SİYASƏT
Azərbayanlı qız Lana Atakişiyeva Berlin polisində komissar vəzifəsində çalışır və Almaniyanın “ən çılğın polisi” qeyri-rəsmi tituluna namizəddir.
 
30 yaşlı bakılı qız çox tezliklə Adrienna Kolejara məxsus titulu ələ keçirə bilər. Xanım Kolejar Drezdendə polis əmıkdaşıdır və “İnstagram” səhifəsinin 650 min abunəçisi var.
 
“Adrienna şux qamətini sosial şəbəkələrdə nümayiş etdirməyi xoşlayır və bundan şou düzəldir, - mənbə qeyd edir. – Çimərlikdə bikinidə çəkdirdiyi xeyli şəkil var. O, əsas işini unudaraq, Maldiv adalarında, Dubayda, Floridada, Nyu-Yorkda və Amsterdamda səyahətlərdə olub. Hüquq-mühafizə orqanlarının 34 yaşlı qadın əməkdaşı sərfəli müqavilələr bağlayaraq, kosmetika və avtomobil reklamlarına çəkilib. Bundan əlavə, yerli televiziyada özünün fitnes-şousunu aparmağa başlayıb.
 
 
Lakin 2019-cu ildə hər şey dəyişə bilər. Adrienna elan edib ki, fəal polis xidmətinə qayıdır və bu mənada özünün əsas rəqibi olan Lana Atakişiyeva səddini dəf etməlidir. Bunu bacaracaqmı?
 
15 il ərzində Lana miqrantlıqdan Berlin polisinin komissarına kimi yol qət edib. Özünün “İnstagram”dakı səhifəsində o da bikinidə, qısa paltarlarda seksual fotoşəkilləri ilə bölüşür, həmçinin məşq vaxtı çəkdirdiyi kadrları paylaşır.
 
Hələlik “İnstagram”dakı pərəstişkarlarının sayına görə o, Adrienna Kolejara aşkar uduzur. Hazırda Lananın 52 mindən azca çox abunəçisi var. Lakin bu cür cazibədar zahiri görünüşü ilə azərbaycanlı qız tez bir zamanda məşhurlaşa və Almaniyada ən çılğın polis qadın adına yiyələnə bilər. O, müqaviməti qırmağı bacarır. Bunu keçdiyi yol da sübut edir”.
 
 
Virtualaz.org 15 yaşında anası ilə Berlinə gələn və almanca bir kəlmə də bilməyən Lana Atakişiyeva haqqında yazmışdı.
 
“Məktəbdə şagirdlər mənə istehza edirdilər, - o xatırlayır. – Çox ağlayırdım, lakin hər zaman ailəsini dolandırmaq üçün Bakıda işləyən atamı düşünürdüm. O, yalnız 6 ildən sonra yanımıza gələ bilmişdi.
 
Heç vaxt dostlarıma vaxtım qalmayıb, amma həmişə nə istədiyimi bilmişəm. Mən polis olmaq arzusunda idim, çünki bu dünyada nəyisə dəyişmək istəyirdim”.
 
Lana ailəsinə kömək etmək üçün bir müddət ofisiant işləyib, sonra isə Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub və bu ali məktəbin polis xidməti fakültəsində təhsil alıb. Diplom işinin mövzusu isə “Berlin polisində miqrantlar: motivasiya və sədlər” olub. Azərbaycanlı qızdan bəhs edən Almaniya nəşrləri onu “alman cəmiyyətinə uğurlu inteqrasiya”ya nümunə kimi göstərirlər.
 
Bu gün Lana polis komissarıdır və artıq üç ildir ki, Berlinin Noyköln rayonunun təhlükəsizliyinə cavabdehdir.(virtualaz.org)

Əsən güclü külək nəticəsində Bakı Dairəvi 1-ci avtomobil yolunda, Yeni Yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhə aşıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Aşan lövhə Yeni Yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi 1-ci avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkatına maneə yaradıb.

Dərhal əraziyə AYYDA-nın əməkdaşları cəlb olunublar. Onlar aşan dirəyi aradan qaldıraraq avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin ediblər.

