SİYASƏT
Çərşənbə, 26 Fevral 2020 09:15

"Xocalını unutmayaq!"


Bakı şəhəri, Sabunçu rayonunun Maştaga qəsəbəsində yerləşən 109 saylı körpələr evi - uşaq bagçasında Xocalı soyqırımına həsr olunmuş "Xocalını unutmayaq!" adlı tədbir keçirilib.
Tədbirin təşkilatçısı -  bagçanın tərbiyəçisi, həmişə maraqlı və xüsusilə seçilən tədbirlərin hazırlanmasında çox böyük təcrübəsi olan Gülnar İbrahimli bu dəfə də buna ugurla nail olub.
Tədbirdə Qarabag savaşının iştirakçısı, qəhrəman qızımız Rüxsarə Cumayeva, tanınmış şairə Sevda İbrahimli və digər qonaqlar da iştirak edirdi.


1. Abituriyent hazırlıgı
2.Magistraturaya hazırlıq
3.Müəllimlərin işə qəbulu
4.Dövlət qullugu
5.SAT YÖS imtahanlarına   hazırlıq
6.Xaricdə təhsil
7.Ofis və dizayn proqramları

Əlaqə: 055 281 27 40
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İnsan nə qədər qayğıkeş olmalıdır ki, səninlə ilk tanışlığında, ilk təmasdan, ilk dəqiqədən sənə həyan olsun, dərdini öz dərdi, sevincini öz sevinci bilsin. Haqqında söz açdığımız şəxs-hələlik mandatsız olan Millət Vəkili Elçin Rəhimzadə onun özünə və təmsil etdiyi aparıcı kütləvi informasiya vasitəsinə pənah gətirən hamı ilə qayğılanır. Onun müsahibləri sırasında fəhlədən, sürücüdən tutmuş, müharibə veteranına, professora qədər cəmiyyətin müxtəlif zümrələrinin nümayəndələri vardır.  Azərbaycanın elə mərd kişisidir ki, xeyirxahlıq etməkdən yorulmaz.

80 saylı İmişli – Beyləqan seçki dairəsindən deputatlığa namizəd Əsli Kazımova 20 Yanvar milli matəm günü ilə əlaqədar İmişli rayonunun 3 (Muradxanlı, Əliqulular, Sərxanlı), Beyləqan rayonunun 1 (Dünyamalılar) kəndində şəhidlərin xatirəsini daşıyan abidələri ziyarət edib, önünə gül dəstələri qoyub. Bütün kəndlərdə yerli əhali əslinə-kökünə yaxşı bələd olduqları xanım namizədi hərarətlə qarşılayıb, təşviqat kampaniyasına şəhidlərin müqəddəs ruhuna ehtiram göstərməklə başladığına görə ona minnətdarlıqlarını bildiriblər. Əsli Kazımova seçicilərlə yerli əhəmiyyətli məsələlərlə bağlı fikir mübadiləsi də aparıb.

Bədbəxt hadisələrdən, o cümlədən, yol-nəqliyyat qəzalarından heç kim sığortalanmayıb. Zaman-zaman vəzifəsi qanununçuluğun keşiyində durmaq olan polis işçilərinin hadisə törətməsi barədə məlumatlara rast gəlinir. Fərq burasındadır ki, onlardan daha böyük məsuliyyət tələb olunur. Amma indi haqqında söz açdığımız faciəni törədən polis əməkdaşının cinayəti onun paqon yoldaşları tərəfindən ciddi-cəhdlə ictimaiyyətdən gizlədilir.

Əziz valideynlər!
Xəzər rayonunun Mərdəkan qəsəbəsində "Yeganə" uşaq bagçası artıq  fəaliyyıtə başlayır və körpələrinizin yolunu gözləyir..

Uşaqlarınızı əmin və etibarlı əllərə əmanət edin!

