Cümə axşamı, 30 Dekabr 2021 10:09

AHİK tərəfindən şəhid ailələrinə bayram sovqatları paylanılıb və maddi yardım göstərilib Xüsusi

Şəhid və qazı ailələrinə dəstək göstərilməsindəhəmişə Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün dövlət və ictimai qurumlar ehtiyacı olan qazilərə, şəhid ailələrinə lazımi köməklik göstərirlər.

Azərbaycan həmkarlar ittifaqları dabu nəcib missiyadadaim yaxından iştirak edir.

Dekabrın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhidlərimizin - Sədi Süleyman oğlu Musayev, Elbrus Səmrəddin oğlu Əhmədov, Fuad Murad oğlu İsmayılov, Arif Firuz oğlu Abbasov, Tural Ələmdar oğlu Əsgərli Röya Fərmayil oğlu Ələkbərovun ailəsinə baş çəkib, bayramlarını təbrik ediblər.Onlara bayram sovqatları paylanılıb və maddi yardım göstərilib.

Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarınıbildirib və buna görəhər kəsə təşəkkür ediblər.

 AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi