SİYASƏT

“Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan həm iqtisadi, həm də siyasi konstruktiv əlaqələr, münasibətlərin yüksələn xətlə inkişafı ölkəmizi istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər”.

Bunu  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

S.Seyidov bildirib ki, Azərbaycanla Aİ arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətində danışıqlar hazırda konstruktiv şəkildə davam edir.

“Ancaq bu məsələ ilə bağlı dinləmələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub: Azərbaycan-Aİ danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki bu gün Avropa Parlamentinin müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Elə bu kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”.

Komitə sədri qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir:

“Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclislə Avropa Parlamenti arasında konstruktiv əməkdaşlıq davam etdiriləcək”.

YPG-nin PKK-nın davamı olduğu açıq-aydındır. ABŞ İŞİD-lə mübarizədə YPG adı altında fəaliyyət göstərən PKK ilə çalışdı və nəticədə Türkiyə ilə əlaqələrimizə mənfi təsir göstərdi.

Bu açıqlama ilə ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford çıxış edib.

“ABŞ-ın Suriyadan geri çəkilməsinin suriyalı kürdlərə bir xəyanət olduğunu düşünmürəm. Bölgədə kürdlərlə ərəblər arasında bir çox problemlər var. YPG-nin varlığı isə bu problemləri azaltmayıb, İŞİD də bu vəziyyətdən istifadə edib”, – Ford qeyd edib.

ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü yayıb. 

Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar heç kimi həbs etməyib.

Hazırda şübhəli şəxsin axtarışları davam edir.

Xatırladaq ki, yanvarın 14-də yerli vaxtla saat 11:00 radələrində Şarlotta şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.

Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu, E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.

E.Xəlilov basqın edilən “Fixer Electronic Repair” mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Araşdırmalar davam edir.

Cümə, 18 Yanvar 2019 09:49

Hava şəraiti nə vaxt normallaşacaq?

Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Bu səbəbdən dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın hərarəti daha da enəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yanvarın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və mülayimləşəcəyi gözlənilir.

“19-21 yanvar aralığında havanın hərarəti tədricən iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək. Xəzər dənizində isə yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək. Dəniz akvatoriyasında xəbərdarlıq öz qüvvəsində qalacaq”.

 

