Türkiyə Prezidenti: Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb
Yazan Super UserQara dəniz Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə sazişin bundan sonra da problemsiz fəaliyyət göstərməsi üçün səylərini davam etdirəcək.
Ərdoğan, həmçinin əlavə edib ki, Rusiya tərəfi Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin oradan çıxması üçün əngəl olmayacağını bildirib.
Müşfiq qəsəbəsində vətandaşların yolunu bağlayan kimlərdir?-VİDEO


Ölkəmizin gənc Bəstəkarı, bir neçə Xalq artistlərinə, əməkdar artistlərə mahnı bəstələyən sənəti qocaman yaşı gənc Bəstəkar & Müğənni Sözləri : Zahir Abbas Musiqi : Arif Səlimov. "O MƏNƏM" mahnısı böyük alqışlar və sevilən tamaşaçı rəğbəti qazandı. Gənc müğənni Damla xanıma məşhurluq və uğurlar bəxş etdi.Qardaş ölkə Türkiyədə tanınmış müğənni Bülent Yiğit və Türkmənistanda məşhur müğənni Amali xanım tərəfindən
Məqaləni hazırladı : Atif Arifoğlu
“Nəşəmi oğurlamısan!” – İsmayıllıda narko-fermerin təhdid etdiyi şəxs intihar edib *
“Nəşəmi oğurlamısan!” – İsmayıllıda narko-fermerin təhdid etdiyi şəxs intihar edib
*
Biz azərbaycanlıların bir yaxşı xüsusiyyətimiz var ki, daha doğrusu, çoxsaylı yaxşı xüsusiyyətlərimizdən biri də budur ki, optimist millətik. Xoş günümüzdə deyirik: “pis günümüz elə belə olsun”. Pis gündə də deyirik: “Allah daha bedtərindən qorusun”. Yaxınını itirənə başsağlığı verəndə deyirik: “axır qəminiz olsun”.
Olsun, həmin şəxsə bir anlıq, bir günlük təsəlli veririk. Əgər bəla necə deyərlər, elnən gələn bəladırsa, dərdə düşən adam tez ovunur, yəni, vəziyyətlə tez barışır. Amma bir də var, adama faciəni hansısa təbii fəlakət, sağalmaz xəstəlik, bədbəxt hadisə deyil, konkret günah sahibləri, cinayətkarlar yaşadıb. Bax onda dərd yiyəsinə təsəlli vermək, başsağlığı vermək azlıq edir, o, cəmiyyətdən daha çoxunu umur. Özü də haqlı olaraq istəyir ki, halına acıyan insanlar cinayətkarın məsuliyyətə cəlb olunmasına da köməklik etsinlər, caninin tapılması və cəzalandırılması ilə məşğul olan hüquq-mühafizə və cinayət təqibi orqanlarına ictimai qınaq yolu ilə təzyiq göstərsinlər, əzizinin qanı yerdə qalmasın. Bu yerdə məşhur bir misra yadıma düşür: “”Can, ay qardaş” söyləməyə nə var ki?! Bax, o canın özü olmaq gərəkdi”.
“Pressinfo.az” saytının redaksiyasına ərizə ilə müraciət edən İsmayıllı rayonunun Basqal qəsəbəsi sakini Mirzəyeva Mehbarə Söbət qızı hazırda İnsanlığın tanıdığı dərdlərin ən böyüyünü yaşayan anadır. 38 yaşlı oğlu Mirzəyev Elvin Mehrab oğlunun tanıdıqları şəxs tərəfindən hədə-qorxu yolu ilə intihar həddinə çatdırıldığını və intihar etdiyini bildirmiş, məsələ ilə bağlı istintaqın gedişindən narazı qaldığını və bu işin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
Ərizədən oxuyuruq:
“Məlum edirəm ki, 24 noyabr 2022-ci il tarixdə gündüz saat 12:00 – 12:15 radələrində həyat yoldaşımın telefonuna oğlumun telefonundan zəng gəlmiş, lakin zəng edən şəxs oğlum deyil, qonşumuz Əhmədov Elnur Rəfail oğlu olmuşdur. Oğluma məxsus telefon cihazını guya öz həyətindəki ağacların dibindən tapdığını deyən Elnur hədə-qorxu tonu ilə bildirmişdir ki, guya oğlum Mirzəyev Elvin Mehrab oğlu onun həyətindən dəyəri 5000 (beş min) manat olan nəşə oğurlayıb, aparıb satıb. Əgər gətirib o pulu çatdırmasa, oğlumu tapıb “deşik-deşik edəcək”. Bundan yarım saat sonra ev telefonumuza zəng gəldi, dəstəyi mən qaldırdım. Həmin şəxs yenə oğlumun yerini soruşdu, əsəbi danışdı. Bu vaxt evə daxil olan oğlum zəng edən adamın kim olduğunu, nə istədiyini soruşdu. Mən telefonu Elvinə verdim və onlar danışdılar. Bundan sonra oğlum nahar edib evdən getdi, daha iki saat sonra isə onun intihar etdiyi aşkarlandı.
