SİYASƏT
Bazar, 21 Yanvar 2018 21:52

Diqqət, diqqət!!!

Yazan

Uşaq güləş məktəbi dəvət edir

Güləş həvəskarlarının nəzərinə!!!

Gözəl təbəssümə sahib olmaq hər kəsin arzusudur.Saglam və gözəl dişlər olmadan isə bu mümkün deyil.

Elə isə

Sizlərə ürəkdən təbəssüm bəxş edəcək bir ünvana -

"Xətai" Estetik Klinikasına tələsin.

Öz işinin əsil peşəkarı doktor Akif Paşazadə bu işdə sizə yüksək səviyyədə xidmət göstərəcəkdir.

Çərşənbə, 17 Yanvar 2018 13:25

“Koroğluya qayıdaq” başlayır

Məhərrəm Qasımlı: “Yeni nəslin aşıqlarını tanımaq, onlara dəstək olmaq niyyətindəyik”
Nəzərdə tutulub ki, iki ildən bir beynəlxalq aşıq müsabiqəsi keçirilsin
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.

Son illərdə aşıq sənəti ilə bağlı bir sıra sanballı kitablar nəşr etdirmiş Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlunun araya-ərsəyə gətirdiyi daha bir kitab bu günlərdə işıq üzü görüb. Onun nəşrə hazırlayıb, redkatoru olduğu “Ulduz Sönməz: Mən belə yaşadım...” adlı bu kitab çağdaş Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi Ulduz Sönməzə həsr olunub.


Kitabda Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Yeni Azərbaycan Partiyasının üzvü, “Ulduz” Birliyinin yaradıcısı və rəhbəri, “Qopuz” jurnalının təsisçisi və baş redaktoru, ustad aşıq, pedaqoq, dəyərli ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü Ulduz Sönməzin keçidiyi ömür və sənət yolunun ayrı-ayrı məqamlarını əks etdirən xatirələri, son illərdə yazdığı şeirləri və yazışmaları ilə yanaşı, respublikamızın tanınmış dövlət, elm və sənət xadimlərinin müxtəlif vaxtlarda onunla bağlı söylədikləri qiymətli fikirlər, barəsində yazılmış məqalələr, mətbuata verdiyi müsahibələr, müxtəlif vaxtlarda ona ünvanlanmış məktublar, teleqramlar, təbriklər, dövlət təltifləri haqda məlumatlar  və “Ulduz” Birliyi haqda rəylər yer alıb.  
Kitab Ulduz Sönməzin həyat və yaradıcılığına işıq salmaqla bərabər, çağdaş dövrümüzdə aşıq sənətini, bu sənəti yaşadanları öyrənən tədqiqatçılar və sənətə yeni gələn gənclər üçün də qiymətli vəsaitdir.

“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi“ ictimai birliyinin təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi  “Tarix və Mədəniyyətimizi Sevək” adlı layihə  çərcivəsində publisist,şair Şahlar Şuşalının Azərbaycanın xalq artisti, unudulmaz mugam ifacısı olmuş, xanəndə Xan Şuşalının həyat və yaradıçılığına həsr olunmuş “Mən Tanıyan Xan Əmi” adlı kitabın təqdimatı keçirilmişdır. Tədbiri giriş sözü ilə, acan Şəki  Dövlət Regional Kollecinin direktoru   Sərdar  Şərifov, öncə gələn qonaqları salamladı.

Şənbə, 13 Yanvar 2018 13:29

Arzuolunmaz tüklərlə son!!!

Yazan

“Ledi Salonda” son model Candella Gentel Lase Pro cihazı ilə son dərəcə güzəştli qiymətlərlə  Aleksandrit Lazer epilyasiyası həyata keçirilir.

Epilyasiyadan iki həftə sonra edilən  korreksiya müştəriyə pulsuz (hədiyyə) edilir.

Bazar, 07 Yanvar 2018 21:59

Ən müqəddəs zirvə

 

Şəhidlik zirvəsi ən uca, ən müqəddəs zirvədir. Bu zirvəni fəth etmək isə hər kəsə nəsib olmur. “Torpaq əgər uğrundan ölən varsa, Vətəndir”, deyirlər. Uğrunda ölənlərin sayəsində bərqərar olur Vətən. Yoxsa, düşmən tapdağına çevrilib qalır...
Mənfur qonşularımızın məkirli niyyətləri hesabına başlanan Qarabağ müharibəsində çox oğullar itirdik, çox şəhidlər verdik. Neçə-neçə ana gözüyaşlı, atalar sinəsi dağlı, bacılar qardaşsız, uşaqlar atasız qaldı bu adı atəşkəs, özü davam edən müharibədə. Hələ yəqin ki, çox qanlar töküləcək...

Diqqət! Diqqət!