 

 

Cümə, 04 Yanvar 2019 13:05

Qayıq çayda aşdı: 10 ölü

Yazan
Mahandi çayının Hindistanın Odişa ştatından keçən hissəsində qayığın aşması nəticəsində 10 nəfər boğulub.

Onlardan 8-i uşaqdır. Qəzanın 20 nəfərlik qayığa 55 nəfərin minməsi səbəbindən baş verdiyi bildirilib.

Odişa ştatının Baş naziri Nəvin Patnaik ölənlərin ailələrinə 6 min dollaradək yardım ayıracaqlarını, xəsarət alanların isə pulsuz müalicə olunacağını bildirib.

Ayın əks tərəfinin öyrənilməsi məqsədilə Çinin “Çanye-4” süni peyki Aya uğurlu eniş edib. Bu, Ayın əks tərəfinə yumşaq və uğurlu eniş etmiş ilk süni peyk kimi tarixə düşüb.

Bu haqda Çin Mərkəzi telekanalı məlumat yayıb.

Süni peyk artıq Yerə Aydan çəkdiyi ilk şəkilləri də göndərib.

 

 

View image on TwitterView image on TwitterView image on Twitter

Qeyd edək ki, “Çanye-4” stasionar ay stansiyası və roverdən ibarət olan eniş aparatıdır.

Dekabrın 7-də Çinin cənub-qərbində yerləşən Siçan kosmodromundan uğurlu şəkildə havaya buraxılmışdı.

 

 

Cümə, 04 Yanvar 2019 08:44

ABŞ-dan Türkiyəyə "Patriot" təklifi

Yazan
ABŞ Administrasiyası Türkiyəyə “Patriot” raket hücumundan müdafiə sisteminin satışı ilə bağlı təkliflər irəli sürüb.
 
“Anadolu” xəbər verir ki, Türkiyə ön şərt olaraq Rusiyadan tədarük edəcəyi “S-400”lə bağlı sövdələşmənin ləğv ediməsinə qarşı çıxıb.
Məlumata əsasən, ABŞ-dan Türkiyəyə səfər edən nümayəndə heyəti Ankarada Müdafiə Sənayesi, Xarici İşlər və Müdafiə nazirliklərində görüşlər keçirir.
Həmin görüşlərdə ABŞ-ın təklifi Türkiyəyə təqdim edilib. Ankara ABŞ-dan sistemin qiyməti ilə yanaşı, texnologiya sahəsində də cəlbedici təkliflərin təqdim olunmasını tələb edib.
Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq. Kremldən bildirilib ki, ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək.
Cümə axşamı, 03 Yanvar 2019 18:59

Yeni avtomobil yoluna ad verilib – FOTO

Yazan

Bakının Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yoluna ad verilib.

Həmin yol “Böyükşor” adlandırılıb.

Küçəyə də eyni ad verilib. Küçənin adını göstərən lövhələrin quraşdırılması işlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

 

Qeyd edək ki, 2018-ci il dekabrın 28-də istifadəyə verilən yol Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğundakı bəndin üzərindən keçir. Yeni yol dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yol boyu 16 yol nişanı quraşdırılıb.

Yolun əvvəlində və sonunda uzunluqları 320 və 274 metr olan iki tunel də inşa edilib. Tunellərin hərəkət hissəsinin eni 28 metrdir. Tikinti işləri çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar da tikilib. Yol boyunca müasir işıqlandırma sistemi qurulub, dörd avtobus dayanacağı quraşdırılıb.

Yeni avtomobil yolunun inşası nəticəsində sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri “20 Yanvar” dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu ilə Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Göradil, Pirşağı qəsəbələrinə rahat hərəkət edəcək.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə bu istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq.

Bundan başqa, həmin qəsəbələrin sakinlərinə Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq.(Oxu.Az)

Cümə axşamı, 03 Yanvar 2019 13:46

Prezident açılışda

Yazan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.
Dövlət başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lenti kəsib.
Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.
Əmlak Xidmətləri Məkanında 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid hüquqmüəyyənedici mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsi də var. Binada kafe, kitabaxana, uşaq oyun sahəsi də yaradılıb.
 
