Cümə, 18 Yanvar 2019 09:49

Hava şəraiti nə vaxt normallaşacaq?

Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Bu səbəbdən dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın hərarəti daha da enəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yanvarın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və mülayimləşəcəyi gözlənilir.

“19-21 yanvar aralığında havanın hərarəti tədricən iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək. Xəzər dənizində isə yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək. Dəniz akvatoriyasında xəbərdarlıq öz qüvvəsində qalacaq”.

 

 
Oxu 38 dəfə