SİYASƏT
Cümə, 01 Fevral 2019 10:23

“Beşiktaş”dan GURULTULU TRANSFER

Almaniyanın Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Sindzi Kaqava karyerasını “Beşiktaş”da (Türkiyə) davam etdirəcək.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı yaponiyalı futbolçu İstanbul klubu ilə mövsümün sonuna qədər icarə sazişi bağlayı

Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək.  məlumata görə, iclasda 38 məsələ müzakirəyə çıxarılacaq. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.  

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.  

3. Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.  

4. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında.  

5. “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

6. “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

7. “Türk Akademiyasının maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

8. “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

10. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

11. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

13. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

15. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

16. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

19. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

21. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

22. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

23. “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).  

27. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).  

28. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).  

29. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

30. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

31. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).  

33. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

34. “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

35. “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).  

37. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).  

38. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqın

Almaniya xarici işlər naziri Mixael Zilbert Qara dənizə və Rusiyanın nəzarətindəki Kerç boğazına döyüş gəmilərini göndərməyə hazır olduqlarını açıqlayıb.

O, bu barədə Ukraynaya səfəri çərçivəsində bu ölkənin müdafiə nazirinin müavini Anatoli Petrenko ilə görüşdə bildirib.

Nazir Ukrayna ilə hərbi əməkdaşlıq perspektivlərinin nəzərdən keçirildiyini deyib.

Görüşdə Donbass bölgəsinə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən müşahidəçilərin göndərilməsi və Rusiyada həbsdə saxlanılan ukraynalı dənizçilərlə bağlı məsələ də müzakirə edilib.

Bu görüş Ukrayna tərəfindən Avro-Atlantik zonasına inteqrasiyası yolunda addımlar atılacağına və NATO dövlətləri ilə əməkdaşlığın gücləndiriləcəyinə dair ehtimalları gücləndirib.

Cümə axşamı, 31 Yanvar 2019 08:49

31 yanvar Rəsulzadənin doğum günüdür

Yazan
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
 
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.
 
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə “Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.
 
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
Çərşənbə, 30 Yanvar 2019 07:00

Asiya kubokunda finalçılar bilindi

Asiya kubokunda növbəti finalçı müəyyənləşib.

Yarımfinalda Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan Qətər yığması 4:0 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər finalçı yarımfinalda İrana 3:0 hesablilə qalib gələn Yaponiya millisidir. Final matçı fevralın 1-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli şəhid ailələrinin nümayəndələri.

Mən sizi bu gün görüşə dəvət etmişəm. İlk növbədə, sizə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi.

1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qalmışdır. Siz bilirsiniz, bu gün biz çalışırıq ki, bu məsələni həll edək. Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.

Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək.

Onu da bilməliyik ki, bu gün dünyada güc amili ön plana çıxıb. Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq.

Müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərilir. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin.

Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.

Şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi. Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir.

Artıq ödəmə prosesi başlamışdır. Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur.

Təbii ki, bu, böyük vəsait tələb edir. Bu proqramın icrası üçün dövlət büdcəsindən ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə, ədalətlidir və digər tərəfdən, Prezidentin Fərmanından sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik.

Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin.

Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik. Bu gün sizi buraya, Prezident Sarayına dəvət edərək istədim ki, bu sözlərimi, bu fikirlərimi sizə özüm çatdırım. İstədim ki, bir daha sizinlə görüşüm, bir daha sizə öz təşəkkürümü, dərin hörmət və ehtiramımı bildirim. Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, siz bundan sonra həyatda heç vaxt belə dəhşətli faciələrlə üz-üzə qalmayasınız. Sağ olun.

X X X

Sonra dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etdi.