O vaxtdan oğlumun ölüm işinin istintaqının nə yerdə olduğunu bilmirik. Bizə müfəssəl məlumat verən yoxdur. Narahatam ki, uşağımın qanı yerdə qalacaq. Çox üzücüdür ki, həyətində külli miqdarda narkotik bitki əkib-becərən, dəfələrlə bu cinayət məşğuliyyəti üstündə məsuliyyətə cəlb olunan, amma hər dəfə tutulandan qısa müddət sonra sərbəst buraxılan, narkotikdən ötrü kimisə açıqca ölümlə hədələməkdən çəkinməyən, oğlumu intihar həddinə çatdıran bir şəxs azadlıqda gəzir, mənim oğlum isə nahaqdan ölüb gedir.
Oğlumun 38 yaşı vardı, azyaşlı qız uşağı var. Xasiyyəti yaxşı idi, qəsəbəmizin sakinləri, Elvini tanıyanlar bunu təsdiqləyə billərlər. Çox möhkəm, həyatsevər biri idi oğlum. Kiminsə intihar etməsi barədə xəbər yayılanda təəccüblənirdi ki, necə olur, adam Allahın verdiyi canına qıyır. Elnur Elvinin narkotikə qurşanması üçün dəfələrlə cəhd göstərib, amma Elvin buna getmirdi, onunla əlaqəni kəsməyə çalışırdı.
Odur ki, Sizdən bu məsələnin kütləvi informasiya vasitəsində ictimailəşdirməyinizi, aidiyyəti qurumlara çatdırmağınızı xahiş edirəm”.
Redaksiya olaraq öz növbəmizdə yuxarı instansiyalara məktubla müraciət etmişik. Ümid edirik ki, hüquq - mühafizə və cinayət təqibi orqanları Mirzəyev Elvin Mehrab oğlunun ölüm işi ilə bağlı istintaqın obyektiv aparılması və əsl həqiqətin üzə çıxarılması üçün səylə çalışacaqlar. Çünki mərhumun ailə üzvlərinin şübhələndikləri şəxs həm də cəmiyyətə təhlükə vəd edir, mənfi xarakterizə olunur, həyətində əkib-becərdiyi narkotik bitkini sanki halal, mülki dövriyyəsinə qanunla icazə verilən mal kimi qorumaqla qayğılanır.
Nüşabə Əhmədova
Bu gün Heydər Əliyevin doğum günüdür
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin etibarlı qorunması naminə əzm və qətiyyətlə çalışır.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Pressinfo.az Big.az -a istinadən xəbər verir ki, mükafata layiq görülənlər arasında Xalq artistləri Naibə Allahverdiyeva, Yalçın Adıgözəlov, Samir Cəfərov, Əməkdar artistlər Təyyar Bayramov, Çingiz Əhmədov, Anar Heybətov, Əkbər Əlizadə, Füzuli Hüseynov, Münəvvər Əliyeva da yer alıblar.
Müğənni Elnarə Xəlilova xalası qızı, ifaçı Mina Hüseynovanın ailə qurmasından danışıb.
Axşam.az xəbər verir ki, sənətçi "Şourum"a açıqlamasında Minanın hazırda xaricdə olduğunu deyib:
"Çox sevindim, xoşbəxt olsun. Bütün subaylar üçün olsun. Şadam ki, o da ailə qurdu. Allah tezliklə ona övlad payı versin. İndi bal ayındadır. Həyat yoldaşı bu aləmdən olan biri deyil. Nə də qohumdur... Siravi bir vətəndaşdır. Onu ürəkdən sevən və dəyər verən biridir".
Qeyd edək ki, Mina apreldə ailə qurduğunu açıqlayıb və sosial şəbəkə hesabını bağlayıb.
Bu gün Əməkdar mühəndis Əliş Ləmbəranskinin dünyaya göz açdığı gündür.