Bagçada səliqə - səhman, rahat şərait, nümunəvi iş rejimi, peşəkar  kollektiv, qidalanma və hər bir şey sizin razı qalmanız və körpələrin saglam inkişafı üçün istiqamətlənmişdir. Canlı kamera nəzarəti  sizə  istənilən an uşaqlarınızdan xəbər tutmaq imkanı verir.
"Yeganə" uşaq bagçası körpələrinizə öz dogma ailənizdə oldugu kimi mehriban və səmimi kollektiv, həmçinin eviniz kimi rahat və isti yuva vəd edir.


Baxça fəaliyyət dairəsini sizin istəkləriniz əsaslnda formalaşdırmagı,  həmçinin təkliflərinizi  səmimi qəbul edib tətbiq etməyi qarşıya məqsəd qoymuşdur. Körpələrinizin məmnunluq və rahatlıgını bagça fəaliyyətinin keyfiyyətinə verilən qiymət kimi dəyərləndirəcəkdir...

Ünvan: Mərdəkan yolu, Şagan qəsəbəsinə giriş istiqaməti, Santralın arxa hissəsi;
Əlaqə telefonu: 050 642 42 10

Şənbə, 05 Oktyabr 2019 01:17

İNTENSİV KURSLARI

Piriyeva Nuranə,
"İntensiv Kursları"nın meneceri


2005-ci ildə ADPU-NUN riyaziyyat və informatika fakultəsini bitirib.Bakının Yasamal rayon A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin müəlliməsi olub.Eyni zamanda "Həyat və gözəllik" jurnalının baş redaktoru, Realline.tv internet saytının rəhbəri kimi fəaliyyət göstərib.Bütün bu kariyerası ilə kifayətlənməyən müsahibimiz öz arzusunun ardınca düşərək Moskva şəhərinə yollanmış kosmetologiya sahəsi üzrə təhsil almış ixtisaslaşaraq ölkəmizə qayıtmışdır.
Halhazırda lazeroloq və mikroblading ustası kimi çalışan  Lumu Aydın,işinin peşəkarlığı və səmimiyyəti ilə posientlərin sevgisini qazanmışdır.

Aynur Salmanlı: "Öyrədənlərlə öyrənənlərin ünsiyyətindəki "bumeranq effekti" sonradan bütün cəmiyyətə sirayət edir

Çağdaş Azərbaycan cəmiyyətində gənclərin elmi biliklərin əsaslarına, savada yiyələnmələri, ali məktəblərə hazırlanması işinə repetitorluq institutunun əhəmiyyətli töhfələr verməsi artıq danılmaz gerçəklik kimi etiraf olunur. Ənənəvi model olan orta məktəbdə təhsilin iki tərkib hissəsinin altı cızılırdı - təlim və tərbiyə. Bununla müqayisədə hardasa düşünmək olar ki, repetitor kurslarının fəaliyyəti sırf intensiv təlim prosesinə fokuslanıb və məqsədi yalnız ali təhsil müəssisələrinə qəbul olunacaq abituriyentləri hazırlamaqdan ibarətdir. Amma inandırıcı görünməsə də, az sayda elə tədris mərkəzləri vardır ki, gənclərlə tərbiyəvi iş aparmağı da fəaliyyətlərinin vacib istiqaməti hesab edirlər. Bu günlərdə yeni filialının açılışı olan "Təbriz" Tədris Mərkəzi də belə müəssisələrdəndir.

İndiyədək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində iki ünvanda filialları fəaliyyət göstərən "Təbriz" Tədris Mərkəzi artıq fəaliyyət meydanını genişləndirməkdə, qəsəbədən şəhərin mərkəzinə doğru nüfuz etməkdədir. Mərkəzin artıq Nəsimi rayonu, 20 yanvar küçəsi 1B ünvanda da filialı açılmışdır. Sadiq oxucularımız xatırlayarlar, "Pressinfo.az" saytı "Təbriz" TM-nin fədakar müəllim kollektivi və nizamlı idarəetmə sistemi barədə "Təbriz"lə qurulan gələcək, təhsilə yönələcək!" sərlövhəsi altında məqalə dərc etmişdir. Həmin yazı işıq üzü görəndən sonra TTM-ə maraq göstərənlərin sayı artmış, bu maraq özünü Mərkəzin sosial şəbəkədəki feyzbuk və instaqram səhifələrinə baxış sayının çoxalmasında da göstərmişdir.

