SİYASƏT

Professor, bolqar genetik, onlarla kitabın müəllifi və bütün dünya üzrə – 63 ölkənin 200 universitetində mühazirələr oxuyuan Uilyam Memerski əmin edir ki, insan xəstəliklərinin yaranmasının 66 faizi seçdiyi qidalardan asılıdır.

Xeberlenti.com  Publika.az-a  istinadən professorun insan sağlamlığı haqqında açıqladığı maraqlı faktları təqdim edir.

Qocalma prosesi haqqında

Qocalıq təbii proses deyil. Bir çox alimlərin fikrincə, bu xəstəlikdir və biz özümüz öz qeyri-sağlam qida vərdişlərimizlə onu sürətləndiririk. Dünyada insanların 70% -i məhz düzgün qidalanmadığı üçün ölür. Bəşəriyyətin bəlası olan podaqra xəstəliyi, insult, infarkt, diabet, xərçəngin müxtəlif növləri kimi xəstəliklərin yaranma səbəbi yediyimiz zərərli məhsullardır.

Faydalı qidalar qocalma prosesini ləngidirmi?

Sadə qidalanma qaydalarına əməl etməklə dəri və orqanları gənc saxlamaq mümkündür. Başlıcası ifrata varmaq olmaz. Professor iddia edir ki, tərəvəz, meyvə, yoqurt, süd, şərab yaşlanmanı gecikdirir. Lakin şərab təbii olmalı və az istifadə edilməlidir. Məsələn, Fransada əti qırmızı şərabla yumşaltmaq ənənəsi var. Bunun sayəsində fransızlar daha sağlam və gümrah qalır.

İlk yerdə təbii yoqurt dayanır. Quru südlə mayalanmış qatığın heç bir müalicəvi effekti yoxdur. Təbii qatıq daha yaxşı həzm olunan qidadır. O, mədə və yoğun bağırsaq xərçəng xəstəliyinin qarşısını alır, osteoporozin inkişafını dayandırır.

Arıqlamaq və bədənin təmizlənməsinin ən təsirli üsulu

500 q təbii qatığa 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı darçın və 40 damcı 30% -i arı propolisi (propolis – arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır) töküb qarışdırın. Deserti faydalı ərzaqlarla müxtəlifləşdirmək olar. Ona qaragilə, banan, çiyələk və qoz ləpəsi əlavə edə bilərsiniz.

Bu ləziz təamı səhər axşam yeməyi kimi yemək olar. 20 gün ərzində hər 2 saatda 2 qaşıq bu desertdən yesəniz, görərsiniz ki, beliniz incəlib, saçlarınız parlaq olub, orqanizmin ümumi vəziyyəti isə yaxşılaşıb.

Gözəllik üçün təbii vitaminlər

Gözəllik üçün ən yaxşı vitaminlər kök və sarımsağın tərkibindədir. Azərbaycanda keçirilən eksperimentlər də göstərib ki, sarımsaq sehrli xüsusiyyətlərə malikdir. Çirkli və xəstəlik törədən mikroblarla dolu olan bir stəkan suyu sarımsaq əlavə edilmiş bir stəkan su ilə yanaşı qoyublar. Bir neçə saat sonra mikroblardan əsər-əlamət olmayıb. Sarımsaq öz qoxusu ilə onları hətta uzaqdan məhv edib!

Propolis də oxşar xüsusiyyətlərə malikdir. O, qrip viruslarını öldürür, qastrit, kolit və bakteriyalarla mübarizə aparır, xərçəngin profilaktikası üçün də əla vasitədir. Bunun üçün gündə 50 ml suya 20-30 damcı arı propolisi əlavə edib 2 dəfə içmək kifayətdir.

Saçların, dırnaqların və dərinin gənc görünməsi üçün aşağıdakı maskanı hazırlaya bilərsiniz.

Şüşə qabda eyni miqdarda bal, qoz ləpəsi, kişmiş, qaysı qurusu, limon suyunu əlavə edin və gündə 3 dəfə qəbul edin.

