Cümə, 04 Yanvar 2019 09:31

Ayın əks tərəfinə ilk peyk endi – FOTO/VİDEO

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Ayın əks tərəfinin öyrənilməsi məqsədilə Çinin “Çanye-4” süni peyki Aya uğurlu eniş edib. Bu, Ayın əks tərəfinə yumşaq və uğurlu eniş etmiş ilk süni peyk kimi tarixə düşüb.

Bu haqda Çin Mərkəzi telekanalı məlumat yayıb.

Süni peyk artıq Yerə Aydan çəkdiyi ilk şəkilləri də göndərib.

 

 

View image on TwitterView image on TwitterView image on Twitter

Qeyd edək ki, “Çanye-4” stasionar ay stansiyası və roverdən ibarət olan eniş aparatıdır.

Dekabrın 7-də Çinin cənub-qərbində yerləşən Siçan kosmodromundan uğurlu şəkildə havaya buraxılmışdı.

 

 

Oxu 67 dəfə Son redaktə Cümə, 04 Yanvar 2019 09:38