SİYASƏT

DƏNİZLƏ DANIŞAN QIZ

Şahmurad Nurullabəyov

 

Dənizlə danışan qız,

Söylə, niyə susursan?

Bir kəlmə də deməyib,

Məni də dinləməyib,

Qəlbinin istəklərin

Dənizə danışırsan?

Dalgaları coşdurub

Sonra da yan qaçırsan,

Nə olub sənə, ay qız,

Bir sözün olan kimi

Dənizə yanaşırsan?

Danışdıqla dənizlə

Vücudun da titrəyir,

Qəlbinin döyüntüsü

Dalgalara bənzəyir.

Danışdıgın hekayə

Ürəyi parçalayır,

Susan dəniz də coşub

Fırtınalar qoparır.

Ürəyinin səsinə

Dalgalar da səs verir,

Axan göz yaşlarına

Coşaraq cavab verir.

Danışdıqca dərdini

Gözün dolur, boşalır,

Sənin göz yaşlarında

Dəniz batır, bogulur.

 

04.01.2019

 

APAR ÖZÜN İLƏ XATİRƏLƏRİ

 

Çəkib əllərini nənim əlimdən,

Məni tərk eyləyib hara gedirsən?

Baxıb gözlərimə sən gizlin-gizlin,

Yaralı qəlbimi viran edirsən?!

 

Ötdükcə ömrümdən günlərim bir bir,

Görürəm insanlar yaman dəyişir.

Bir zaman dəlitək sevdiyim biri

Dayanıb qarşımda " əlvida" deyir.

 

Keçsə də fəsillər, ötsə zamanlar,

Hər kəsin qəlbində bir sevdiyi var.

Qayıdıb gəlsən də, gəlməsəndə, bil,

Bu sevən qəlbimdə sənin yerin var.

 

Ay məni tərk edib gedən sevgilim,

Daha nə soraqla, nə məni axtar.

Apar özün ilə xatirələri,

Qorxuram gecələr qəlbimdə aglar.

 

Çərşənbə axşamı, 12 Fevral 2019 23:41

PRESSİNFO.AZ SAYTININ BƏYANATI

 

      Məbuat Şurasının şikayətlər üzrə komissiyasının 05.02.2019-cü il tarixində keçirilən növbəti iclasında “Bakı metropoliteni” QSC-nin “Pressinfo.az” saytına qarşı şikayəti araşdırılaraq rəy verilmişdir ki, saytın hazırladığı materialda balans prinsipi pozulub və qarşı tərəfin mövqeyinə yer verilməyib. Halbuki, "Pressinfo.az" saytı dəfələrlə qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirib.

      Bu baxımdan saytımıza qarşı yönələn şikayət məktubunda əsaslandırılmamış fikirlər yer alıb. Mətbuat Şurası adından “Pressinfo.az” saytına xəbərdarlıq edilib və qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunub.

      "Pressinfo.az" saytı bildirir ki, "Bakı metropoliteni" QSC barədə saytda əvvəllər də dərc olunmuş tənqidi məqalələrin sonunda qarşı tərəfə mövqeyini bildirməsi üçün tribuna təklif olunmuşdur. Həmçinin, jurnalist araşdırması aparmaq üçün metropoliten rəhbərliyi ilə təmas qurmaq cəhdlərimiz də qarşı tərəfin istəməməsi səbəbindən uğursuz alınmışdir. Görünür, şikayətçi tərəf Mətbuat Şurasının sayta xəbərdarlıq etməsinə əsas verəcək qədər yanlışlığa yol verəcəyimiz anı gözləməyə qərar vermiş, məqalələrin son cümləsinə əhəmiyyət verməmiş, əldə etmək istədiyi son nəticəyə - təkzib verməyimizə nail olmaq məqsədilə mövqe bildirməyə tələsməmişdir. Bununla belə, qarşı tərəfdən mövqeyini əks etdirən rəsmi məktubun qısa müddətdə redaksiyamıza göndərəcəyinə ümid edirik.

 

       Nüşabə Əhməd

       Pressinfo.az saytının baş redaktoru

 

 

Çox sevdiyim və təkrar- təkrar izlədiyim “Qladiyator” filmində ibrətamiz bir epizod var.