Bir qayda olaraq, TTM-də hazırlıq kursu keçənlər yüksək nəticələr göstərərək, ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunurlar. Bu yay da TTM-də hazırlıq kursu keçmiş gənclərdən 6 nəfəri öz müəllimlərini, valideynlərini sevindirərək, Qırmızı Attestata layiq görülmüşlər. Fərqlənmə attestatı qazanmış həmin gənclərlə -  XI sinif şagirdləri Rəna Novruzova,  Nailə Surxayeva,  Arzu  Həsənzadə,  Lalə  Zeynalova, Arzu Həsənzadə  və IX sinif şagirdləri Leyla Novruzova, Çinarə Mehtizadə  ilə görüşüb nail olduqları müvəffəqiyyətə görə onları təbrik etdik.

Ürəkləri dolu idi. Təbii və anlaşılan hisslərdi. Açıq görünürdü ki, duyğularını bölüşmək, üçün özlərinə yüksək tribuna axtarırlarmış. "Pressinfo.az saytı onlara bu fürsəti verdi. Axı, sevinc paylaşdıqca artır!

Bildirdilər ki, TTM - nin rəhbəri, təcrübəli pedaqoq, səriştəli təşkilatçı, dil-ədəbiyyat müəllimi Aynur Salmanlı başda olmaqla, Mərkəzdə onlara hazırlıq kursu keçən bütün müəllimlərə minnətdardırlar və gələcəkdə ali təhsil müəssisələrində təhsil alacaqları müddətdə də, seçdikləri ixtisasa yiyələnib xalq təsərrüfatının müxtəlif sahələrində çalışıb Vətənə, ölkənin tərəqqisinə xidmət edəcəkləri zamanda da sevimli müəllimlərinin üzünü ağ etmək, onlara çəkilən zəhməıtin hədər getmədiyini təkrar-təkrar isbatlamaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Mehriban, səmimi, ən əsası isə bilikli kadrlardan formalaşmış "Təbriz" Tədris Mərkəzinin kollektivi universiteti yeni bitirmiş gənc müəllimlər üçün də cəlbedici təsir bağışlayır. Burada görürlər ki, idarəetmədə şəffaflıq təmin olunur, qanunvericiliyin bütün şərtlərinə ciddiliklə əməl edilir, filiallarda təlim üçün qənaətbəxş səviyyədə maddi-texniki baza qurulub, hazırlıq kurslarına gələn aztəminatlı ailələrin övladlarına güzəştlər, şəhid ailələrinin, Qarabağ müharibəsi qazilərinin övladlarına isə ümumiyyətlə, pulsuz xidmət nəzərdə tutulub.

Arzu edirik ki, bü gün əhatə və təsir dairəsini qəsəbədən şəhərin mərkəzinə doğru genişləndirən "Təbriz" Tədris Mərkəzinin şöhrəti Şimali Azərbaycanın hüdudlarını aşsın, Cənubi Azərbaycana, Təbrizə də sirayət etsin.  

 

Nüşabə Əhməd,

Pünhan Şükür

 

Ünvan:

Təbriz 1. Əsas filial. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.
☎ 012 346 54 10; 055 710 62 78 

Təbriz 2. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xocəsən Bələdiyyəsinin yaxınlığı.
Tel.: 070 849 22 96 

Təbriz 3. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 1B.

Tel.: 055 710 62 78 

E-mail: @tebriz_tedrismerkezi