Zəhərli məhsullar

Dünyada məhsullara xoş iy və dad verən 200-dən artıq kimyəvi maddə yaradılıb. Artıq müəyyən edilib ki, bu maddələr zənginləşdirilmiş şəkildə ölümə səbəb ola bilər. Odur ki, aldığınız məhsulların üzərindəki ən xırda mətni belə diqqətlə oxuyun, çünki zərərli komponentlər ədətən oraya köçürülür. Sintetik əlavələr, natrium nitrat və nitrit natrium gəncliyin və sağlamlığın ən geniş yayılmış qatillərindən biridir. Bu maddələri ətin köhnəlməməsi üçün konservalarda istifadə edirlər. Adlarını çəkdiyimiz maddələr bir qaya olaraq kolbasa, sosiska, bekon, vetçina və balıq konservilərinin tərkibində çox olur.

Olduqca təhlükəli konservantlara butilat hidroksituol və bulilat hidrosianizol aiddir. Onlar çipsi hazırlanmasında yağların acılığının qarşını almaq məqsədilə istifadə edilir. Onu həmçinin hazır tortlar, saqqız, makaron və digər məhsulların istifadə müddətini və təravətini qoruyub saxlamaq üçün istifadə olunur. Ən dəhşətlisi isə bu məhsulları uşaqların daha çox sevməsidir. Onların xərçəng və allergiya yaratması riski çox yüksəkdir.

Hazır şirələr də uşaqlar üçün təhlükə mənbəyidir. Onlarda bromin bitki yağı qatılır. Bu maddə sitrus şirələrinin xarab olmasının qarşısını alır. Lakin bu yağ insan orqanizmi üçün əsl zəhərdir. Odur ki, öz əlinizlə sıxdığınız şirələr için.

Duzlu və şirin məhsullar özünüz üçün tabut hazırlamağa bərabərdir!

XX əsrin əvvəllərində insanlar indiki dövrlə müqayisədə 5 dəfə az şəkər istifadə edirdilər. Şəkər insan üçün ən dəhşətli ağ lənətdir. O, ürəyə, böyrəklərə və mədəyə böyük ölçüdə ziyan vurur. Odur ki, qazlı içkilər və limonadları unudun.

Böyük miqdarda duz qəbulu yüksək qan təzyiqinə gətirib çıxarır. Ac qarına qəlyanaltı etmək xüsusilə təhlükəlidir. Sağlam və gümrah bədənə sahib olmaq istəyirsinizsə, mikrodalğalı sobada qızardılmış popkorn, çipsi kimi məhsullardan uzaq olun.

Professor Uilyam Memerskidən uzunömürlülük resepti

Çox kalorili məhsullar yeməyin.

Hər gün bir alma yeyin.

Donmuş su və bitki çayları için.

Aktiv və hərəkətli olun.

Hər gün duş qəbul edin.

Sərin otaqda yatın.

İstirahət günlərində piyada gəzin və velosiped sürün.

Özünüzü sizi sevən dostlarla əhatə edin, seksdən imtina etməyin və çoxlu gülün.

Heç vaxt düşünməyin və deməyin ki, siz yaşlanırsınız.

Aytən

Şimali Kipr türklərinin müstəqillik mübarizəsinin lideri, bu ölkənin birinci prezidenti Rauf Denktaşın vəfatının yeddinci ili qeyd edilir.

Bu məqsədlə Şimali Kipr Türk Cümhuriyyətində anım törəni keçirilib.

Ölkənin sabiq prezidenti Mehmet Əli Talat Denktaşı Kipr türklərinin öndə gedən lideri adlandırıb, onun türk xalqının mübarizəsinə damğa vurduğunu xatırladıb:

“Biz Rauf Denktaşla eyni siyasi düşərgədə deyildik, fərqli mövqelərdən çıxış edirdik. Ancaq hər zaman etibarlı münasibətimiz olub. Rauf Denktaş sayğı duyulacaq, güvəniləcək şəxsiyyət idi”.