X X X

Şəhid anası İbadət ƏLİYEVA çıxış edərək dedi:

-Hörmətli cənab Prezident. İlk növbədə, biz şəhid ailələri Sizinlə bu mötəbər görüşümüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, bir daha sübut edir ki, biz şəhid ailələri Sizin daimi diqqətinizdəyik. Bizim dövlətimiz gündən-günə inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk. Sizin rəhbərliyinizlə Ordumuzun Aprel döyüşlərindəki qələbəsi mənə o qədər qürur verib ki, hətta özüm əlimə silah alıb bu döyüşlərə getmək istəyirdim. Hər dəfə Cocuq Mərcanlının inkişafını, qısa müddətdə bu qəsəbənin belə müasir tipli olmağını görəndə mən qürur hissi keçirirəm, çox sevinirəm. İnanıram ki, tezliklə torpaqlarımız alınandan sonra bütün bölgələrimiz, bütün şəhərlərimiz bu cür inkişaf edəcək, bu cür çiçəklənəcək.

Eyni zamanda, biz şəhid ailələrinə Sizin daim diqqətinizi və qayğınızı görürük. Biz Sizə, birinci xanım, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk. Şəhid ailələrinə bu diqqət və qayğınıza, bizim sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu tədbirlər ildən-ilə genişlənir, çoxalır və biz bunları gördükcə sevinirik, Sizlərdən çox razıyıq.

Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar şəhid oldular və düşmənə qaya kimi sipər oldular, qaya kimi dayandılar onların qabağında. Mən inanıram ki, xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi Vətənimizi qorumağa hazırdır.

Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz daim öz üzərimizdə hiss edirik. Şəhid ailələri mənzillərlə, pensiyalarla, müavinətlərlə təmin olunurlar və biz bunu öz üzərimizdə də görürük. Sizin imzaladığınız humanist Fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni bizim ailəmiz də alıb. Bu, bizim ailəyə böyük köməkdir, dayaqdır. Biz inanırıq ki, bu tədbirlər daha da çox, daha da uzunmüddətli olacaq. Bilirik ki, müharibə olan dövlətlərdə mütləq şəhidlər də olur. İnanırıq ki, biz öz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik. Biz bilirik ki, bunun üçün bizim xalqını, Vətənini, torpağını sevən belə bir Prezidentimiz var. Bizim Prezidentə mən “Çox sağ ol!” deyirəm, minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, gördüyünüz işlərdə və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Şəhid atası Şirvan NÜSRƏTOV çıxış edərək dedi:

- Hörmətli Prezident, cənab Ali Baş Komandan. Siz Azərbaycanı qüdrətli dövlətə çevirmisiniz. Azərbaycanın güclü ordusu var. Əminəm ki, biz Qarabağ məsələsini Allahın köməyi, Sizin səylərinizlə həll edəcəyik.

Cənab Prezident, mən bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuşdur. Sizdən çox razıyıq ki, biz şəhid ailələrinə həmişə qayğı göstərmisiniz və göstərirsiniz. Biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik. Sağ olun, var olun. Allah Sizə ömür versin.

Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

X X X

Şəhidin həyat yoldaşı Vərziyar ƏLİYEVA dedi:

- Möhtərəm cənab Prezident. Bu gün vaxt ayıraraq biz şəhid ailələrini qəbul etdiyinizə görə şəhid polislərin ailələri adından Sizə öz təşəkkürümü bildirirəm. İmzaladığınız Fərmana görə şəhid ailələri, şəhid polislərin vərəsələri Sizə minnətdardırlar. Bu, bizim ailələrə çox böyük kömək olacaq.

Mən Xocalı aeroportunun müdafiəsi zamanı şəhid olmuş Əliyev Əbülfət Əli oğlunun həyat yoldaşıyam, özünümüdafiə batalyonunun döyüşçüsü Hüseynov Mürşüd Səməd oğlunun qızıyam. Mərhum Prezidentimiz, -Allah rəhmət eləsin, - Heydər Əliyev yoldaşımı ölümündən sonra “İgidliyə görə” medalı, atamı isə, - bütün Xocalı camaatı bilir ki, o, əlindəki beşatılanla neçə-neçə düşməni məhv edib, döyüşlərdən birində ürəyindən aldığı güllə yarasından qəhrəmancasına şəhid olub, - “Azərbaycan bayrağı” ordeni ilə təltif edib. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Bizim o məşəqqətli, yurd-yuvamızı, ailə başçılarımızı itirdiyimiz günlərdə ulu öndərimiz Heydər Əliyev bizim səsimizə, həmvətənlərimizin səsinə səs verərək hakimiyyətə gəldi və bizi böyük bəlalardan qurtardı, ən əsası isə müstəqilliyimizi qorudu, suveren bir dövlət qurdu. Amma Siz isə, möhtərəm Prezidentimiz, öz xanımınızla çiyin-çiyinə, - mən birinci xanımımız Mehriban Əliyevaya da öz təşəkkürümü bildirirəm, - çox böyük işlər görmüsünüz. Biz bütün şəhid polislərin ailələri bunları izləyirik, hər ikinizə “Sağ ol!” deyirik. Sizin gördüyünüz bütün abadlıq-quruculuq işlərini təkcə Bakıda yox, bütün regionlarda müşahidə edirik. İndi bölgələrimiz Bakıdan heç də seçilmir. Buna baxmayaraq, bəzi ünsürlər nümayişə çıxır. Biz onlara qətiyyətlə “Yox!” deyirik. Biz şəhid polislərin ailələri Sizin arxanızda möhkəm durmuşuq. Nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, bizim Prezidentimiz İlham Əliyevdir. Biz həmişə Sizin arxanızdayıq. Biz qadınlar, analar istəyirik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Əgər sülh yolu ilə olmasa, Azərbaycanın böyük, qüdrətli Ordusu var, Həcər qeyrətli qadınlarımız var. Biz Xocalıda dörd il müharibə şəraitində yaşamışıq. Atışma səsi eşidəndə biz qadınlar da həmin tərəfə yüyürürdük. Amma dörd il mühasirədə qalandan, son gülləmiz də qurtarandan sonra ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalını yerlə-yeksan etdilər.

Mən uzun danışmaq istəmirəm, cənab Prezident, biz Sizin arxanızdayıq, Sizinlə qürur duyuruq. İnanırıq ki, torpaqlarımız alınacaq və biz doğma yurd-yuvamıza qayıdacağıq. Mərhum Prezidentimiz Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, biz azərbaycanlıyıq.

X X X

Şəhidin vərəsəsi Sevinc QULUZADƏ dedi:

- Möhtərəm cənab Prezident. Bizimlə bu səmimi görüş üçün Sizə təşəkkür edirik. Sizə şəxsən təşəkkür edə bildiyim üçün bir Azərbaycan vətəndaşı, bir gənc olaraq qürur hissi keçirirəm. Siz və birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Buna görə Sizə təşəkkür edirəm, Sizə və ailənizə cansağlığı, uzun ömür arzu edirəm.

Mən bu gün bir vətəndaş, bir şəhid vərəsəsi kimi bir daha əmin oldum ki, Sizin siyasətinizin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır. Bir daha əmin oldum ki, bu gün ölkəmizdə sosial ədalət hər şeydən üstün tutulur və Azərbaycan vətəndaşına Azərbaycan Prezidenti qədər qayğıkeş və Azərbaycan Prezidenti qədər yaxın olan başqa biri yoxdur. Bu gün imzaladığınız Fərmana görə mən və mənim kimi minlərlə şəhid vərəsəsi birdəfəlik ödəməni ala biləcəyik. Buna görə, əlbəttə, çox şadam, sevincimin həddi-hüdudu yoxdur. Mən Sizə həm öz adımdan, ailəmiz adından, həm də digər şəhid vərəsələri adından təşəkkür edirəm. İmzaladığınız Fərmana əsasən həm də vaxtilə sığorta ödənişi almış şəhid vərəsələri də birdəfəlik ödəmə ilə təmin olunacaqlar. Belə bir humanist qərar qəbul etdiyiniz üçün çox sağ olun.

