətli monoloqu ilə çıxış edir:
Fəqət, oğlumun ruhu edər nifrət,
Bəlkə məndən inciyir, çünki şimdi əsmər izin vermədi
Ya Rəbb ədalət. ədalət, məni öldür, qurtar, təmül ver
Məni öldür. Qurtar, hər yer qana zindan kimi oldu olar
Səbr ver, qalmamış məndə taqət.
Qəlbim az qalır partlasın, Allah.
IMG-20180613-WA0022.jpgNə bədbəxt Ana oldum, həsrəti könlündə can verən övlad, Qanpolad.
Bütün qəzəbini, nifrətini, ana fəryadını mərdanə şəkildə əsl qəhrəmanlıqla, nümayişkaranə şəkildə vəaf edən Səlma ana bəşəri hisslərlə, duyğularla zəngi mənəvi aləmiylə əsl Azərbaycan ansınn bütün incəlikləriylə məğrur, cəsur, cəngavər xarakterin cılız hisslər üzərində ki qələbəsini məharətlə təqdim etdi. Bunların öhdəsindən öz əvəzsiz bacarığıyla gələn aktrisa Nübar Novruzova bir ananın şəxsində intizarla oğul yolu gözləyən bir ana, oğlunun nişanlısı İsməti də ovundurmaqla, sadə, ehtiyaclı ailə olduğuna baxmayaraq, könlü gözü tox, heç kəsə baş əyməyən, mübariz, məd, məğrur, qürurlu, istənilən anda marhəmatlə, rəhmli; Allahlığı hər şeydən uca tutan nəhayət həyatda baş verən haqsızlıqıarı ədalətsizlikləri Uca Allahın öhdəsinə, vicdan məhkəmasini nöhdəsinə buraxmağı bacaran keyfiyyətləri çox böyük məharətlə cəmləyib və bütöv bir obrazla yüksək səviyyədə təqdim edə bildi. Böyük Cavidin “Ana” əsərinin möhtəşəmliyi bir daha özunun təsdiqini etdi. Cəsarətlə deyərdim ki, Səlma ana obrazı ilə aktrisa Nübar Novruzova əsrin “Ana” obrazını yaratdı. Təkcə taratmadı, həm də yaşatdı və teatr tarixinə əbədi həkk etdi.
Bu Ana, zamanın haqsızlığına, ədalətsizliyinə qarşı ən güclü etiraz və mənəviyyət silahı kimi vicdan məhkəməsini qabardaraq önəmli və əvəzsiz məhkəmə hesab etdi.
Bəli, budur əsl yaradıcılıq maharəti və bacarığı! Bu səbəbdəndir ki, tamaşada ananın iztirablarına və yaşadıqlarına ağlamayan bir nəfər belə olmadı və tamaşa sonda tamaşaçılar tərəfindən ayaq üstə alqışlamdı!
Təbrik edirik, Nübar xanim! Daha böyük uğurlar diləyirik!
Gülzar Şəmkirli
“Qoşa Ulduz” jurnalının baş redaktoru.

Son redaktə Cümə, 22 İyun 2018 12:40