SİYASƏT

Dünən axşam saatlarında daha bir intihar hadisəsi baş verib.

Pressinfo.az “Qafqazinfo”- istinadən  xəbər verir ki, Əli Tənha adlı gənc şair həyatına qəsd edib. Onun ilik xərçəngindən əziyyət çəkdiyi bildirilir.

Həkimlər Əliyə 6 ay yaşayacağı ilə bağlı diaqnoz qoyublar. Gənc şairin intiharına səbəb kimi də ona qoyulan diaqnoz göstərilir.

Qeyd edək ki, Əli Tənha intihar etməzdən əvvəl sosial şəbəkədə hər kəslə vidalaşıb.

 

Bu gecə Azərbaycana qış fəsli daxil olacaq.

Qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.

Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq. 

Tanınmış rusiyalı müğənni və model İrina Koqan Azərbaycana gəlib.

Müğənni bir müddət Azərbaycanda işləməyə qərar verib.

İrina Koqan gözəl musiqi duyumu olan ifaçıdır, müxtəlif əyləncə şouları və tədbirləri aparır.

 

Müğənni yaxın zamanda Bakıda konsert proqramı ilə çıxış etməyi planlaşdırır.

 

Sumqayıtda gənc qız yaşadığı evdə ölü tapılıb.

Pressinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Dövlətzadə Günel Əlibaba qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

G.Dövlətzadənin hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Redaksiyamıza Bakı şəhəri N.Nərimanov rayonu,A.Neymətulla küçəsi 50 və 52 saylı evlərin sakinləri tərəfindən şikayət ərizəsi daxil olub.

Şikayət ərizəsində deyilir ki, Nərimanov metrosunun yaxınlığında, Bakının mərkəzində yerləşən bu binaların sakinləri neçə aylardır evlərinə-eşiklərinə gedib-gəlməklərində çətinlik çəkirlər.Təkcə çətinlikmi?! Sakinlər heç üfunətdən də bu küçəni keçə bilmirlər. Həmçinin sakinləri ən çox narahat edən bir məsələ də odur ki, övladları yolxucu xəstəliklərə tutula bilər. Çünki, aylardır kanalizasiya suları bu küçədən axıb gedir və qarşısın alan yoxdur. Sakinlərin əlaqədar şəxslərə müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülmür.

Xeberlenti.com

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.

AzərTac

 

Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.

Bu barədə musavat.com-a məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

“Nəiminin 7 yaşı var. Amerikada güləş üzrə keçirilən birincilikdə qələbə qazanıb. Həm də qələbəsini atasının ad gününə hədiyyə edib. Nəimi vətənpərvər ruhda tərbiyə alır. Uşaq olmasına baxmayaraq, Azərbaycanın adını ucaltmaq istəyir. Artıq ilk addımlarını atıb.

Qeyd edim ki, Nəimi 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da MTN -in (DTX) Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyatı zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevin oğludur. Elşad Quliyev Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində fəal iştirak etmişdi. 2005-ci ildə “İgidliyə görə”, 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur”.

Çərşənbə, 19 Dekabr 2018 14:48

İlham Əliyevə orden təqdim edildi

Yazan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Dövlət başçısı Sergey Morozovun Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsinə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi və bunu uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirdi.
 
Prezident İlham Əliyev Azərbaycanla Həştərxan arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, bu gün əməkdaşlığın genişləndiyini və birgə layihələrin həyata keçirildiyini vurğuladı və bütün bunların Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi. Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin fəaliyyət göstərdiyini, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin inşasına başlanıldığını qeyd edən dövlətimizin başçısı təhsil, mədəniyyət sahələrində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluğunu ifadə etdi və turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğunu dedi. Prezident İlham Əliyev bir daha Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın uğurla və davamlı şəkildə inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirdi və ikitərəfli əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif beynəlxalq səviyyədə təmaslarının rolunu xüsusi olaraq qeyd etdi.
 
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə tapşırıqlar verdiyini qeyd edərək ilk səfərini Azərbaycana həyata keçirdiyini məmnunluqla vurğuladı. O, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Bakıdakı inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Sergey Morozov bunun Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı işinə xidmət etdiyini bildirdi.
 
Sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Prezident İlham Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordenini təqdim etdi.
 

