
SOSİAL (93)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
“Dərhal göstəriş verdim ki, bütün hasarlar sökülsün” - Prezident
“Bentley Füzuli” vəfat etdi
Azərbaycanda daha 602 nəfər koronavirusdan sağaldı - SON DƏQİQƏ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan REAL-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 30050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7296 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 683548-ə çatıb.
real.tv
Azərbaycanlılar Los-Ancellesdə ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib.
Pressinfo.az Demokrat.az a-istinadan verdiyi məlumata görə
Azərbaycanlılar Los-Ancellesdə ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib.
Irina Sklyarenko Los-Ancelesdə yaşayır. Azərbaycanlılar ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib. Erməni tərəfindən ciddi xəsarət alan azərbaycanlını xəstəxanaya aparıb sığorta xərclərini ödəyib. Düzdü daha sonra başqa bir soydaşımız onun borcunu qaytarıb.
İrina o meydana sadəcə dost olduğu üçün gəlib. Hamı kimi şüar səsləndirib. Axıra kimi də vəhşi erməni kütləsinin qarşısında tab gətirib. 50 nəfər azərbaycanlıya 3000 vəhşi erməni ordusu hücum edəndə bizim yanımızda olub.
Xahiş edirik, bu qəşəng qıza sevginizi bildirin.
Qeyd edək ki, Los-Ancelesdə yaşayan erməni daşnakları 21 iyulda Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq, ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar.
Ermənilərin fitnəkarlığı nəticəsində biri qadın olmaqla, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlardan dördü xəstəxanaya aparılıb.(365.az)




Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı - RƏSMİ
Bu gündən - İyulun 27-dən xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın (avtobusların) fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Pressinfo.az Panoram.az a-istinadan verdiyi məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Məhdudiyyət iki günlük tətbiq olunur.
Ətraflı
Yeni Təhsil Naziri-Emin Əmrullayev
Pressinfo.az Sfera.aza istinadan verdiyi məlumata görə, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu posta təyinat alıb.
Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.
Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.
Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.
Bu gunk təyinatına qədər Təhsil İnstitutunun direktoru kimi fəaliyyət göstərən Emin Əmrullayevin Təhsil Naziri kimi də ümidləri doğruldacağını düşünürük.