Digər sabiq prezidenti Dərviş Eroğlu isə deyib ki, Rauf Denktaşla çox yaxından işləmə fürsəti olub:

“Denktaşla 1975-ci ildə Kipr Türk Federal Dövlət quruluşundan sonra çoxpartiyalı parlamentar sistemə keçildiyi zaman Milli Birlik Partiyasında birgə fəaliyyət göstərmişəm. Bu partiyanı Rauf Denktaş qurmuşdu və bizim sona qədər çox yaxın əlaqələrimiz davam edib. Siyasətdə bəzən rəqib olduq, ancaq Denktaşın qurduğu partiya hələ də fəaliyyətini davam etdirir və mən bu partiyanın sədriyəm. Sonradan onun oğlu ilə münasibətlərimiz dəyişdi. Buna baxmayaraq, öldüyü günə qədər Denktaşla birlikdə olduq. Son nəfəsində də onun yanında idim. Rauf Denktaşa olan sevgi və hörmətin nə dərəcədə böyük olduğunu ifadə etməyə ehtiyac yoxdur”.

Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin maliyyə naziri olan Sərdar Denktaş isə atası Rauf Debkltaşın mübarizə adamı olduğunu deyib:

“Atam milli mübarizədə 6 övladından 3-nü itirdi. Rauf Denktaş o ağır dövrlərdə Kipr türklərinin mübarizəsini dördəlli dəstəkləyib, bu mübarizəni son nəfəsinə qədər davam etdirdi”.(Teleqraf.com)

Yanvar ayından başlayaraq, “İran AİR” şirkəti Təbriz-Bakı-Təbriz istiqamətində uçuşlar həyata keçirməyə başlayıb.

Reyslər həftənin 1-ci və 4-cü günləri həyata keçirilir. Təyyarə yerli vaxtla səhər saat 09:40 Təbrizdən Bakıya uçur və həmin gün 19:50-də Bakıdan Təbrizə qayıdır.

Birtərəfli biletin qiyməti 115, ikitərəfli isə 215 manatdır.

Reyslər ATR tipli təyyarələrlə yerinə yetirilir.(Axar.az)

Bu gün milli kino sənətimizin bənzərsiz simalarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 99-cu ildönümüdür.

 Leyla Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb.

Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur aktrisası sənətdə ilk addımlarını rəqslə atıb. Onun Azərbaycan Dövlət Filarmoniyasından başlayan sənət yolu 1941-ci ildən  Dövlət Akademik Milli Dram Teatrında  davam edir.

 

1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Bu film SSRİ-də, həmçinin, 50-dən artıq xarici ölkədə şöhrət tapır. Deyilənə görə, o zaman Sovet  İttifaqına rəhbərlik edən Stalin Leyla Bədirbəylinin gözəlliyinə heyran olur və onu “Azərbaycan gözəli” adlandırır.

İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən, “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb. Leyla Bədirbəli sağlığında xalqın diqqət və sevgisini qazanmış, dövlət tərəfindən yetərli qayğı ilə əhatə olunmuş sənətkarlardan idi.

“Azərbaycan gözəli” 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

 

Картинки по запросу leyla bədirbəyliКартинки по запросу leyla bədirbəyli

 

 

 

Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni bir beynəlxalq jurnalist təşkilatı qurulub.

 

Pressinfo.az  Xeberlenti.com -a istinadən  xəbər verir ki, “Anadolu Mediası Gücbirliyi Platformu” (AGP) sədri və “DİM Media”nın İdarə Heyətinin sədri Mehmet Ali  təşkilatın qurudu sədri, jurnalist Yavuz Donat  isə  fəxri sədri olub.

Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri  xarici işlər naziri Mövlud Çavuşoğlunu ziyarət ediblər.

 

Təşkilat yaxın vaxtlarda Avropada, Amerikada, MDB məkanında da fəaliyyət göstərəcək və böyük işlər ortaya qoyacaq.

Azərbaycandan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında yer alır.