 
2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ontario şəhrində keçirilən “Qış milli cüdo çempionatı”nda erməni güləşçini məğlub edərək, finala çıxmasına imkan verməyib. Hətta həmin güləşçinin erməni məşqçisi də onun əlini sıxaraq təbrik edib…
Evinin harasına baxsan orada Azərbaycanla bağlı, Azərbaycanı xatırladan nəsə görəcəksən. 12 ildir ki, ABŞ-da yaşayır, zərrəcə dəyişilməyib. Nə görkəmində, nə də dilində yad heç nə hiss olunmur…
Deyir ki,- “Səmimi sözümdür, Azərbaycanda idmana verilən dəyər dünyanın heç bir yerində verilmir. Yaxşı idmançının necə deyərlər, hamının gözü üstə yeri var”…
Haqqında söhbət açdığım Zaur Cəlilin atası Telman Cəlilov Azərbaycan Dövlət İncəsənət İnistitutunda “Səhnə hərəkəti kafedrası”nda müəllim işləyib, eyni zamanda Sumqayıt Dövlət Teatrının baş baletmestri olub. 1998-ci ildən ABŞ-da yaşayır. Hazırda “Nyu York Azərbaycan Mədəniyyət Mərkəzi”nin prezidentidir…
Zaurun həyat yoldaşı Leyla Rəhimova(Cəlil) muğam ifaçısıdır. 1998-ci ildə Türkiyədə keçirilən “Dədə Qorqud festivalı”nın, 1999-cu ildə “Pöhrə- 99” muğam müsabiqəsinin laureatı olub. 2000-ci ildə muğam müsabiqəsində 3-cü yerə çıxıb. 2002-ci ildə isə müsabiqənin “Qram Pri” mükafatına layiq görülüb. “O səs Türkiyə” tele müsabiqəsində iştirak edib. Cənnət adlı bir qızları var…
Zaur Cəlil 1985-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2003-cü ildə şəhərin 5 saylı məktəbində orta təhsilini başa vurub. Bir il sonra hərbi xidmətə çağrılıb. Ordudan təxris olunandan sonra, 2006-cı ildə ABŞ-a gəlib. Hazırda Minnesota ştatının Minneapolis şəhərində yaşayır…
Zaur 1991-ci ildən, 6 yaşından idmanın cüdo növü ilə məşğul olur. İlk vaxtlar Əhəd Rəcəblinin, 1995-1997-ci illərdə Zaur Rəcəblinin, 1999-cu ildə isə Tofiq Məmmədovun yanında məşqlərə qatılıb. Arada məşğul olduğu idman növünü roma-yunan güləşiylə dəyişib. Burada onun məşqçiləri Qərib və Tahir Əliyevlər olub. 2000-ci ildən yenidən Rəcəbli qardaşlarının yanında cüdo ilə məşğul olub…
2006-cı ildə ABŞ-a gəldikdən sonra, Nyu York şəhərində cüdo yarışlarına qatılaraq 60 kq çəki üzrə ştat çempionu olub və Roçester şəhərində keçiriləcək olimpiadaya vəsiqə qazanıb. Həmin yarışda da yüksək nəticə göstərərək, olimpiadanın qızıl medalına layiq görülüb…
2006-cı ildən bugünədək 100-ə yaxın medal və kuboklarla təltif olunub. Yaşadığı Minnesota ştatının ardıcıl olaraq 11 dəfə çempionu olub…
2015-ci ildə Texasda keçirilən Amerika çempionatının bürünc, 2016-cı ildə isə gümüş medalını qazanıb. 2017-2018-ci illərdə iki dəfə dalbadal qızıl medala layiq görülüb…
Beləliklə, yeganə azərbaycanlı olaraq iki ildir ki, cüdo üzrə Amerika çempionudur. Amerika Cüdo Federasiyası tərəfindən M-1 dərəcəsi və sertifikatla təltif olunub. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir…
Deyir ki,- “Master Cüdo uzrə dunya çempionatının iştirakçısı olmuşam. İnşəallah bu il yenidən yarışlara qatılıb bir azərbaycanlı olaraq yüksək pilləyə yiyələnməyə çalışacam. Amerikada MMA- qaydasız döyüş üzrə bir çox yarışlarda vuruşub qalib gəlmişəm. Hətta dünya şöhrətli Mayk Taysonla görüşümüz də olub…
2018-ci ildə öz vəsaitim hesabına “CHAMPIONS Gym” idman zalını açmışam. Və çalışacam ki, davamlı məşq edib daha da yüksək nəticələr əldə edim, tələbələr yetişdirib dünyada imzamı tanıdım”…
…Dilindən Allahın adı düşməyən, hər kəlməsindən təvəzökarlığı hiss olunan, milli kimliyini unutmayan, içində Azərbaycan sevdası gəzdirən bu gənclə tanışlığımızdan çox sevindim…
…Azərbaycan! Doğma məmləkətim, nə qədər ki, belə oğulların var, başın həmişə uca olacaq…
 
Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Xeberlenti.com -un məlumatına görə  nizamnaməyə 23-1-ci (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası) maddəsi əlavə edilib.

Maddəyə əsasən, Milli Məclisin sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarət idi. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib.

Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Əvvəllər isə iş təcrübəsi müddəti nəzərdə tutulmurdu.

Parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

Çərşənbə, 16 Yanvar 2019 11:50

Amerikanın azərbaycanlı çempionu… – FOTOLAR

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Ruhən sağlam olan haraya getsə, hansı ölkədə olsa belə nüfuz sahibi, dəyərli insan olacaq…

Elə də yaşı yoxdur, vur-tut 26 yaşı var. Amma bu qısa zaman kəsiyində çox böyük yol keçib, əziyyətə qatlaşıb, çətinliklərə sinə gərib, uğurlara imza atıb. Adıyla bərabər döğma Azərbaycanın da adını zirvələrə ucaldıb, bayrağına bürünüb onu amerikalılara, dünyaya tanıtmağa çalışıb…

İdmançı əzmkarlığı ilə ruhdan düşmədən qələbəyə can atan bu soydaşımız 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb…

Haqqında söhbət açdığım Elgün Xanoğlanlı Nyu York şəhərində yaşayır. “Bruklin MMA” idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir…

Elgün gənc olduğundan tərcümeyi-halı elə də uzun deyil. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub…

2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda “Şüa” idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.
2012-ci ildə ordudan təxris olunduqdan sonra “Budo döyüş növləri federasiyası”nın dəvəti ilə orada məşqlərə başlayıb. Tezliklə MMA döyüş növü üzrə Moldovada keçirilən Avropa çempionatında 60 kq çəki üzrə yarışın qalibi olub, Avropa çempionu adına layiq görülüb. 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə dünya çempionu tituluna yiyələnib. Vətəndə yaşadığı illərdə dünyanın bir sıra ölkələrində- İtalya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kipr Azərbaycanı ləyaqətlə təmsil edib…

