Bazar ertəsi, 27 İyul 2020 14:25

Azərbaycanda daha 602 nəfər koronavirusdan sağaldı - SON DƏQİQƏ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REAL-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7296  test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 683548-ə çatıb.

real.tv

Oxu 317 dəfə