Biz hər zaman Sizin humanistliyinizə inanmışıq. Sizin humanistliyiniz bu Fərmanda bir daha öz təsdiqini tapdı. Siz Azərbaycanımızı hər zaman böyük qələbələrə doğru aparmısınız. Bir vətəndaş olaraq bu inkişaf prosesini müşahidə etdikcə təbii ki, fəxr edirik. Ölkəmizi inkişafda, dövlətimizi güclənməkdə görmək bir gənc olaraq məndə iftixar hissi doğurur. Hazırda qardaşım əsgərdir və torpaqlarımızın keşiyində böyük şərəflə durur. Mən inanıram ki, Sizin rəhbərliyinizlə Ordumuz tezliklə Qarabağımızı azad edəcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə bir daha minnətdarlığımızı bildirirəm. Azərbaycanın əmin-amanlıq içində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzu edirəm. Çox sağ olun, möhtərəm Prezident!

X X X

Görüşə yekun vuran Prezident İlham ƏLİYEV dedi:

-Deyilən bütün xoş sözlərə görə sizə minnətdaram. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim.

Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Xüsusilə qeyd etməliyəm ki, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik. Vaxtilə müavinəti almış vətəndaşlar o zaman az məbləğ alıblar. O vaxt əgər biz onu dollara çevirsək, müavinət təqribən 20-50 dollar ətrafında idi. Yəni, imkanımız buna çatırdı, imkan yox idi. Ancaq bu gün 11 min manat tam başqa dəyər təşkil edir. Ona görə ölkəmizin iqtisadi inkişafı, maddi vəziyyətin yaxşılaşdırılması imkan verir ki, biz bir çox sosial layihələri icra edək. Biz yüzdən çox şəhərciyi öz pulumuzla tikmişik, 6650 şəhid ailəsinə mənzil verilib. Qeyd etdiyim kimi, bütün şəhid ailələri mənzillərlə təmin olunacaqlar, ardıcıllıqla, artıq proqram tutulur.

Ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur. Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri hərtərəfli həll etməyə çalışırıq. Sosial məsələlərin həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da elə olmalıdır ki, sosial layihələri icra etməyə imkan versin.

Bilirsiniz, biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları var. Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini özündə ehtiva edir. Çünki biz iqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək və vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Ağır vəziyyətdə yaşayan vətəndaşlara biz imkan daxilində kömək göstəririk. Biz evini, eşiyini, torpağını itirmiş vətəndaşlar üçün şəhərciklər salırıq, evlər tikirik, onlara mənzillər veririk. Bu gün hələ də öz maddi imkanlarını lazımi səviyyədə təmin edə bilməyən vətəndaşlara dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb. Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər. Bütün bu işləri görmək üçün əlbəttə ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir. Bu siyasət yeganə düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında müstəqil ölkə kimi özünü göstərə bilib.

Bu gün çıxışlarda Cocuq Mərcanlıdan danışıldı. Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrilib. Cocuq Mərcanlının abadlaşdırılması, yenidən qurulması hərbi qələbə nəticəsində mümkün olmuşdur. Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə çalışırdılar ki, hərbi cəhətdən bizdən üstündürlər və buna görə də 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızı zəbt edə biliblər. Bu işğalın səbəbləri haqqında Azərbaycan ictimaiyyəti yaxşı bilir. Onun başlıca səbəbi o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan xəyanətkar, satqın, səriştəsiz, biliksiz adamlardır. Onlar öz aralarında mübarizə, müharibə apararaq imkan verdilər ki, düşmən torpaqlarımızı zəbt etsin. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır.

Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

Çərşənbə axşamı, 29 Yanvar 2019 11:31

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,39 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,63 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 61,5 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

Çərşənbə, 23 Yanvar 2019 16:43

Meksika qətllərin sayına görə rekord qırdı

Yazan

Meksika 2018-ci ildə ölkədə törədilən qətllərin sayına görə rekord qırıb.

CNN telekanalı  xəbər verir ki, bununla bağlı təhlükəsizlik və vətəndaş mühafizəsi üzrə sekretariatın hesabatında məlumat verilib.

