Şənbə, 20 Noyabr 2021 00:02

Milyarderin yüz arzusundan biri: KOSMOSDA BADMİNTON OYNAMAQ Xüsusi

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək heyət Qazaxıstana gəlib.

“Roskosmos”ın xəbərinə görə, rus kosmonavt Aleksandr Missurkin, yaponiyalı milyarder Yusaki Maezava və onun köməkçisi Yozo Hirano artıq Baykonurdadırlar.

Onlar Moskvadakı hazırlıq mərhələsini başa vurublar.  Həftə sonu gələcək kosmonavtlar “Soyuz” kosmik gəmisinin iş rejimi ilə tanış olacaqlar. Bundan sonra növbəti intensiv təlimlər başlayacaq. Yaponiyalılar BKS-də 12 gün qalacaqlar.

Maezava jurnalistlərə bildirib ki, BKS-də 100 iş həyata keçirməyi planlaşdırıb. Əsas arzusu isə çəkisizlik şəraitində badminton oynamaqdır. 

Oxu 245 dəfə