Cümə axşamı, 03 Yanvar 2019 13:41

12 ildən sonra qızlarının qisasını aldı

Yazan
2008-ci ildə törədilmiş cinayətin qisası indi alınıb.
 
“Mirror” nəşri xəbər verir ki, 11 il 6 aylıq həbs cəzasına məhkum olunmuş 45 yaşlı keşiş Cuzeppe Matarazzo azadlığa çıxdıqdan 1 ay sonra beş güllə yarası alaraq qətlə yetirilib.
Mənbəyə görə, 2008-ci ildə keşiş iki yeniyetmə bacını zorlayıb. Hadisədən bir neçə gün sonra bacılardan biri – 15 yaşlı qız özünü ağacdan asaraq intihar edib.
Zorlanmış qızların atası keşişin öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.
Cümə axşamı, 03 Yanvar 2019 13:31

Bakıda bu yol yenə çökdü - Rəsmi AÇIQLAMA

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bakının Nobel prospektində çökən yolla bağlı araşdırmalara başlayıb.
 
Pressinfo.az  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
O bildirib ki, həmin ərazidə baş vermiş çökmə su və kanalizasiya xətləri ilə bağlı deyil: "Yolun çökməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil. Hal-hazırda bizim iki qrupdan ibarət mütəxəssislərimiz orada işləyirlər. Onlardan biri georadar qrupudur. Həmin qrup torpağın altında yeraltı suların səviyyəsini və qruntun tərkibini öyrənməklə məşğuldur.
 
İkinci qrup isə orada torpağın 24 metr dərinliyindən keçən "Sahil" kollektorunun quyusuna daxil olub həmin quyunu inyeksiya edirlər ki, kənardan qrunt suları həmin quyuya daxil olmasın. Çünki qrunt suları kənardan suya daxil olanda özü ilə torpağı yuyub gətirir və torpağın da yuyulması hesabına çökmələr yarana bilər. Bunlar da, sadəcə, ehtimaldır. Bizim mütəxəssislər Nobel prospektindən keçən su və kanalizasiya xətlərini yoxlayıblar və heç bir axıntı müşahidə olunmayıb. Əksinə, kənardan qrunt sularının bizim kollektora axıntısı var ki, bunun da hesabına ərazidəki torpağın çökməsi ola bilər".
 
Xatırladaq ki, ötən ay paytaxtın Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı yolda çökmə hadisəsi baş verib. Hadisəyə su sızmasının səbəb olması bildirilirdi.
 
Qeyd edək ki, Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun qarşısında yaranan çökmə 2014-cü ildə də baş vermişdi. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çökmüşdü.

BMT üzv ölkələr üçün yeni üzvlük haqları cədvəlini təsdiq edib. Cədvələ əsasən üzvlük haqlarının miqdarı artıb.

AZƏRTAC xəbər verir ki, yeni plana əsasən ən çox üzvlük haqqı BMT-nin ümumi xərclərinin 22 faizi, ən aşağı həddi isə 0,01 faizi həcmində müəyyən edilib. Amerika Birləşmiş Ştatları 22 faizlik üzvlük haqqını ödəyəcək yeganə ölkə olacaq.

Siyahıda sonrakı yerləri 12,005 faizlə Çin Xalq Respublikası, 8,564 faizlə Yaponiya, 7 faizlə Almaniya və 4,427 faizlə Fransa tutur.

Rusiyanın ödəyəcəyi məbləğ BMT-nin ümumi xərclərinin 2,405 faizini təşkil edəcək. Qazaxıstan 0,187 faizlə siyahıda ilk onluqdadır.

Azərbaycan BMT büdcəsinin 0,049 faizi qədər üzvlük haqqı ödəyəcək.

Gürcüstan (0,008 faiz) və Ermənistan (0,007 faiz) siyahıda sonuncu yerləri tuturlar.

Beləliklə, Gürcüstan və Ermənistan BMT-nin ən yoxsul ölkələri siyahısında yer alıblar.