2015-ci ildə Şimali Kiprdə keçirilən yarışda ən yüksək pilləyə qalxaraq Dünya kubokuna sahib çıxıb.
ABŞ-a gələndən sonra isə daha əzmkarlıqla məşqləri davam etdirir. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq Amerika çempionu titulunu əldə edib…

Bu şən, gülərüz, həm də sağlam düşüncəsiylə adamı özünə məftun edən gənc soydaşımızla tanışlığımıza çox sevindim. Onunla eyni xalqın oğlu olduğumuzdan qürur hissi keçirdim. Bəli, idmançılar dünyanın ən xoşbəxt insanlarıdır. Təmsil etdikləri ölkənin bayrağını yüksəltməyə daha çox şansları var…

…Deyir ki, çoxları Amerikaya qazanc, rahat həyat dalıyca gəliblər: “Səhərdən axşamadək işləmək, çox pul qazanmaq istəyirlər. Mənim məqsədim, daha çox məşq etmək, yarışlarda zəfər qazanmaqdır. Ən böyük arzum isə, dünyanın ən güclü idmançılarının daxil olduğu UFC təşkilatına ilk azərbaycanlı kimi üzv olmaqdan ibarətdir. Azərbaycan bayrağının zirvələrə yüksəlməsi üçün bütün ömrümü qurban verməyə hazıram”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

 
 
 
 
 

 594 total views, 594 views today

 
Çərşənbə axşamı, 15 Yanvar 2019 11:02

Avropa Şurası jurnalistlərə qarşı hücumları pislədi

Yazan

Avropa Şurası (AŞ) Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.

Avropa Şurasının baş katibi Törbyorn Yaqland Fransada “sarı jiletlilər”in aksiyaları zamanı son həftələr jurnalislərin iş şəraitinin pisləşməkdə davam etdiyini bildirib.

O, peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə qarşı təhdidləri və hücumları qəti surətdə pisləyib.

“Öz peşəsini yerinə yetirən jurnalistlərə hücum etmək demokratiyaya hücum etmək deməkdir. Azad şəkildə sözünü demək, aksiya keçirmək hüququna malik olmaq bu cür zorakılıq və nifrətin aşıb-daşması üçün bəhanə ola bilməz”, – deyə o bildirib.

Daha əvvəl Avropa Şurasının baş katibi vəzifəsinə namizədliyin irəli sürülməsinin müddəti başa çatıb.(Report)

Çərşənbə axşamı, 15 Yanvar 2019 11:01

Pele “yeni Pele”ni tapdı

Üçqat dünya çempionu olan braziliyalı Pele bəyan edib ki, fransalı Kilian Mbappe “yeni Pele” ola bilər.

Sabiq hücumçu bu fikirlərini “France Football” nəşrinə müsahibəsində deyib.

Pelenin sözlərinə görə, ilk dünya çempionluğunu 17 yaşında yazanıb, Mbappe isə dünya çempionu olan zaman 19 yaşında olub.

 

“O, demək olar ki, mənimlə bərabərləşib. Düşünürəm ki, o, “yeni Pele” ola bilər”, – braziliyalı bildirib və qeyd edib ki, bunu zarafatla demir.

Mbappe Fransa yığmasının tərkibində 2018-ci ildə mundialın qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib. O, Xorvatiya ilə finalda qol vuraraq, həlledici oyunlarda qol vuran ən gənc futbolçular siyahısında ikinci olub. Birinci yeri 1958-ci ildə 17 yaşında final qarşılaşmasında qol vuran Pele tutur. (Oxu.Az)

Çərşənbə axşamı, 15 Yanvar 2019 10:59

Tramp ; Türkiyə prezidenti Ərdoğanla danışdım…

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonda görüşməsinə dair tvit atıb.

Tramp Ərdoğanla Yaxın Şərqdəki hadisələr və iqtisadi məsələlər haqqında müzakirələr apardığını deyib.

“İŞİD-in qalıqlarına qarşı son iki həftədir apardığımız uğurlu mübarizə və 32 kilometrlik təhlükəsiz bölgənin qurulması da daxil olmaqla, bütün aidiyyatı məsələlər haqqında mövqeyimizi bildirmək üçün Türkiyə prezidenti Ərdoğanla danışdım. Ayrıca, ABŞ və Türkiyə arasındakı iqtisadi münasibətlərdə irəliləyişlər haqqında da danışdıq. Burada həqiqətən də, böyümə üçün böyük bir potensial var”, – Tramp bildirib.

Zümrüd