Çərşənbə axşamı, 05 Fevral 2019 18:57

Makrondan Rusiyaya ağır ittiham

Fransa prezidenti Emmanuel Makron Rusiyanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.

“Exo Moskvı” radiosunun məlumatına görə, o, Rusiya media strukturlarının sosial şəbəkələrdə akkauntları satın aldığını, Fransadakı siyasi proseslərə müdaxilə etdiyini və “sarı jiletlər”in aksiyalarına təhrikverici qüvvə rolunda çıxış etdiyini düşünür.

Bildirilir ki, Makron öz iqamətgahında Fransanın aparıcı KİV-lərinin jurnalistlərini qəbul edib və daxili siyasi proseslərə dair fikirlərini açıqlayıb.

 

Fransa prezidenti əmin olduğunu bildirib ki, “RussiaToday” və “Sputnik” kimi media resursları sosial şəbəkələrdə akkauntları alır və sonra onların vasitəsi ilə təhlükəli siyasi müzakirə mövzularını ortaya atır.

“Baxın dekabrdan etibarən nələr baş verir: internet müzakirələrinin təşəbbüskarı artıq Fransanın BFM telekanalı deyil, RussiaToday-dir”, – deyə o vurğulayıb.

Fransa prezidentinin bu fikirləri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi artıq Fransanın Moskvadakı səfirliyinə etiraz notası göndərib

Oxu 230 dəfə