Bazar ertəsi, 31 May 2021 11:19

7 aydan sonra fəaliyyətə başlayan Bakı metrosu

 

Ötən ilin oktyabrından fəaliyyətsiz qalan Bakı metropoliteni bu gün səhər saat 06:00-dan öz qapılarını sərnişinlərin üzünə açıb.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.
Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Oxu 13 dəfə Son redaktə Cümə, 04 İyun 2021 17:17