Maksimusun iradəsi və qüdrəti qarşısında aciz qalmış Komadus ispaniyalı sərkərdəyə deyir:

Şənbə, 09 Fevral 2019 13:44

Ugurlar oısun, Məleykə

Uşaqlıqdan musiqiyə, yaradıcılıga böyük həvəsi  olub bu gənc qızın.Böyüdükdən sonra ixtisas seçimi sarıdan səmtini dəyişsə də, musiqiyə sevgisi dəyişməz olaraq qalıb.Hazırda qardaş Türkiyədə təhsil alan Məleykə Tagızadə son zamanlar müasir Azərbaycan  gəncliyinin formalaşmasında əhəmiyyəyli yerlərdən birini tutan  və bir sıra ugurlu layihlərə imza atan " İrəli" ictimai birliyinin fəal üzvlərindəndir.

Həftəsonları unudulmaz,maraqlı və bol əyləncə dolu günü yaşamaq istəyirsizsə bizim ŞAHDAĞ turlarına mütləq qoşulun. Özünüzə vaxt ayırın.
______
Tarix: 17 Fevral

EKONOM PAKET: 11 MANAT
Qiymətə daxildir:
Tur rəhbər xidməti
Komfortlu avtobus xidməti
Şahdağ kompleksinə giriş
Professional fotosessiya
Yolboyu musiqi və hədiyyəli oyunlar
______
STANDART PAKET: 16 MANAT
Qiymətə daxildir:
Tur rəhbər xidməti
Komfortlu avtobus xidməti
Səhər yeməyi
Şahdağ kompleksinə giriş
Professional fotosessiya
☕Çay süfrəsi
Yolboyu musiqi və hədiyyəli oyunlar
_______
ℹ1-5 yaşlı uşaqlar ödənişsizdir(xidmət tələb etmədikləri halda)
ℹ10+1 kampaniya (11ci şəxs ödənişsiz)
ℹEkonom paketə heç bir kampaniya daxil deyil
ℹKanat və xizək ödənişə daxil deyil
_______
☎Daha ətraflı və qeydiyyat:
+994 51 862 61 91 (+wp)
+994 77 412 12 51
⬇8ci mkr. C.Xəndan3066

Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı İranda həbs edilən güneyli milli-mədəni fəal Abbas Lisani ilə bağlı bəyanat yayıb.Kult.az xəbər verir ki, “Abbas Lisaniyə azadlıq” başlıqlı bəyanatda fəalın haqsızlığa məruz qalması və bütün azərbaycanlıların bundan narahatlıq keçirməsi qeyd edilib.

“Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə yenidən 10 ay həbs cəzasına məhkum edilib. Aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, sərvətlərini talayır və duzlaşdırırlar. Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib və bu, rejimi qorxuya salıb. Dini rejim öz hüquqlarını müdafiə edən millətə qarşı orta əsrlərin cəhalət zülmündən fərqlənməyən şəkildə divan tutur. Milli fəalların daş-qalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb. Amma hər gecənin bir səhəri, hər zülmün bir sonu var. İran rejimi də istisna olmayacaq.

Bu gün Vətənin Güneyində baş verənlər dünyaya səpələnmiş bütün azərbaycanlıları narahat edir. Biz Abbas Lisani və onunla birgə haqsız yerə həbs olunanların dərhal azadlığa buraxılmasını, Azərbaycan türklərinin milli, siyasi və iqtisadi tələblərinin yerinə yetirilməsini istəyirik. Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da rejimin qeyri-insani siyasətinə etiraz etməyə çağırırıq”, – bəyanatda bildirilib.

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanda seysmik aktivlik müşahidə olunur.

Öncə yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda 3,9 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Daha sonra Ağsuda 2, İsmayıllıda 3 dəfə yeraltı təkan olunub. Ağsuda 4,4 bal gücündəki zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Ardınca isə 3 ballıq növbəti təkan baş verib.

İsmayıllıdakı 5,3 ballıq yeraltı təkan episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Bu zəlzələ Şamaxıda dağıntılara səbəb olub. Bir neçə evdə uçqunlar olub, 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına 20-yə yaxın müraciət olub.

İsmayıllıda seysmik aktivlik fonunda daha 3 və 3,9 bal gücündə daha iki yeraltı təkan baş versə də, hiss olunmayıb.

Gürcüstan parlamentinin builki yaz sessiyasının ilk iclasında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büstün ucaldılması məsələsi qaldırılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, parlamentin deputatı Azər Süleymanov çıxışında separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb.

O bildirib ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olarkən niyə görə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşan və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana büst qoyulub?

“Ən pisi isə budur ki, büstün açılış mərasimində deputatlar, bələdiyyə sədri, mer və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu, xalq arasında böyük narahatçılıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən bir cavab istəyirəm ki, sizin deputatlarınız orada iştirak edib və siz buna necə qiymət verə bilərsiniz?”, – deyə deputat söyləyib.