Azərbaycanda ilk dəfə ninja - samuray təlimi

Bazar, 07 Yanvar 2018 00:40

XEYİRƏ VƏSİLƏ OLAQ

Məmmədzadə Mirdavud Çingiz oğlu 2005 - ci ildə Naftalan şəhərində anadan olub.12 yaşı var. Xəstəliklə üzləşənə qədər Naftalan şəhərində Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə təhsil alıb.Dərslərini yaxşı və əla qiymətlərlə oxuyub və tay - tuşlarindan xüsusi intellektual qabiliyyətləri ilə seçilib.Onun uğurları tək məktəb çərçivəsində olmayib. Rayon və respublika səviyyəli tədbir, yarış və müsabiqələrdə həmişə öncüllər sırasında çıxış edib, istedadı ilə fərqlənib.


Belə davam etsəydi, yəqin ki, Mirdavud gələcəkdə elm adamı - tanınmış ziyalı, yaxud hər hansısa bir sahədə istedadlı mütəxəssis ola bilərdi.Əyər belə davam etsəydi...
Təqribən il yarım bundan əvvəl, həyətdə tay - tusları ilə oynayan Mirdavud yıxılaraq kəllə - beyin travması alır.Həkimlər onun ənsə sümüyünün sındıgını təyin edirlər.Bu müddət ərzində müxtəlif xəstəxanalarda, klinikalarda müayinələrdən keçən, müalicələr alan Mirdavudun sağalması istiqamətində hələ ki, bir irəliləyiş yoxdur. Gün ərzində bir neçə dəfə tutmaları - qıcolmaları, özündən getmələri olduğundan onu bir an belə nəzarətsiz qoymaq mümkün deyil.Çunki bu tutmalarin hər an, hətta gecə yarısı belə, baş vermə ehtimalı çox böyükdür. Ailə xəstə uşağın bu durumundan acınacaqlı vəziyyətə düşmüşdür. Ana himayəsində yaşayan Mirdavudun müntəzəm müayinələrdən keçməsinə, müalicə olunmasına, iynəsinə - dərmanına, normal qidalanmasına lazım olunan vəsaitdən başqa, kirayənisin qalmalari və üstəgəl, ananın uşağı nəzarətsiz qoya bilməməsi səbəbindən işləyə bilməməsi onsuz da acınacaqlı olan vəziyyəti daha da agırlasdirıb. Mirdavudun qüruruna sıgısdırmadıgından çətinliyini heç kimə bildirməyən anasını təsadüfən tanıdım və ona kömək etməyə qərar verdim.

Əziz müsəlman bacı və qardaşlar!
Yaxşılıq etmək, əl tutmaq əsl insana xas xüsusiyyətdir.Heç kim başına nə gələcəyini bilmir və gələcək bəlalardan heç kim sığortalanmayıb.Urəyinizdən lütf göstərib, kömək etmək keçərsə, Mirdavudun anasının adına açılmış bank hesabına istədiyiniz məbləği köçürə bilər, bir xəstə uşağın sagalib həyata qayıtmasına səbəb olarsınız.
Gəlin, hamılıqla xeyirə vəsilə olaq!

Əlaqə telefonları: 051 529 30 30; 070 518 33 76

Nüşabə Əhməd

Çərşənbə axşamı, 26 Dekabr 2017 00:52

Kömək etmək əvəzinə "dobro" verdilər...

Vaxtilə Ulu Öndər Heydər Əliyev "kim bir ağac kəsirsə, elə bil mənim bir qolumu kəsir" deyərək, bu məsələyə özünün prinsipial,  barışmaz mövqeyini bildirmişdi...


Bu şəkillər Bakının Xətai rayonunun Vunq Tau küçəsində çəkilib. Ukrayna dairəsindən dənizə tərəf gedən yolun sol tərəfində inşa olunan restorana görə ağaclar kəsilir, yaşıllıq məhv edilir. Aldığımız məlumatlara görə, həmin ərazi seysmik aktivləşmə zonası olduğundan, burada heç tikinti aparmaq da olmaz. Ərazidə yaşayan sakinlərdən bir neçəsi yığılaraq bu məsələylə  bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Nazirlikdən nümayəndə gəlib, əraziyə baxış keçirib, ölçü göturuləcəyini bildirərək gedib. Üstündən xeyli keçməsinə baxmayaraq isə heç bir nəticə hasil olmayıb. Əksinə, deyəsən, tikinti inşa etdirən şəxsə "dobro" da veriblər. Çünki tikinti indi daha da sürətlə, daha da şövqlə davam etdirilir. Ən maraqlısı və ən qəribəsi isə budur ki, şikayətçilər onların kimliyinin anonimliyinin saxlanmasını                 xahiş etsələr də, cəmi bir gün sonra tikinti sahibi onlardan birinə zəng edərək nə üçün şikayət etmələrinə dair iradını bildirib...

Nazirlik nümayəndəsi ölçü götürüləcəyini bildirdiyi halda sakinləri ələ verməsi çox, hətta çox-çox qəribədir... Həm gülməli, həm də ağlamalıdir, deyilmi?!

Nüşabə Əhməd,

araz.az