Əliş Ləmbəranski 1914-cü ilin bu günü Şuşa qəzasının Ləmbəran kəndində (İndiki Bərdə rayonunun ərazisində) anadan olub. Onun Bakı şəhərindəki bir çox mühüm obyektlərin tikintisində böyük əməyi oub.
“Bağırov körpüsü”, “Dövlət sirki”, “Respublika sarayı”, “Qaqarin körpüsü”, Məişət Kondisionerləri zavodu, Yeni Bakı Neftqayırma zavodu, Musiqili Komediya Teatrı və digər bu kimi sənaye və mədəniyyət ocaqlarının tikintisi məhz Əliş Ləmbəranskinin adı ilə bağlıdır.
Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilib, SSRİ dövlət mükafatı laureatı, “Azərbaycanın Əməkdar Mühəndisi” adına layiq görülüb.
1999-cu ildə Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Müğənni Xatirə İslam bir aya yaxındır ki, Moskvada idi.
OLAY yazır ki, sənətçi həyat yoldaşı və oğlu ilə orada qalırdı. Tez-tez Rusiyadan paylaşımlar edən Xatirə bildirib ki, artıq vətənə dönüb. İfaçı bu barədə İnstaqramda yazıb.
Qeyd edək ki, müğənninin yaxın günlərdə klipi də işıq üzü görməlidi. O, mahnısını Rusiyaya getməmişdən öncə ekranlaşdırıb.
Səhiyyə Nazirliyinin rəsmiləri Heydər Əliyevin xatirəsini ehtiramla anıblar - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür.
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.
Bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz ulu öndərin adı ilə bağlıdır.
Ətraflı
Azərbaycanlı zəvvarlara QADAĞA: Hansı şəxslər hacı ola bilməyəcək?
Bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib.
Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.
QMİ rəsmisinin sözlərinə görə, bu il Azərbaycandan Kəbəyə Həcc ziyarəti təşkil olunacaq. Din xadimi vurğulayıb ki, cari il üçün Azərbaycana ayrılan kvota və qiymətlər hələlik müəyyən edilməyib, yaxın günlərdə bununla bağlı məlumat veriləcək.
"Kvotanın sayı və qiymət barədə məlumat təxminən bir həftə, 10 günə açıqlanacaq", - QMİ rəsmisi deyib.
Onun sözlərinə görə, bu il ölkəmizdən Həcc ziyarətinə yalnız Azərbaycan vətəndaşları gedə biləcək:
"Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək", - deyə o, vurğulayıb.
Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.
İlon Mask “Twitter”in gəlirini beş dəfə artırmağı planlaşdırır
Yazan Super User“Twitter” altı il ərzində - 2028-ci ilə qədər illik gəlirini 26,4 milyard dollara çatdıracaq.
Bu barədə biznesmen İlon Maskın investorlar üçün təqdimatında bildirilib.
Ötən il sosial şəbəkənin 5 milyard dollar qazandığı vurğulanıb.
Bundan əlavə, sahibkar “Twitter”in reklamdan asılılığını azaltmaq niyyətindədir. Onun planına görə, bu, platformanın ümumi gəlirinin 45 faizindən çox olmamalıdır. 2020-ci ildə reklamdan əldə olunan gəlir sosial şəbəkənin ümumi gəlirinin 90 faizini təşkil edib.
Mask əmindir ki, 2028-ci ilə qədər “Twitter”in reklam gəliri 12 milyard dollar, abunəlikdən gələn gəlir isə 10 milyard dollara yaxın olacaq.
O, başqa gəlir mənbəyi kimi məlumatların lisenziyalaşdırılmasını görür.
Təqdimatda deyilir ki, ötən ilin sonunda “Twitter”dən 217 milyon insan istifadə edib. Proqnozlara görə bu rəqəm 2025-ci ilə qədər demək olar ki, 600 milyona, 2028-ci ilə isə 931 milyona çatmalıdır.
Mənbə: The New York Times
Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalından FOTOREPORTAJ
Bu gün Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalının üçüncü günüdür.
Pressinfo.az Oxu.Az-a istinadən məlumat verir ki, festival müxtəlif ölkələrin kulinarlarının iştirakı ilə Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.
Mayın 8-dək davam edəcək Festivalda Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər.
“Global Photo Stock”un əməkdaşının festivaldan lentə aldığı fotoları təqdim edirik:
FOTO: Tapdıq Abdullayev