 

Digər qurucular isə bunlardır:

“DİM” və “Sabah” yazarı, duayen jurnalist Yavuz Donat, DHA (Demirören Haber Agentliyi) direktoru Salih Zeki Sarıdanişment, “Sabah”ın Ankara təmsilçisi Osman Altınışık, “Habertürk”ün Ankara Təmsilçisi Bülent Aydemir, “Akit” Ankara Təmsilçisi Hacı Yakışıklı, TRT Dairə sədri Amber Türkmen, “Milliyet”in İdman Müdiri Tayfun Bayındır, DHA Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) təmsilçisi Sefa Karahasan, Kayseri Qəzetçilər Cəmiyyəti başqanı Veli Altınkaya, Trakya Qəzetçilər Cəmiyyətinin eks sədri Lütfü Karakaş, “Anadolu” Agentliyinin veteran bölgə müdiri, Samsun 19 May Qəzetçilər Cəmiyyəti başqanı Yusuf Ziya Çakır, “TRT”-nin eks Nyu York təmsilçisi, Türkiyə Xarici İşlər Nazirliyinin eks mətbuat məsləhətçisi, İstanbul Texniki Üniversitetinin rektor məsləhətçisi Kahraman Halis Çelik, BR TV İdarə Heyətinin sədri Mehmet Çetinkaya, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini və DHA London təmsilçisi Aynur Tattersall.

 

Qurucu üzvlərlə söhbət edən nazir Çavuşoğlu “Ziyarət etdiyiniz üçün təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram” deyib.

Çavuşoğlu, bu təşkilata dəstək verəcəyinə də söz verdi.

 

Ziyarətlə bağlı danışan Mehmet Ali Dim deyib: “Ankarada xarici işlər nazirimiz Mövlud Çavuşoğlunu ziyarət edərək beynəlxalq miqyasda yeni təşkilatımız barədə məlumatlandırdı”.

 

Qeyd olunub ki, bu günə qədər Türkiyədə qurulan  beynəlxalq jurnalist təşkilatlarında İstanbul mediası təmsil olunmurdu. Amma bu təşkilat həm yerli media, həm xarici media birlikdə dünyanın ən böyük jurnalist təşkilatı olmağı hədəfləyib.

 

Yeni jurnalist təşkilatına  KGK, Yaygın media, yerli media və xarici media iclasları da daxil olacaq.

 

Bazar ertəsi, 07 Yanvar 2019 16:10

“Qara qızıl” bahalaşıb

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti üç faiz bahalaşıb.

 Bakı vaxtı ilə saat 14:20-yə olan göstəricilərə görə Şimal dənizi neft qatışığının bir barelinin qiyməti 58,77 dollara qalxıb.  

WTI markalı neftin fevral fyuçersləri (sövdələşmələri) üzrə qiyməti isə 2,81% qalxaraq, 49,31 dollar təşkil edib.

Doqquz yaşlı uşaq bank hesabındakı pullarla kasıblara ev tikdi.  
 
Doqquz yaşlı Nathan Simons tez-tez atasıyla “Youtube” kanalında xeyriyyə məqsədi ilə çəkilən videoları izləyib. Baxdığı videolar onu təsirləndirdiyindən bir gün atasına yaxınlaşaraq bank hesabındakı pulları çıxarmaq istədiyini bildirib.  Atası səbəbini soruşanda o, bildirib ki, evsiz insanlara ev tikmək niyyətinədir.  
 
Bundan sonra ata oğlunu da götürərək banka gedir və hesabındakı pulları çıxarırlar. Siyahı hazırlayıb ev tikmək üçün lazım olan məbləği həmin ailələrə təqdim ediblər.
 
Vasif Əlihüseyn
Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Onların arasında 2 yaşlı uşaq da var.
 
Qeyd olunur ki, daha 10 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlara lazımi yarım göstərilir. Yaralananlar Bakı sakinləridir.
 
Stavropol diyarının yol polisinin verdiyi məlumata görə, mikroavtobus sürücüsnün idarəetməni itirməsi nəticəsində aşıb.(modern)

Aktrisa Dəniz Çakırın getdiyi bir kafedə hicablı qadınları təhqir etdiyi haqda iddialar yayılıb.

Oxu.Az  xəbər verir ki, aktrisa həmin an sərxoş olub.

