Çərşənbə axşamı, 13 İyul 2021 11:40

Bakıda yeniyetmə anasını söyən kişini öldürdü Xüsusi

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
APA-ya istinadən xəbər verirİK ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.
1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.
Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
***
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.

Oxu 16 dəfə Son redaktə Çərşənbə axşamı, 13 İyul 2021 11:52