A.Süleymanov həmçinin qeyd olunan büstün sökülməsi tələbini də qaldırıb: “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə xələl gətirən həmin büst götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrar olunmasın”.

Məsələyə münasibət bildirən prlament sədri İrakli Kobaxidze isə bildirib ki, Gürcüstanın qonşu ölkələrlə bağlı aydın mövqeyi var: “Biz qonşu ölkələrin maraqlarına hörmət edirik və bu maraqlara uyğun hərəkət edirik. Əgər lazım gəlsə, biz azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparacağıq və bir yerdə qonşuluqda sülh şəraitinin qorunub saxlanılması üçün qərar qəbul edəcəyik”.

Çərşənbə axşamı, 05 Fevral 2019 18:57

Makrondan Rusiyaya ağır ittiham

Fransa prezidenti Emmanuel Makron Rusiyanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.

“Exo Moskvı” radiosunun məlumatına görə, o, Rusiya media strukturlarının sosial şəbəkələrdə akkauntları satın aldığını, Fransadakı siyasi proseslərə müdaxilə etdiyini və “sarı jiletlər”in aksiyalarına təhrikverici qüvvə rolunda çıxış etdiyini düşünür.

Bildirilir ki, Makron öz iqamətgahında Fransanın aparıcı KİV-lərinin jurnalistlərini qəbul edib və daxili siyasi proseslərə dair fikirlərini açıqlayıb.

 

Fransa prezidenti əmin olduğunu bildirib ki, “RussiaToday” və “Sputnik” kimi media resursları sosial şəbəkələrdə akkauntları alır və sonra onların vasitəsi ilə təhlükəli siyasi müzakirə mövzularını ortaya atır.

“Baxın dekabrdan etibarən nələr baş verir: internet müzakirələrinin təşəbbüskarı artıq Fransanın BFM telekanalı deyil, RussiaToday-dir”, – deyə o vurğulayıb.

Fransa prezidentinin bu fikirləri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi artıq Fransanın Moskvadakı səfirliyinə etiraz notası göndərib

“Bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, Prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca bu hücumlar artır. Onlar bu işdə bizim marginallardan istifadə edirlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

“Bu əxlaqsızlığa son qoyulmalıdır. Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki ulu öndər Heydər Əliyev bu dövləti yaradanda onun fundamentini çox möhkəm qoyub. Ona görə də həmin çirkin qüvvələr bilsinlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək”, – birinci vitse-spiker qeyd edib.

Z.Əsgərov vurğulayıb ki, təhqir və böhtan cəzasız qalmamalıdır: “Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafının, təhlükəsizliyinin qarantıdır. Ona görə də Prezidentin müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dövlət başçısının ailəsinə ünvanlanan təhqir hər bir Azərbaycan vətəndaşının ailəsinə edilən təhqirdir. Ona görə də biz bir yumruq kimi birləşməli, bu insanlara, çirkin kampaniyalara layiqli cavab verməliyik. Sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün hüquqi baza təkmilləşdirilməlidir”.

Deputat Aydın Mirzəzadə bildirib ki, bəzi dairələr təxribatlar törədərək Azərbaycanı yaxın Şərq ölkələrinin durumuna salmaq istəyirlər.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müstəqil siyasətini, xalqına qayğısını həzm edə bilməyən qüvvələr bundan ötrü daxildəki aqressiv müxalifətdən istifadə edirlər: “Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bu, cənab İlham Əliyevin yüksək mənəvi dəyərlərə sahib olmasından xəbər verir. Bütün bunları görə-görə dövlət başçısını necə təhqir edə bilərlər. Deməli, bu, məkrli planların tərkib hissələridir”.

Milli Məclisin üzvü Aqil Abbas deyib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu işlərlə ciddi məşğul olmalıdırlar: “Səfirliklər fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə təhqirlər yazan şəxslərlə bağlı məlumat hazırlayıb, həmin dövlətlərin hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər”.

Deputat Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan Prezidentini təhqir etmək əslində xalqı, dövləti təhqir etməkdir: “Ona görə də hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun. Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir. Ona görə də biz dövlət başçısına qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq”.

Deputat Adil ƏliyevZahid Oruc da dövlət başçısına qarşı təhqirlər, böhtanlar səsləndirən şəxslərə qarşı sərt cəza tətbiq edilməsini təklif ediblər.