Bazar, 17 Dekabr 2017 01:22

Prezident İlham Əliyev Qətər əmirinə məktub göndərib Xüsusi

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram",

Oxu 114 dəfə Son redaktə Bazar, 17 Dekabr 2017 22:28