SİYASƏT

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə nümayəndəsi Kurt Volker Qərb dövlətlərinin yaxın aylarda Rusiyanın Qara dənizdəki təcavüzkar hərəkətlərindən dolayı yeni sanksiyalar paketi hazırladığının anonsunu verib.

Musavat.com “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Kurt Volker Rusiyanın noyabrın 25-də qeyri-qanuni olaraq saxladığı Ukrayna dənizçilərini buraxacağına ümid etdiyini söyləyib.

Bundan başqa K.Volker Rusiyadan fərqli olaraq Ukraynanın davranışlarının beynəlxalq hüquq qaydalarına uyğun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu situasiyada yeganə yaxşı xəbər ABŞ, Avropa Birliyi və NATO-nun qeyd-şərtsiz Ukraynanın tərəfində olmasıdır.

Qeyd olunur ki, yaxın aylarda ABŞ Ukraynaya müasir silahların ilk partiyasının tədarükünə başlayacaq. Pentaqon Ukraynaya 47 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raket komleksinin, o cümlədən 37 buraxılış qurğusunun və 210 idarə olunan raketin veriləcəyini bəyan edib. Doğrudur, Kurt Volker həmin silahların Donbasda istifadə edilməyəcəyinə dair Ukraynadan söz aldıqlarını da bildirib.

Bundan daha öncə isə Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin ABŞ-dan hava əleyhinə müdafiə sistemləri almaq niyyətini açıqlayıb. Ümumiyyətlə, 2019-cu ildə rəsmi Vaşinqton Ukraynaya 250 milyon dollarlıq hərbi yardım göstərməyi planlaşdırır. ABŞ həmçinin Qara dənizdə də hərbi mövcudiyyətini gücləndirmək niyyətindədir.

“Biz bu məqsədlə Türkiyə ilə Qara dənizdə naviqasiya azadlığı və təhlükəsizliyi məsələsi ətrafında müzakirələr aparırıq. Bizim Avropa Birliyinin köməyi ilə Qara dənizdəki varlığımızı daha da qüvvətləndirmək üçün ideyalarımız var”, - deyə Kurt Volker qeyd edib.

Çərşənbə axşamı, 18 Dekabr 2018 17:53

Azərbaycanda 5 gün qeyri-iş günü olacaq

Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən, ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Yanvarın 3-ü yeni təqvim ilinin ilk iş günüdür.

Çərşənbə, 28 Noyabr 2018 15:22

BAKI METROPOLİTENİ REAL TƏHLÜKƏ QARŞISINDA


"Şöhrət" ordenli, Prezident təqaüdçüsü, Fəxri Dəmiryolçu, müharibə veteranı, 54 il metro və dəmiryol sistemində daim müxtəlif rəhbər vəzifələrdə işləyən Zeynalov Akif Mehdi oğlu, "Bakı Metropoliteni" QSC-nin Baş Müfəttişlik Aparatının Qatarların Hərəkət Təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz Metropolitendə çalışan Nazim Mədət oğlu Abdullayev, maşınist, Qarabağ müharibəsi veteranı Asif Mirzə oğlu Rzayev, maşinist Fikrət Sərvər oğlu Şıxaliyev Pressinfo.az  saytının redaksiyasına məktubla müraciət edərək, Bakı Metropolitenində özlərinin və həmkarlarının üzləşdikləri korrupsiya hüquqpozmalarından şikayətlənmişlər. Məktubdan bəlli olur ki, metropoliten rəhbərliyinin rəvac verdiyi qanunsuzluqlar təkcə maşinistlərin əmək və istirahət hüquqlarının tapdalanması ilə məhdudlanmır, onların və yeraltı nəqliyyatın sərnişinlərinin də həyatına təhlükə vəd edir.

“Dövlət tərəfindən bağçaya xeyli ərzaq verilir. Ancaq uşaqlar hər gün quru makaron yemək, sup içmək məcburiyyətindədir”.
“Qafqazinfo”ya bu sözləri Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyeva deyib. Onun sözlərinə görə, yeməklərlə bağlı problemləri dilə gətirdiyi üçün işdən çıxarılıb:

Gözəl kipriklərə sahib olmaq istəyirsinizmi?

 

Əcnəbi mütəxəssisdən təhsil almış peşəkar usta Qasımova Səma İzzət qızı sizlərə gözəl, təbii kipriklərdən seçilməyən kiprik düzümləri (kiprik qaynağı) təklif edir. Səma xanım bu işi xüsusi incəliklə, zərifliklə həyata keçirir.
Müştəri məmnunluğuna zəmanət verilir. Gəlin, yararlanın, gözəl görünüşünüzdən həzz alın!