 

 

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində müstəntiqlər 17 yaşlı azərbaycanlı məktəbli Günel Rəhim qızı Dadaşovanın qətlini araşdırır. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qız dekabrın 6-da evdən çıxıb və itkin düşüb. Hüquq-mühafizə orqanları cinayət işi qaldırıblar və Günelin axtarışına başlayıblar.

Axtarışa hüquq-mühafizə orqanlarının çağırışı ilə yerli sakinlər də qoşulub. İstintaq Komitəsi bildirib ki, qız evdən çıxarkən boz rəngli paltoda, qara şalvarda və papaqda olub.

Günelin axtarışları bir həftədən çox davam edib. Onun meyitini ancaq dekabrın 14-də aşkarlamaq mümkün olub-Günelin üzərində zorakılıq əlamətləri olan meyiti Nijneudinskdəki Uda çayında adalardan birində, kolluqda aşkarlanıb.

Günelin “Vkontakte” sosial şəbəkəsindəki hesabı isə dekabrın 18-i, saat 4.59-a qədər aktiv olub. Belə görünür ki, valideyinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qızın axtarışları və ya ehtimal olunan qatillərin tapılması üçün sosial şəbəkə hesabındakı yazışmaları araşdırıblar.

Günelin ölümünə görə şübhəli şəxs qismində əməliyyatçılar 15 və 17 yaşlarında olan iki yeniyetməni saxlayıblar. Onların barəsində qrup halında əlbir olaraq qəsdən adam öldürmək maddəsi ilə cinayət işi qaldırılıb. Dindirmə zamanı yeniyetmələr cinayəti etiraf ediblər. Müstəntiqlər aydınlaşdırıblar ki, məktəblilər Güneli aldatma yolu ilə mənzillərdən birinə aparıblar, orada ona çoxsaylı bıçaq zərbələri vurublar və cəsədi kolluğa atıblar.

Yerli nəşrlərdən biri yazır ki, Günelin qatillərindən biri onun sinif yoldaşıdır. Hansı ki, həmin yeniyetmə cinayətdən əvvəl qızdan 70 min rubl borc alıbmış. Pul ona totalizatorda stavka üçün lazım imiş. Bir müddət sonra Günel başqa şəhərdə yaşayan atasına kömək etmək üçün pulunu geri istəyir. Amma sinif yoldaşının həmin vaxt pulu olmur və qərara alır ki, qızı öldürsün və beləliklə də borcunu qaytarmasın.

Dekabrın 6-da o, 15 yaşlı dostu ilə birlikdə sinif yoldaşını evlərinə çağırır, aldadır ki, pulu şəxsən qaytarmaq istəyir. Amma mənzilə daxil olanda cinayətkar qızın kürəyindən bir neçə bıçaq zərbəsi vurur və Günel aldığı zərbələrdən yerindəcə ölür. Daha sonra yeniyetmələr bir neçə gün ərzində cinayətin izini itirməyə çalışırlar. İddialara görə cinayətin ört-basdır edilməsinə 17 yaşlı qatilin anası da yardım edib. Onlar birlikdə Günelin meyitini politelen kisəyə qoyublar və Uda çayındakı adacıqlardan birində kolluğa atıblar.

Rusiyada 17 yaşlı azərbaycanlı qız qətlə yetirildi - FOTO

Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm…


Vaxt az olduğundan ehtiramımı göstərməkdən ötrü onu qonaq dəvət edib, xidmətində durmaqdan başqa əlimdən heç nə gəlmədi. Kaş biləydiz, bu xanımın Azərbaycan musiqisinin təbliğində nə boyda xidmətləri var…

Bir başqa aləmdir, Aida xanım. Duyğusal, romantik. Bir o qədər də əzmkar, iradəli…
Deyir ki, ailədə ilk və yeganə musiqiçidir. Atası Nemət Hüseynov mikroelektronika üzrə ölkənin aparıcı mütəxəssislərindən biri olub, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır. Məşhur Azon zavodunun yaradıcılarından biridir, ötən əsrin 70-80-ci illərində həmin zavodun baş mühəndisi vəzifəsində çalışıb. Anası Natella Kazımova kimya elmləri doktoru olub, bütün ömrünü Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışıb. 2012-ci ildə dünyasını dəyişib.

Qardaşı Emin Hüseynov isə texnika üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, bir sıra kitabların və dərslikərin müəllifi, çalışdığı təhsil ocağının beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli payı olan alim və müəllimdir…

Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülüb. 

1992-ci ildə Sankt- Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş namizədlik dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə soktoru elmi ad alıb. Bir neçə il Bakı Musiqi Akademiyasında müəllimlik edib…

2000-ci ildən elmi və tədris fəaliyyəti Amerika Birləşmiş Ştatlarının İndiana Universiteti ilə bağlıdır. Daha dəqiqi həmin universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində çalışır. Həmin məktəb ABŞ-nın, eləcə də bütün dünyanın ən nüfuzlu ali musiqi təhsil ocaqlarından biridir. Beş kitab və 200-dən çox məqalələrin müəllifidir…

Özünü şanslı adam sayır. Söyləyir ki, tale onu çox gözəl müəllimlərlə rastlaşdırıb. 8 nömrəli musiqi məktəbinin direktoru, mərhum Rəna Rəhimova onun ilk musiqi müəllimi olub. Sonradan 16 nömrəli məktəbdə təhsil alıb, burada o, Zemfira İsmayılzadənin sinfində oxuyub. Tezliklə Azərbaycanın gənc pianoçular müsabiqəsinin laureatı olub və Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib. Dediyinə görə, həmin vaxtlar 16 nömrəli musiqi məktəbinin direktoru vəzifəsində çalışan, Azərbaycan musiqisinin canlı əfsanəsi, pianoçu Çingiz Sadıxovun onun haəyatında əvəzsiz rolu olub…


Nəsibinə bir çox ali musiqi məktəblərində olmaq düşüb, dünyanın ən nüfuzlu universitetlərində, o cümlədən ABŞ-nın Harvard, Prinston, Berkli, Stanford, Kolumbiya universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib, müxtəlif konfransların iştirakçısı olub…

Deyir ki, elmi və pedaqoji fəaliyyətində üç ali təhsil ocağının xüsusi rolu var və bunlardan ilki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Bu tədris ocağında o, həm musiqişünas, həm də pianoçu kimi püxtələşib və uzun illər müəllimlik etdib…

Sankt Peterburq Konservatoriyasının da onun həyatında az rolu olmayıb. 1992-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə orada yiyələniib…

Hazırda çalışdığı kafedranın müdiri professor Konstans Qlen o vaxt ona elmi təcrübəsi ilə əlaqəli fənnlərin yaradılması təklifi ilə müraciət edib. Nəticədə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnləri yaradılıb və 2000-ci ildən bu günədək həmin kursları tədris etməklə məşğuldur…

Deyir ki, çox maraqlı təcrübədir. Canlı ifaya böyük önəm verir və İpək Yolu musiqi ənənələrini təmsil edən musiqiçiləri tez-tez auditoriyaya dəvət edir. Bəzən “Skype” və digər internet vasitələrinin yardımı ilə də görkəmli musiqiçi və alimlərlə əlaqə qurub, onları tələbələri ilə görüşdürür. Həmin fənnləri tədris edərkən Azərbaycan musiqisinə böyük önəm verir və həm ənənəvi musiqimiz, həm də bəstəkar yaradıcılığımız, eləcə də milli caz haqqında bilgilərini tələbələrinə çatdırmağa çalışır. Ümumiyyətlə, gənc amerikalıların musiqimizə göstərdikləri maraq və bu sahədə biliklərinin artması iş prosesinin ən sevindirici cəhətlərindən biridir…

Elmi işinin əsas obyekti, Azərbaycan musiqisində baş verən inqilabi dönüş, musiqi ənənələrimizin Qərb musiqisinin formaları ilə sintezidir… 


1997-ci və 2003-cü illərdə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev haqqında iki kitab yazıb, onlardan biri bəstəkarın nəvəsi, böyük müğənni Müslüm Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr olunub. Azərbaycan piano məktəbinin inkişafı haqqında da yazıları var. Müəllimi Elmira Nəzirovanın ifaçılıq və pedaqoji fəaliyyətini araşdırıb, görkəmli pianoçumuz Fərhad Bədəlbəylinin 50 illik yubileyinə həsr olunmuş kitabın tərtibçilərindən biridir…