İl ərzində ölkədə 33 min 341 qətl qeydə alınıb. Bu, statistikanın hesablanmağa başlamasından bəri ən maksimal göstəricidir. 2017-ci ildə bu rəqəm 15 faiz az, yəni 28 866 olub. Qadınların qadın olduğu üçün öldürülmə halları artıb. Əgər 2017-ci ildə bu cür qətllərin sayı 759 olubsa, ötən il bu rəqəm 861-ə çatıb.

 

Qeyd edilib ki, bir çox cinayətlər narkokartellər tərəfindən törədilib. Onlar ərazilərə nəzarət üstündə döyüşürlər, 2006-cı ildən isə hökumət onlarla mübarizə aparır.

İl Meksikada jurnalistlər üçün də xoşagəlməz olub: 10 reportyor öldürülüb. Bundan başqa, 2019-cu ildə artıq bir müxbir də həyatını itirib. 34 yaşlı Rafael Murua Manrikes yanvarın 19-da itkin düşmüş elan edilib, növbəti gün isə onun cəsədi aşkar edilib.

CNN qeyd edib ki, Murua şəxsi bloqunda bəzi materialların dərc olunmasından sonra təhdid edildiyini yazmışdı. Hazırda faktla bağlı araşdırmalar aparılır.

ABŞ prezidenti Donald Trampın Türkiyə-Suriya sərhədində 32 km-lik təhlükəsiz bölgə yaratmaq təklifi özü ilə bərabər çoxlu suallar doğurub.

Türkiyə cəmiyyəti “işlərin plana uyğun getməyəcəyi təqdirdə, təhlükəsiz bölgənin digər tərəfində qalan YPG/PKK terror təşkilatlarına atəş açıla bilərmi” sualı üzərində düşünür.

Mütəxəssislər bildirir ki, Türkiyə öz sərhədindən təhlükəsiz bölgənin digər tərəfindəki YPG ünsürlərini SOM və BORA ballistik raketləri ilə vura bilər. Bu raketlərin hədəfdən sadəcə 3 metr yayına bilməsi ehtimalı var. Bu raketlərin mənzilləri isə 280-300 kilometrdir. Beləliklə, Türkiyə öz imkanları daxilində YPG qüvvələrinin olduğu hər məkanı rahatlıqla havaya uçura bilər. Çünki təhlükəsizlik bölgəsinin əhatə etdiyi bölgəni çıxmaqla, YPG-çilərin nəzarətində olan bütün bölgələr Türkiyə sərhədindən 280-290 km məsafədədir.

Təhlükəsizlik bölgəsi yaradılması məsələsi isə hələ ki, iki ölkə arasında müzakirə mövzusu səviyyəsində qalıb. Çünki sözügedən bölgədə ABŞ-a aid hərbi bazalar yerləşir. ABŞ geri çəkilərsə, təxminən, 300 km bölgə nəzarətsiz qalacaq. Bu bölgənin nəzarətinin kimdə olacağı isə sual altındadır. ABŞ-Türkiyə arasında baş tutan görüşlər isə sualların cavabını tapmaq üçün kifayət deyil. Çünki Rusiya da regionda öz mövqeyini gücləndirmək üçün addımlar atır. Bunun üçün təkcə təhlükəsizlik bölgəsinin qurulması kifayət olmaya bilər.

Zümrüd

Venesuelanın Milli Silahlı Qüvvələri üzvləri bugünkü nümayiş iştirakçılarına hücum etməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Suliya ştatının qubernatoru Omar Prieto qruplaşma üzvlərindən birinin öldürüldüyünü, digərinin isə axtarıldığını bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı qumbara, avtomat, səsboğucu və hərbi formalar aşkarlanıb.

Qeyd edək ki, Venesuelanın müxtəlif şəhərlərində Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları başlayıb. Bu günə ölkədə həm hökumət əleyhdarlarının, həm də hazırkı prezidentin tərəfdarlarının yürüşləri planlaşdırılır. Yerli mətbuatın yazdığına görə, etirazlarda artıq 2 nəfər ölüb, 2-si də yaralanıb.