Bazar ertəsi, 27 İyul 2020 14:22

Qaraciyər xəstəliklərinə işarə edən SİMPTOMLAR

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Qaraciyər xəstəlikləri uzun müddət ərzində gizli şəkildə inkişaf edir. Spirtli içkilərdən sui-istifadə, artıq çəki, yüksək şəkər və arterial təzyiq, dərmanların çoxlu miqdarda qəbulu, öd kisəsinin xaric edilməsi kimi faktorlar qaraciyər xəstəliklərinin inkişafına təkan verir.

Xəstəliyin əvvəlində müəyyən müalicə və pəhrinin köməyi ilə qaraciyərin funksiyalarını tam bərpa etmək mümkündür. Bu səbəbdən qaraciyər xəstəliklərinin ilkin simptomlarını bilmək çox vacibdir. Saglamolun.az sizə qaraciyər xəstəliklərinin ən yayılmış simptomları ilə tanış edir:  

 
  • Sağ qabırğaaltı nahiyəsində ağrı və diskomfort
  • Yağlı qidaların orqanizm tərəfindən çətinliklə həzm edilməsi
  • Keçməyən köp və meteorizm
  • Dəridə tünd ləkələr, dərinin vəziyyətinin pisləşməsi
  • Allergiyaya meylli olmayan insanda allergik simptomların əmələ gəlməsi (səpkilər və s.)
  • Gözlərin altında tünd ləkələr
  • Dərinin qaşınması
  • Dərinin quruması
  • Dilin üzərində sarı ərp, pis ağız qoxusu
  • Əhvalın tez-tez dəyişilməsi, əsəbilik
  • Səbəbsiz yorğunluq və zəiflik
  • Tərləmənin artması

 

Oxu 10 dəfə