Çakır yanındakı stolda oturan 6 hicablı qadına “Bura ərəbistandır? Nə gəzirsiniz burada”, sözlərini deyib.

 

Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama verib.

Lakin artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.

Sadə, eyni zamanda zadəganlara xas olan mədəni davranışı ilə çox ürəkləri fəth edib. Bu nəcib, əsilzadə xanımın Azərbaycan xalqı qarşısında xidmətlərini nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən. Görəsən, onun qədər Azərbaycanı ABŞ-da təbliğ edən ikinci bir insan varmı?.. 
 
O, Azərbaycan qadının qəhrəmanlıq obrazları Nigar, Həcər qədər məhəbbətə, ehtirama layiqdir. Bu insan bütün varlığı ilə Azərbaycana bağlıdır. Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayır. Maraqlısı da odur ki, onun boynunda Azərbaycanın heç bir haqqı yoxdur. ABŞ-da doğulub, burada boya-başa çatıb…
 
Haqqında söhbət açdığım insan - Tomris Azəridir. İkinci nəsil amerikalı azərbaycanlılardandır. O, 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub. Və bu necə baş verib qısa xronikada:
 
Atası Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan Difai təşkilatının üzvü olub. 1917-ci ildə isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasına üzv seçilib. 1917-ci ilin may ayında üzvü olduğu partiya Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat partiyası adını alıb. O, həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsinə təyin olunub…
 
1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan Nağı bəy Şeyxzamanlı bir müddət Türkiyədə, sonra Almaniyada, sonda isə ABŞ-da yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan Nağı bəy Şeyxzamanlının 1957-ci ildə "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev", 1963-cü ildə "Dərdləşmə" və 1964-cü ildə "Azərbaycan istiqlal mücadiləsi xatirləri" adlı kitabları İstanbulda çapdan çıxıb. 1967-ci ildə 84 yaşında ikən ABŞ-da vəfat edib…
 
Tomris xanım Amerika-Azərbaycan Cəmiyyətinin prezidentidir. Rəhbərlik etdiyi təşkilat Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlar ictimaiyyətinə çatdırılmasında böyük işlər görür. O, Azərbaycanın Amerika ictimaiyyətinə tanıdılmasına xidmət edən bir sıra layihələrin müəllifidir. Onun təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Birləşmiş Ştatların siyasi dairələrinə məlumatların çatdırılması üçün kampaniyalar təşkil edilib…
 
Nə vaxtsa Azərbaycandan gətirilmiş kimsəsiz uşaqları övladlığa götürmüş amerikalılarla tez-tez görüşüb həmin uşaqların taleləri ilə maraqlanır. Hər il həmin ailələri bir yerə yığıb tədbirlər keçirir. Onlara Azərbaycandan gətirilən sovqatlar paylanılır. Rəhbərlik etdiyi cəmiyyət təhsildə seçilmiş amerikalı azərbaycanlı tələbələrə təqaüd verir. Bu cəmiyyət Xocalı soyqırımı ilə bağlı müxtəlif səviyyələrdə, eləcə də Kaliforniya Universiteti-Berklidə, Kolumbiya Universitetində, Kapitol Hill-də və s. yerlərdə konfranslar keçirib…
 
Erkən gəncliyindən özünü Azərbaycanın təbliğinə həsr etmiş bu xanımın adam öz doğma anası kimi əllərindən öpüb, qarşısında baş əymək istəyir.
 
Amerikada doğulasan, amerikalıların arasında böyüyüb boya-başa çatasan və bu qədər Azərbaycana bağlı olasan, bu möcüzədir…
 
Hörmətli Tomris xanım, sizə minnətdarlıq etmək üçün söz tapa bilmədim, gücüm yaxın dostum, şair Sakit İlkinin poetik misraları ilə təşəkkürümü bildirməyə çatır:
 
 
Xoş sözün gəlib çatıb,
Dolub qəlbimin çatı…
Sağola gücüm çatır,
Sağ ol, a YAXŞI ADAM!
 
 
Elman Eldaroğlu,
ABŞ, Miçiqan