Deyir ki, 2001-cü ildə Ayna Mətbu Evindən Ekson şirkətinin Uşaq Ensiklopediyası layihəsi çərçivəsində ərsəyə gələn kitabların musiqiyə həsr olunmuş cildini yazmaq təklifini alıb və yazdığı “Musiqi: Səmimiyyət Məbədi” adlı musiqi ensiklopediyası Azərbaycanda latın qrafikası ilə dərc olunan ilk ensiklopediyadır. Həmin nəşr əvvəlcə qaçqın uşaqlara pulsuz paylanılıb. Layihə böyük əks-səda doğurduğundan 2004-cı ildə ensiklopediyanın təkrar nəşri işıq üzü görüb. Həmin nəşrə Təhsil Nazirliyi tərəfindən orta məktəb dərsliyi statusu verilib…

Elmi məqalələri Azərbaycanda, ABŞ-da, Almaniyada, Hollandiyada, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görüb. Bunların arasında Alman Musiqi Ensiklopediyası, Hollandiyada dərc olunan “İslam mədəniyyətlərində qadınlar” musiqi ensiklopediyası, ABŞ-nın Kəmbric Xor Ensiklopediyası üçün yazdığı məqalələri xüsusilə qeyd edir. Bu yaxında ABŞ-da işıq üzü görmüş “Orta Asiyanın Musiqisi” adlı sanballı nəşrin tərtibçi redaktorlardan biri olub.

ABŞ-ın tanınmış musiqişünas alimi, professor Ted Levin dərc olunacaq yeni kitabda ona Azərbaycan musiqisinə dair bir fəsil yazmağı həvalə edib. Dəvəti məmnuniyyətlə qəbul etdən Aidə xanım həmin kitabda “İyirminci əsrdə Azərbaycan muğamının yeni təzahür formaları” adlı fəsili ərsəyə gətirib. Kitab dərslik kimi nəzərdə tutulub və bu o deməkdir ki, Azərbaycan musiqisi haqqında bilgilər ABŞ-ın ali musiqi məktəblərində çalışan yüzlərlə tələbə və müəllimlər tərəfindən öyrəniləcək….


“Azərbaycan musicisi: muğamdan operaya doğru” kitabına gəldikdə isə o deyir:

– Adını çəkdiyiniz kitabım müasir Azərbaycan musiqisi haqda ingilis dilində yazılan və sanballı akademik nəşriyyatında işıq üzü görən ilk nəşrdir. Bu iri miqyaslı layihəni ərisəyə gətirməyim on ildən çox vaxt apardı. Çox şadam ki, kitabımın sayəsində Azərbaycan bəstəkarları, ifaçıları və caz sənəti, ümumiyyətlə Azərbaycan musiqisinin XX əsrdəki nailiyyətləri ilə dünyanın hər bir yerində ingilis dilini bilən oxuyucular tanış ola bilərlər…

ABŞ-nın müxtəlif şəhərlərində keçirilən bir çox tədbirlərdə iştirak edib. 2005-ci ildə San Fransiskoda keçirilən Dünya musiqisi festivalının məsləhətçilər şürasının üzvü olub, Azərbaycan musiqisinin həmin nüfuzlu tədbirdə ləyaqətlə təmsil olunması üçün əlindən gələni əsirgəməyib. 2006-cı ildə isə görkəmli bəstəkarımız Firəngiz Əlizadə ilə bərabər Sietldə keçirilən “Buzları yararaq” müasir musiqi festivalında iştirak edib. Çağdaş azərbaycan musiqisi haqda mühazirə oxuyub. 2017-ci ilin may aynda çalışdığı İndiana Universitetində “Musiqi, biznes və sülh” mövzusunda dünya şöhrətli alimlərin iştirakı ilə keçirilən böyük bir tədbirin təşkilat komitəsinin üzvü olub və s..