Cümə axşamı, 25 Oktyabr 2018 21:56

Bakı Metropolitenində irtica dərinləşir

Sadiq oxucularımız xatırlayarlar, bu ilin may ayında "Pressinfo.az" saytı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup maşinistinin müraciətnaməsini internetə çıxardı. Maşinistlər QSC rəhbərliyində bəzi vəzifəli şəxslərin onlarla kölə kimi rəftar etmələrindən, əmək və istirahət hüquqlarının pozulmasından, korrupsiya hüquqpozmaları ilə üzləşmələrindən şikayətlənmişdilər. Yazmışdılar ki, zəhmətkeşlərlə quldarcasına münasibətinə görə qatarları idarə edən maşinistlərin yuxuları kəsirdə qalır, o üzdən səhhət durumları, əmək qabiliyyətləri arzuolunan səviyyədən aşağı düşür. Bu mövzuda qələmə alınan birinci məqalənin sonunda inam ifadə etmişdik ki, problem ictimailəşəndən sonra aidiyyəti qurumlar onun həllinə nail olacaq, hüquqpozma faktlarının araşdırılmasını təmin edəcəklər.

Çərşənbə, 17 Oktyabr 2018 21:48

“A.M.A.Y. Holding” elan edir:

Yazan

“A.M.A.Y” ticarət mərkəzinin 1-ci mərtəbəsindəki mülkiyyət sahibi olan şəxslərdən ticarət mərkəzinin fəaliyyətinin aktivləşdirilməsilə əlaqədar təcili olaraq İdarə heyyəti ilə əlaqə saxlamaqları xahiş olunur.
Əlaqə telefonu: +994 55 209 67 67

Müsahibim tanınmış meyxanaçı – müğənni Samir Qocadır.
(Məmmədov Samir Namidər oğlu).Samir 1985-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından mahnılı meyxana janrında yazdığı mahnılarla populyarlıq qazanıb.
Pərəstişksrları onu “Səni mənə xatırladır”, “İçirəm cananımın sağlığına”, “Ötən xatirələr”, “İçirəm mən” və.s mahıları ilə daha da seviiblər.

Tezliklə dünya tv - nin efirində Cəmilə Vasifqızının " Qalib mənəm " layihəsinə start verilir. " Qalib mənəm " layihəsinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların arayıb tapılması, onların qabiliyyət və bacarıqlarının inkişaf etdirilməsi işlərinin görülməsidir. İstedad var, çoxdur. Cəmiyyətimiz üçün yetişdirdiyimiz hər bir körpənin ruhunda bir istedad yatır. 5 yaşdan 15 yaşa qədər gözəl rəqs edən,rəssamlıq qabiliyyəti olan,gözəl səsi olan, idmanın hər hansı bir növü ilə məşğul olan uşaqlar və 15 yaşdan 30 yaşa qədər gənclər layihədə iştirak edə bilərlər.İştirakçı olub, qalib olmayanlar hədiyyələr, qaliblər isə müxtəlif Fəxri Fərmanlar, hədiyyələr və müxtəlif telekanallara çıxmaq şansını qazanırlar.
Onu da qeyd etmək istərdik ki, Cəmilə Vasifqızı 2015 - ci ildən indinin özünə kimi bir çox səbəblərə görə ara verərək müxtəlif internet kanallarında " Uşaqlar bir dünyadır " layihəsi ilə başlamışdır. Dəyərli münsiflərimiz tərəfindən layihədə bütün qaydalara riayət ediləcək, hər bir iştirakçı düzgün qiymətləndiriləcəkdir.

İyulun 15-də Bakı İslam Universitetində "Dini radikalizm və ekstremizm: dini, hüquqi, psixoloji yanaşma" adlı gənclər üçün elmi seminar keçirildi. Seminarda universitetin prorektoru Elçin Həsənli, kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, "Loqos" psixoloji və nitq inkişafı mərkəzinin transpersonal psixoloqu, aparıcı mütəxəssis İlqar Kərimov mövzu ilə bağlı gənclər qarşısında çıxış etdilər. İlk olaraq E.Talışınski radikalizmin və ekstremizmin terminoloji mənasını açıqladı, hüquqi və siyasi baxımdan hər iki məhfuma aydınlıq gətirdi. E.Həsənli dini təhsil  və maarifləndirmənin dini radikalizmin qarşısının alınmasında böyük əhəmiyyətini vurğuladı. Daha sonra İ.Kərimov gənclər üçün dini radikalizm və ekstremizmi psixoloji baxımdan geniş şərh etdi. Tədbirdə natiqlər tərəfindən dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə, dövlət-din münasibətləri, dövlətin dinə və dindarlara göstərdiyi qayğı, gənclər siyasəti və bir sıra məsələlər müzakirə edildi. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü din siyasətinin və QMİ-nin Gəncə hadisələri ilə bağlı bəyanatının əhəmiyyəti qeyd edildi. Seminar gənclərin mövzu ətrafında çıxışları ilə davam etdi və yaranan suallar mütəxəssislər tərəfindən cavablandırıldı. Olduqca maraqlı, interaktiv şəkildə keçən maarifləndirici elmi seminar Bakı İslam Universitetinin gənclərinin "biz dini radikalizmə yox deyirik" şüarı ilə yekunlaşdı. E.Talışınski bu mövzuya həsr olunmuş tədbirlərin BİU-da davamlı olaraq keçiriləcəyini bildirdi.