2006-cı ildən başlayaraq həm Yo-Yo Manın idarəçiliyi ilə fəaliyyət göstərən İpək Yolu Ansamblının, həm də Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində elmi məsləhətçi kimi çalışır. Konsertlərdən öncə mühazirələrlə çıxış edir, konsertlər üçün hazırlanan proqram və broşurlara materiallar tərtib edir, tamaşaçıların suallarını cavablandırır. Azərbaycan musiqisi, muğam haqqında, bəstəkarlarımız, ifaçılarımız barəsində məlumatlar veririr…

Deyir ki, bir iri miqyaslı, sözün əsl mənasında tarixi layihə haqqında söhbət açmaq istəyir:

“Bu, iki dünya şöhrətli musiqiçinin – Azərbaycanın böyük muğam ustası Alim Qasımovun və ABŞ-nın məşhur violonçelçalanı Yo-Yo Manın iştirakı ilə həyata keçirilən “Leyli və Məcnun” layihəsidir. Həmin layihədə iştirakımı yaradıcı və elmi işimin ən dəyərli, ən yaddaqalan sahələrindən biri hesab edirəm. Hamımıza bəllidir ki, Üzeyir Hacıbəylinin 1908-ci ildə Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operasın Azərbaycan musiqisinin tarixində yeni səhifə açmiş, indiyədək ölkəmizdə mütəmadi olaraq ifa olunan və sevilən əsərdir. Amma Qərbdə bu opera haqda təsəvvür olduqca məhdud idi. Bunun da obyektiv səbəbləri var: operanın çox məxsusi estetikası var, bundan əlavə, onun səhnələşdirilməsində muğam ustaları iştirak etməlidir və bu səbəbdən ölkə xaricində operanı tam şəkildə ifa etmək, demək olar ki, qeyri mümkündür. 
2006-cı ildə Alim Qasımov Yo-Yo Maya “Leyli və Məcnun” operasının yeni, yığcam versiyasını yaratmaq təklifi ilə müraciət etdi. Bu təklif Yo-Yo Ma tərəfindən böyük maraqla qarşılandı və tezliklə operanın yeni variantının məşqləri başlandı. Həmin operada Alim Qasımov Məcnunun partiyasını, qızı və tələbəsi olan, artıq muğam sənətində öz sözünü demiş Fərqanə Qasımova isə Leylinin partiyasını ifa ediblər. Bizim istedadlı xanəndələrimiz, ansamblın digər üzvləri, o cümlədən kamançaçalan Rauf İslamov, tarzən Zəki Vəliyev də İpək yolu ansamblının musiqiçiləri və təbii ki, Yo-Yo Ma ilə birlikdə oldular. Onlar “Leyli və Məcnun”u Amerikanın, Avropanın və Asiyanın ən mötəbər səhnələrində inanılmaz səviyydə təqdim etdilər…”.


Söyləyir ki, Nyu Yorkdakı Linkoln Mərkəzinin 50 illiyinə həsr olunmuş silsilə konsertlərin sırasında “Leyli və Məcnun” da var idi. Əsər həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya Zalında, bu təşkilatın baş katibi Ban-Ki-Munun və dünya ölkələrinin diplomatik missiyalarının nümayəndələrinin önündə ifa olundu. 
“Unudulmaz bir gün idi! Hamı bir nəfər kimi, ayağa durub, musiqiçilərimizi salamlayır və 10-15 dəqiqə ərzində onları səhnəni tərk etməyə imkan vermirdilər…”.

Bostonda, Vaşınqtonda, Ənn Arborda, Providensdə, Kanadanın Toronto şəhərində, Qətərin Doha şəhrində, Fransanın Villekroz şəhərindəki ifalar da böyük əks-səda doğurub..

Bu günlərdə – noyabrın 13-dən 17-sinədək İngiltərədə səfərdə olublar. “Leyli və Məcnun” operası orada da çox uğurla nümaiş etdirilib…

ABŞ-da yaşamaq çəyin deyil ki, sualıma:

-Təbii ki, vətəndən uzaq qalmaq, ailədən, uşaqlıq dostlarından ayrılmaq heç də asan deyil. Amma dünyanın ən nüfuzlu musiqi məktəblərinin birində dərs demək, ABŞ kimi nəhəng ölkədə Azərbaycan musiqisini tanıtmaq, elmi araşdırmalar aparmaq və onların bəhrəsini görmək, dünya şöhrətli musiqiçilərin iştirakı ilə iri həcmli layihələrdə iştirak etmək, bunlar hamısı qürur vericidir. Azərbaycan musiqisini tanıtmaq üçün əlimdən gələni edirəm…

Bəli, bir gözəl soydaşımız haqqında da söhbəti yekunlaşdırdım…

Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan